26 iyun –“ Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı “Sağlam həyat tərzi. Ziyanlı vərdişlərin insan sağlamlığına təsiri” mövzusunda tədbir keçirilib
24 iyun 2026 | 14:38
26 iyun –“ Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı “Sağlam həyat tərzi. Ziyanlı vərdişlərin insan sağlamlığına təsiri” mövzusunda tədbir keçirilib.
24 iyun 2026-cı il tarixdə 26 İyun – “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı “Sağlam həyat tərzi, ziyanlı vərdişlərin insan sağlamlığına təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi cəmiyyətdə, xüsusilə gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə maarifləndirmənin artırılması olub.
Tədbirdə çıxış edən Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva çıxışında qeyd edib ki, narkomaniya müasir dövrün ən ciddi sosial bəlalarından biridir. O bildirib ki, bu təhlükəli vərdiş insan sağlamlığını tamamilə məhv edir, ailə münasibətlərinə və cəmiyyətin sabitliyinə ciddi zərər vurur. Əfsanə Quliyeva gənclərin belə hallardan uzaq durmasının vacibliyini vurğulayaraq, sağlam həyat tərzinin seçilməsinin hər bir insan üçün əsas prioritet olmalı olduğunu bildirib.
Tədbirdə çıxış edən Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun müdiri Aslan Quliyev çıxışında narkomaniyanın təkcə fərdi deyil, həm də ictimai problem olduğunu qeyd edib. O, bu bəlanın qarşısının alınmasında maarifləndirmə işlərinin, ailə nəzarətinin və məktəblərdə aparılan profilaktik tədbirlərin mühüm rol oynadığını diqqətə çatdırıb. Aslan Quliyev gəncləri idmana, faydalı məşğuliyyətlərə və sağlam həyat tərzinə yönəlməyə çağırıb.
Daha sonra İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Məmləkət İbrahimova çıxışında bildirib ki, zərərli vərdişlər insan orqanizmində ağır və bəzən geri dönüşü olmayan fəsadlar yaradır. O qeyd edib ki, bu kimi halların qarşısının alınması üçün ailə, təhsil müəssisələri və ictimaiyyətin birgə fəaliyyəti vacibdir. Məmləkət İbrahimova gənclərin maarifləndirilməsinin və düzgün istiqamətləndirilməsinin gələcəyin sağlam cəmiyyətinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Sonda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, suallar cavablandırılıb və belə tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti qeyd olunub.






