Şriftin ölçüsü :

Saytın rəngi :

Armreslinq idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.

09 oktyabr 2015 | 15:00

09 oktyabr 2015-ci il tarixdə Xocavənd qəsəbəsi, Salakətin kənd tam orta məktəbin idman zalında Armreslinq idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir. Gərgin mübarizə şəraitində keçən rayon birinciliyində 34 idmançı qüvvəsini sınamışdır.  İki çəki dərəcəsində keçirilən yarışda 75 çəkiyədək idmançılar arasında 1-ci yerə Səfərov Kənan Elman oğlu, Şirinov Əjdər Saleh oğlu 2-ci yerə, Mustafayev Elgün İsmayıl oğlu 3-cü yerə, 75 çəki dərəcəsindən yuxarı idmançılar arsında isə Quliyev Elgün Baxış oğlu 1-ci yerə, Famletli Fəxri Namiq oğlu 2-ci yerə, Həsənov Ramil Mütalib oğlu isə 3-cü yerə  layiq görülmüşdür.
Qaliblər  rayon İcra Hakimiyəti və Rayon  Armreslinq klubunun rəhbərliyi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər