Şriftin ölçüsü :

Saytın rəngi :

“26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü’’ nə həsr olunmuş tədbir keçirilmişdir

24 iyun 2024 | 12:04
  “26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü’’ nə həsr olunmuş tədbir keçirilmişdir
  24 iyun 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşkilatçılığı ilə 26 İyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə qarşı Mübarizə üzrə Komissiyanın sədri Əfsanə xanım Quliyeva, Komissiya üzvləri və təhsil-səhiyyə müəssisələrinin, idarə və təşkilatların nümayəndələri , gənclər iştirak etmişdir. Tədbirdə bəşəriyyətin ən qorxulu və təhlükəli bəlasına çevrilmiş narkomaniyanın insan həyatı üçün yaratdığı ağır fəsadlardan bəhs edən qısametrajlı film nümayiş etdirilib.
  Tədbiri giriş sözü ilə açan Əfsanə Quliyeva narkomaniyanın fəsadlarından, ona qarşı mübarizə üsullarından bəhs etmişdir. Öz tövsiyələrini vermişdir. Xüsusilə valideyinlərin və müəllimlərin uşaqların və gənc nəslin tərbiyəsində və mariflənməsində önəmli rol oynadıqlarını qeyd etmişdir. Hüquq-mühafizə orqanlarının bu mübarizədə iştirakının önəmini qeyd etmişdir.
  Toplantıda çıxış edən rayon Polis Şöbəsinin baş müstəntiqi Xəyyam Vəliyev rayon polis şöbəsinin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış, mübarizə profilaktika tədbirlərindən, Rayon Mərkəzi Xəstəxanasının həkimi Cavid Tahirov narkomaniyanın insan orqanizminə mənfi təsirlərindən, gənc könüllü Samirə İbrahimova isə narkomaniyanın cəmiyyətin sağlam inkişafına, mənəviyyatına ağır zərbə vurmasından bəhs etmişlər. Tədbir qarşılıqlı müzakirə şəklində davam etmişdir.
Keçidlər