Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon İcra hakimiyyəti başçısı aparatının 2015-ci ilin doqquz ayı ərzində ərzində gördüyü işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirilmişdir.

20 oktyabr 2015 | 15:00

“Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyevin oktyabr ayının 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı giriş və yekun nitqində qarşıya qoyulan vəzifələr və Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 2015-ci ilin doqquz ayı ərzində gördüyü  işlər  və  qarşıda duran vəzifələr” barədə Rayon İcra hakimiyyəti başçısının çıxışı
                                       

Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsi nəticəsində son illərdə dünyada baş verən dərin siyasi və iqtisadi böhranlara baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik, iqtisadi inkişaf göstəriciləri qorunub saxlanılmış, əhalinin ümumi rifah halı yaxşılaşmışdır. Ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirərək davamlı inkişaf etməsi Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur.
Azərbaycanda davamlı olaraq həyata keçirilən genişmiqyaslı islahatlar, məqsədyönlü şəkildə reallaşdırılan və Respublikanın sosial-iqtisadi inkişafında mühüm rol oynayan “Dövlət Proqram”larının uğurlu icrasının nəticəsində ölkəmiz qısa müddət ərzində  sürətli inkişaf yoluna qədəm qoymuş, bütün istiqamətlər üzrə müstəqil siyasət yeridən Azərbaycan dövləti son illər sosial-iqtisadi inkişaf tempinə görə regionun ən qüdrətli dövlətinə çevrilmişdir.
Uğurla həyata keçirilən davamlı və düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı 2015-ci ilin üçüncü rübü ərzində də öz dinamik inkişafını təmin etməklə bərabər siyasi-iqtisadi sabitlik qorunub saxlanmış, iqtisadiyyatın  şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir. Azərbaycan Respublikası milli mənafelərə və sosial rifaha xidmət edən özünəməxsus milli iqtisadi inkişaf modeli ilə bir sıra mühüm uğurlara imza ataraq Cənubi Qafqazda lider ölkə statusu qazanmışdır.
Möhtərəm cənab Prezidentin gərgin zəhmətinin və siyasi məharətinin məhsulu olan və uğurla gerçəkləşdirilən  iqtisadi siyasət nəticəsində maliyyə sabitliyinin qorunması ilə yanaşı, dayanıqlı iqtisadi artım təmin edilmiş, iqtisadiyyatın modernləşməsinə dəstək verən islahatlar sayəsində qeyri-neft sektoru sürətli inkişaf yoluna qədəm qoymuş və nəticədə ölkəmizin dünyada islahatçı imici daha da möhkəmlənmişdir.
Dövlət başçısının fəaliyyətinin başlıca şərti ölkəmizin tərəqqisinə və əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına nail olmaq, ölkənin strateji inkişaf modelinin mühüm bir elementi olan regionların sosial-iqtisadi inkişafını təmin edən “Dövlət Proqram”larının həyata keçirilməsini təmin etməkdir. Bu, cənab Prezidentin regionlara son dərəcə böyük diqqətinin göstəricisi olmaqla yanaşı, həm də bölgələrdə sosial-iqtisadi infrastrukturun inkişafına, əhalinin məşğulluğunun artırılmasına, bölgələrdə tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasına xidmət etmişdir. Qloballaşan dünyanın tələblərinə uyğun, yeni məzmun və keyfiyyətdə düzgün siyasi–iqtisadi istiqamətin uğurla davam etdirilməsi sayəsində Respublikanın iqtisadi imkanları genişləndikcə sosial məsələlərin həllinə diqqət artırılmış, xalqımızın rifah halının yaxşılaşdırılması üçün daha təsirli addımlar atılmaqla bərabər infrastruktur layihələr vaxtlı-vaxtında icra olunmuş, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük layihələr həyata keçirilmişdir. Ötən dövr ərzində müəyyən edilmiş siyasətə uyğun olaraq mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirilərək valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmış, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.
Hesabat dövründə həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi tanınan Azərbaycanın nüfuzu daha da artmışdır. Ümummilli  Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycan  enerji sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmiş, neft-qaz layihələri və neft-qaz kəmərlərinin çəkilməsi nəticəsində bu gün ölkəmiz dünya miqyasında çox önəmli karbohidrogen ehtiyatları hasil və ixrac edən ölkə statusu qazanmışdır.
Ötən illərdə olduğu kimi, cari ilin doqquz ayında da ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, kənd təsərrüfatı sahəsinin modernləşdirilməsi davam etdirilmiş, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi təmin edilmişdir. Bu davamlı inkişaf, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsi və qətiyyətli, gərgin əməyi  sayəsində mümkün olmuşdur.
Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi, ötən doqquz ayda da düşünülmüş siyasət və  iqtisadi sahədə aparılan islahatlar sayəsində qarşıda duran sosial və iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Hesabat dövründə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində bütövlükdə ümumi daxili məhsulun artım tempi 3.7 faiz olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, aparılan şaxələndirmə siyasətinin nəticəsində qeyri-neft sektorunun real artım tempi 6.4 faiz olmuş, əvvəlki dövrlərdə olduğu kimi, 9 ayda da bu sektorun inkişafı hesabına ümumi iqtisadi artıma nail olunmuşdur.
Cari ilin doqquz ayında ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulmuşdur ki, onlardan da 9 milyard dollar daxili, 7 milyard dollar isə xarici sərmayədir.
Hesabat dövrü ərzində inflyasiya cəmi 3.7 faiz olmaqla bir rəqəmli səviyyədə qalmış və əldə edilmiş davamlı iqtisadi inkişaf  insanların  rifah  halının daha da yaxşılaşmasına xidmət göstərmişdir. Eyni zamanda həyata keçirilən ardıcıl islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir. Cari ilin doqquz ayı ərzində də əhalinin gəlirlərinin artması tempi davam edərək ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz təşkil etmişdir.
Dövlət başçısı tərəfindən aparılan tarazlaşdırılmış siyasətin, regional və qlobal enerji layihələrinin gerçəkləşdirilməsi, inkişaf etmiş ölkələrlə bərabər səviyyəli əməkdaşlıq, iqtisadi inkişaf tempinin uğurla davam etdirilməsi Azərbaycan xalqının mənafeyinə xidmət göstərməklə bərabər daha firavan gələcəyini də təmin edir. Elmi təməl üzərində qərar tutan sosialyönümlü inkişaf strategiyası insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər bir fərdin maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. Azərbaycanın dinamik inkişafını şərtləndirən ən mühüm amillərdən biri qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. hesabat dövründə qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68.8 faizə çatmışdır.
Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir.Cari ilin doqquz ayında Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı bütün bölgələrin hərtərəfli və tarazlı inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olmaqla yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir.Cari ilin doqquz ayında sahibkarlığın inkişafı istiqamətində görülən əsas tədbirlər sırasında biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, onların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi kimi prioritet məsələlər mühüm yer tutmuşdur. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən doqquz ayda 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür.
“Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ilin ötən doqquz ayında kənd təsərrüfatında 6,7 faiz artıma nail olunmuş, aqrar sahənin inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması ilə əlamətdar olmuşdur. Bu qərarlarla yeni çağırışlar fonunda aqrar sektorun inkişafının prioritet hədəflərinin müəyyən edilməsi, onun institusional strukturunun və idarəetmənin təkmilləşdirilməsi üçün konkret göstərişlərin verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaratmışdır. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, logistik mərkəzlərin və taxıl anbarları kompleksinin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olmuşdur. Hal-hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatının yaradılması əsasən başa çatmış və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil etmişdir.
Möhtərəm cənab Prezident tərəfindən aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Hesabat dövründə 87 min yeni iş yeri açılmışdır ki, onlardan 67 mini daimi iş yeridir. Əldə edilmiş nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi deyil ki, Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qorumuş, “G-20”yə üzv olan 8 ölkəni qabaqlamış, “Makroiqtisadi vəziyyət” göstəricisi üzrə 10-cu yer tutmuş, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olmuşdur. Avqust ayında “Fitch” beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək, proqnozu sabit saxlamışdır. Bu günlərdə, həmçinin Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəltmişdir.
Hesabat dövründə böyük sosial əhəmiyyət kəsb edən ünvanlı sosial yardımların verilməsi  sahəsində də çox müsbət dəyişikliklər baş vermişdir. Bu sahədə görülən tədbirlər, islahatlar nəticəsində şəffaflıq təmin edilmişdir. Artıq yaradılan yeni sistem şəffaflıq və sosial ədalət prinsipi bu narazılığın böyük hissəsinin aradan qaldırılmasına səbəb olmuşdur. Onu da qeyd etməliyik ki, şəffaflıq nəticəsində ünvanlı sosial yardım alanların sayı 16 faiz aşağı düşmüşdür. Çünki heç bir kriteriyaya görə ünvanlı sosial yardım düşməyən insanlar artıq bunu almırlar, ancaq doğrudan da ehtiyac içində yaşayanlar bunu alır və onlara daha böyük məbləğ verilir. Bu gün 500 minə yaxın insan, 114 min ailə ünvanlı sosial yardım alır və hər ailəyə orta hesabla hər ay 153 manat dövlət tərəfindən yardım göstərilir. Uğurla davam etdirilən iqtisadi islahatlar nəticəsində gələcək illərdə yoxsulluğun aşağı düşməsi səbəbindən ünvanlı sosial yardıma möhtac olanların sayı daha da azalacaqdır. Hal-hazırda yoxsulluq Azərbaycanda aşağı səviyyədə - 5 faiz səviyyəsindədir.
Cari ilin doqquz ayında ölkəmizin milli enerji təhlükəsizliyinin möhkəmlənməsi istiqamətində Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasını təmin edəcək “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı önəmli işlər görülmüş, mühüm addımlar atılmışdır. Bu layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın qarşıdakı onilliklər ərzində Avropa enerji təchizatında rolunun daha da artmasına, dövlətimizin texnoloji və iqtisadi inkişafına, xalqımızın firavan yaşamaşına əlavə təkan verəcəkdir.Onu da qeyd etmək gərəkdir ki, Azərbaycan bu layihənin də icrasında liderlik keyfiyyətlərini nümayiş etdirmişdir. Bildiyiniz kimi, “Cənub” qaz dəhlizi ölkəmizin təşəbbüsü idi və artıq həm “Şahdəniz-2” yatağının işlənməsi, həm TANAP layihəsinin icrası istiqamətində ciddi praktiki addımlar atılır. Yaxın gələcəkdə "Cənub" qaz dəhlizinin tikilib  istifadəyə verilməsi nəticəsində ölkəmiz sonrakı onilliklər ərzində inamla inkişafını təmin edəcək, siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaqdır. Təməli qoyulan çoxmilyardlı investisiya-qaz layihəsi 20 il əvvəl ulu öndər Heydər Əliyevin əsasını qoyduğu tarixi ənənənin davamı cənab Prezidentin gərgin zəhmətinin və siyasi məharətinin nəticəsi olaraq, Avropanın enerji təminatı ilə bağlı ilk andan tutduğu mövqenin nə dərəcədə düzgün olduğunu sübut etdi və son illər ərzində möhtərəm Prezident tərəfindən uğurla davam etdirilən enerji strategiyasına verilən beynəlxalq dəstəyin miqyasını göstərdi.
Sənayeləşmə siyasəti çərçivəsində müvafiq Dövlət Proqramına uyğun olaraq, ötən doqquz ayda müasir sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilmiş, Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlamışdır. Cari ilin müvafiq dövrründə sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülməsi nəticəsində sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10.2 faiz artmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində doqquz ay ərzində 170-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamışdır. Hesabat dövründə regionlarda 34 məktəb, 26 bağça, 11 səhiyyə, 8 gənclər və idman, 24 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir.
Müasir beynəlxalq münasibətlərin güclü və nüfuzlu faktoru olan Azərbaycan özünün səmərəli xarici siyasət kursu ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. İkitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa xüsusi önəm verən ölkəmiz, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edir. Ümumiyyətlə, son zamanlar regionda, bütövlükdə, ümumdünya geosiyasi məkanında baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir.
İstər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir.
      Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirir. Ordu quruculuğu  sahəsinə daim böyük diqqət göstərirlməsi təbiidir, çünki Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. İndi həm yeni texnikanın, silah-sursatın alınması, istehsalı prosesi gedir, eyni zamanda, hərbi hissələr üçün ən yüksək səviyyədə şəhərciklər, hərbi bazalar tikilir. Bu il Hərbi Dəniz Qüvvələrinin böyük bazası istifadəyə verilmişdir. Təmas xəttinə yaxın olan bölgələrdə yeni infrastruktur yaradılır və bizim döyüş qabiliyyətimiz artır. Təmas xəttindəki vəziyyətdə biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk. Keçən ay təmas xəttində bizə qarşı hazırlanmış böyük bir növbəti təxribatın qarşısı alındı.  Azərbaycan ordusu əks-zərbələr  vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi.
Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi Milli Ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan olan vətənpərvərlik ruhu da Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir. Başqa sözlə, müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və ümumiyyətlə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Bu gün Azərbaycan cəmiyyətində qeyd olunan əhval-ruhiyyə mövcuddur. Şübhəsiz, ərazi bütövlüyünün bərpası yönündə fəaliyyət təkcə ordunun gücləndirilməsi isə məhdudlaşmır. Azərbaycan həm də bu illər ərzində özünün həm sosial-iqtisadi, həm də hərbi qüdrətini dəfələrlə artıraraq düşmən üzərində hərtərəfli üstünlüyə nail olub. Bununla Azərbaycan istər Ermənistana, istərsə də onun havadarlarına göstərir ki, ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz və Azərbaycan heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr fərqi, regionda gedən proseslər onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək. Xalqımızın daim bu inamla yaşaması, vətənpərvər gənc nəslin yetişməsi və mövcud xalq-iqtidar birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasını daha da sürətləndirir.
Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bəllidir ki, Azərbaycan diplomatik səylərini gücləndirdiyi və lazımı addımları atdığı halda, işğalçı Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Eyni zamanda, Dağlıq Qarabağ  münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi prinsipləri əsasında həllinə beynəlxalq ictimaiyyətin dəstəyini əldə etmək məqsədi ilə uğurlu xarici siyasət davam etdirilmişdir. Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışı səbəbindən əfsuslar olsun ki, bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmamışdır. Baxmayaraq ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz həllini tapmır.
       Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və edəcəyik. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır. Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən əhəmiyyətsiz deyil. Məsələ beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaq. Biz isə iqtisadiyyatımızı gücləndiririk, ordumuzu gücləndiririk və istənilən vaxtda lazımi tədbirləri də görəcəyik”.
Milli-mənəvi dəyərlərin qiymətləndirilməsi, insan kapitalının qorunub inkişaf etdirilməsi, hüquq və azadlıqlarının, milli həmrəyliyin təmin edilməsi və ən başlıcası vətəndaş cəmiyyətinin qurulması ölkə Prezidentinin fəaliyyətinin  prioritet istiqamətlərindən biridir.
Respublikanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifah halının yaxşılaşması naminə dövlət tərəfindən görülən işlər Azərbaycanın tərəqqisini və xalqımızın rifahını yüksəldir. Ulu Öndər Heydər Əliyevin zəngin irsinin davamı olaraq bu işə xidmət edən, genişmiqyaslı proqram və layihələrin reallaşmasına nail olan Heydər Əliyev Fondunun gördüyü işlər müsbət nəticələrini verməkdədir. Fond tərəfindən Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına gətirib çıxarmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin, mədəniyyətin və incəsənətin inkişafı ilə bağlı gördüyü işlərin hər biri Azərbaycanın sivil bir dövlət olaraq inkişafına əhəmiyyətli dərəcədə kömək göstərmişdir. Hesabat dövrünün ictimai-sosial və iqtisadi həyatının ən əlamətdar hadisəsi sözsüz ki, Bakıda ilk Avropa Oyunlarının keçirilməsi olmuşdur. Müstəqillik tariximizin qürurverici səhifələrindən birinə, ölkə üzrə ümummilli həmrəyliyin göstəricisinə çevrilən bu möhtəşəm idman bayramı müstəqil Azərbaycanın yetirmələri olan gənc idmançılarımızın doğma azarkeşlərə bəxş etdikləri hədsiz qələbə sevinclərini, onların əzmli mübarizəsini və gücünü nümayiş etdirməklə yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən ən mötəbər tədbirləri belə yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha sübut etdi.Onilliklər ərzində ideya kimi qalan Avropa Oyunlarının tarixdə ilk dəfə təşkil olunmasında, köhnə qitənin 50 ölkəsindən ən güclü atletlərin bir araya gətirilməsində və Oyunların bütün beynəlxalq standartlara cavab verən yüksək təşkilatçılıq səviyyəsində keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin peşəkar komanda işi, fədakar fəaliyyəti və yüksək vətənpərvərliyi xüsusi qeyd olunmalıdır.
Hesabat dövründə də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş, həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi öz aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Qəbul edilmiş “Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunun inzibati ərazisinə daxil olan strateji əhəmiyyətli “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi ilə əlaqədar layihə smeta sənədləri hazırlanmış və hələlik maliyyə vəsaiti ayrılmaması səbəbindən  yolun  çəkilişi müvəqqəti olaraq dayandırılmışdır. 
