Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Qurban bayramı münasibəti ilə əsgər və zabit heyəti ilə görüş keçirilmişdir.

24 sentyabr 2015 | 15:00

Müqəddəs Qurban bayramı münasibəti ilə 24 sentyabr 2015-ci il tarixdə Xocavənd rayonu ərazisində yerləşən N saylı hərbi hissədə rayon ictimaiyyəti nümayəndələrinin eləcə də Qarabağ əlilləri və veteranların iştirakı ilə  əsgər və zabit heyəti ilə görüş keçirilmişdir.  Bayram tədbirində  çıxış edən rayon İcra Hakimiyyətinin  başçısı Eyvaz Hüseynov əsgər və zabit heyətini bayram münasibəti  ilə  təbrik  etmiş və onlara xoş arzularını çatdırmışdır. Tədbirdə Rayon İcra hakimiyyəti tərəfindən N saylı hərbi hissəyə bayram sovqatı paylanılmışdır. Sonda  iştirakçılara Rayon Mədəniyyət və Turizm şöbəsinin kollektivi  tərəfindən  hazırlanmış rəngarəng konsert proqramı təqdim olunmuşdur.

Keçidlər