Şriftin ölçüsü :

Saytın rəngi :

05 oktyabr 2015-ci il tarixdə Beynəlxalq Müəllim Gününə həsr olunmuş tədbir keçirilmişdir.

06 oktyabr 2015 | 15:00

05 oktyabr 2015-ci il tarixdə Rayon Təhsil Şöbəsinin inzibati binasının akt zalında Beynəlxalq Müəllim Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ümummmilli Lider Heydər Əliyevin  abidəsi önünə tər gül dəstələri qoymuşlar. Tədbirdə çıxış edən Rayon Təhsil Şöbəsinin müdir əvəzi Ümidvar Məmmədov  “Beynəlxalq Müəllimlər Günü” münasibətilə bütün müəllimləri təbrik etmiş və onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulamışdır. Sonra tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva “Beynəlxalq  Müəllimlər  Günü” münasibətilə bütün müəlimləri təbrik etmiş onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.  Natiq bu gün ölkəmizdə təhsil sahəsində aparılan dövlət siyasətindən söhbət açmışdır.  Bildirmişdir ki, əsası ulu öndər  Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatları, qəbul olunan Dövlət Proqramları hər bir müəllim üçün stimul yaradır.  Sonda  gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətlərində  fərqələnən  müəllimlər Başçının “Fəxri Fərmanları” və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Keçidlər