26 sentyabr 2023-cü il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
26 sentyabr 2023 | 16:53
26 sentyabr 2023-cü il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
26 sentyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 320 ailəlik Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarbağda həyata keçirilən lokal antiterror əməliyyatları barədə danışaraq bildirib ki, həyata keçirilmiş hərbi əməliyyatlar zamanı qanunsuz olaraq Azərbaycan ərazilərində yerləşdirilmiş erməni silahlı birləşmələrinin döyüş mövqeləri məhv edilmiş və cəmi 23 saat ərzində düşmən ağ bayraq qaldıraraq təslim olmağa məcbur edilmişdir. Keçirilmiş antiterror əməliyyatları zamanı düşmənin xeyli sayda canlı qüvvəsinin, eləcə də hərbi texnikasının məhv edildiyini diqqətə çatdıran Eyvaz Hüseynov, bu əməliyyatlar zamanı Azərbaycan dövlətinin öz suverenliyini tam bərpa etdiyini vurğulayıb. Hal-hazırda Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə düşmənin hərbi mövqelərdən çıxarılması prosesinə start verildiyini bildirən başçı, tezliklə Qarabağ bölgəsində Azərbaycanın dövlət bayraqlarının dalğalanacağını əminliklə qeyd etmişdir.
Daha sonra vətəndaşların təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.