Şriftin ölçüsü :

Saytın rəngi :

26 may 2022-ci il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.

31 may 2022 | 10:44
  26 may 2022-ci il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
  Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, başçının müavinləri, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Vətən mübaribəsində ordumuzun şanlı qələbəsi, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması, cənab Prezident tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə geniş məlumat verdi. Başçı həmçinin Rəqəmsal icra hakimiyyəti” portalı haqqında geniş məlumat verərək bildirdi ki, portal qəbuletmə prosesində çevikliyin artırılması, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib.
   “Rəqəmsal icra hakimiyyəti” portalı icra hakimiyyətləri tərəfindən göstərilən bir sıra xidmətləri rəqəmsal formatda vətəndaşlara təqdim edir, habelə icra hakimiyyətlərinə görüş üçün elektron formatda müraciət və aktual mövzular haqqında sorğular formalaşdırmaq imkanı yaradır. “Rəqəmsal icra hakimiyyəti” portalının xidmətlər bölməsində vətəndaşlara 13 elektron xidmət təqdim olunur. Bu xidmətlərdən 9-u yerli icra hakimiyyətlərinin vətəndaşlara göstərdikləri dövlət xidmətləridir. Bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlar tələb olunan sənədlər əsasında məlumatları təqdim etməklə müraciət edə bilərlər. Vətəndaşların bəzi fərdi məlumatları avtomatik şəkildə portal vasitəsilə əldə olunur. Bu isə öz növbəsində vətəndaşların vaxtına və resurslarına qənaət edir. Portal həmçinin yerli icra hakimiyyəti orqanlarında görüş üçün onlayn müraciət etmək imkanını yaradır. Vətəndaşlar yerində qəbula müraciət etdikdən sonra müraciət müvafiq icra hakimiyyəti tərəfindən baxılır. Daha sonra vətəndaşın şəxsi kabinetində görüşün vaxtı və görüşüləcək şəxs barədə məlumat yerləşdirilir.
  Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Həlli mərkəzi icra hakimiyyəti orqanlarından asılı olan məsələlərlə bağlı qeydlər aparıldı.
   Qəbul zamanı vətəndaşlar onların müraciətlərinə xüsusi diqqət göstərildiyinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər