“Azərbaycan Folklorunda Multikulturalizm” mövzusunda dərs keçib.
15 sentyabr 2015-ci il tarixdə Bilik Fondunun təşkilatçılığı ilə AMEA-nın Folklor İnstitutunun əməkdaşı Ləman Süleymanova Salakətin və Tuğ kənd tam orta məktəblərinin IX-XI sinif şagirdlərinə “Azərbaycan Folklorunda Multikulturalizm” mövzusunda dərs keçib. Natiq bildirdi ki, multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyi artıq danılmaz həqiqətdir. Bu gün Azərbaycanda milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə geniş şərait yaradılıb. Azərbaycanda bütün dinlərin nümayəndələri yanaşı ibadət edir, birgə yaşamın ən gözəl nümunəsini sərgiləyirlər.
Azərbaycan multikulturalizminin siyasi banisi olan Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi.Bu siyasəti uğurla davam və inkişaf etdirən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, qloballaşma dövründə, informasiya mübadiləsinin və bütövlükdə inteqrasiya proseslərinin fəallaşdığı bir vaxtda özünütəcrid sadəcə məhvə məhkumdur.
Folklorşünas həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında multikulturalizmin elementleri barədə danışdı.