“2014-cü ildə Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə” 20 fevral 2015-ci il tarixdə keçirilmiş hesabat yığıncağında qeyd olunan nöqsan  və təkliflərlə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq  uzunluğu 5.6 km  olan Xocavənd qəsəbəsinin giriş və mərkəzi yolu asfalt örtüyü ilə asfallanmışdır. Xocavənd qəsəbəsinin abadlaşdırılması, Bayraq Meydanının, İdman zalının tikintisi, Xocavənd  qəsəbəsində telefonlaşma işləri, eyni zamanda Yeni Xocavənd və Yeni Tuğ qəsəbələrinin telefonlaşması üçün tikinti işləri davam etdirilir.
  2015-cü ilin doqquz  ayı  ərzində idarə, müəssisə və təşkilatlar tərəfindən rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmiş, rayon üzrə 2834 ədəd ağac əkilmişdir. Eyni zamanda “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərşivəsində həyata keçirilmiş ağacəkmə kampaniyasına uyğun olaraq rayonun giriş yollarının kənarlarında  750 ədəd ağac əkilmiş və bu işlər gələcəkdə  də davam etdiriləcəkdir.
         Doqquz ay ərzində  Rayon  Məşğulluq  Mərkəzinə 101 nəfər  işaxtaran (63 nəfəri qadın) vətəndaş müraciət etmişdir ki, müraciət edən vətəndaşlardan 79 nəfəri işlə təmin olunmuşdur (onlardan 4 nəfəri əvvəlki illərdə mərkəzdə qeydiyyatda olanlardır). Mərkəzə müraciət etmiş işaxtaran vətəndaşların işlə təmin olunması mümkün olmadığı üçün 7 nəfərə işsizlik statusu verilərək qanuna müvafiq qaydada müavinət təyin edilmişdir. Məcburi köçkün əhalinin məşğulluğunun təmin edilməsi və maddi-rifah halının yüksəldilməsi məqsədi ilə cari dövr ərzində 56 yeni iş yeri açılmışdır. Son on  ildə  isə rayonda  1360 iş yeri açılmışdır  ki, onlardan 704-ü daimi  iş yeridir. 
2015-ci ilin doqquz ayı ərzində  rayonun yerli gəlirləri dotasiya ilə birlikdə 3439.0  min manata qarşı 3413.6 min manat yerinə yetirilmişdir ki, bu da illik proqnozun 99 faizini təşkil etmişdir. O cümlədən, yerli gəlirlərlə 585.2 min manat proqnoza qarşı 559.1 min manat icra olunmuşdur ki, bu da  proqnozun   95.5%-ni təşkil edir.
      Ötən dövr ərzində xərc 7955.0 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 349.4 min manat az olmuşdur. Rayon üzrə orta aylıq əmək haqqı  isə 253.1  manat təşkil etmişdir.
                                                   
                                                      Vergi
        2015-ci ilin doqquz ayı ərzində  Xocavənd Rayon Vergilər Şöbəsi tərəfindən qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı tədiyyə növləri üzrə 608.3 min  manat proqnoza qarşı 635.7 min  manat dövlət büdcəsinə vəsaitin köçürülməsi təmin edilmiş  və proqnoza 104.5  faiz əməl olunmuşdur.
Büdcəyə vergi və digər daxilolmalar 2014-cü ilin müvafiq dövrü ilə  müqayisədə 13.0 min manat az olmuşdur.
“Azərpoçt” MMC-nin Xocavənd Rabitə Qovşağının əsas fəaliyyət növü poçt rabitəsi olmaqla əhaliyə bir sıra ənənəvi, qeyri-ənənəvi poçt, bank və maliyyə xidmətləri göstərir. 2015-cü ilin doqquz ayı ərzində poçt filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkşafında və müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülmüşdür. Görülmüş işlərin nəticəsi olaraq filial üzrə doqquz aylıq tarif gəliri tapşırığı 121 faiz yerinə yetirilmişdir.
   
             Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər
2015-ci ilin doqquz ayı ərzində rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2033 baş, o cümlədən  inək və camışlar 1071 baş, qoyun və keçilər 14512  baş,  olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı ( diri çəkidə) 2456,0 sentner, süd istehsalı (fiziki çəkidə) 12736,0  sentner, yumurta istehsalı (min ədədlə) 264,0 ədəd, yun istehsalı (fiziki çəkidə) 362,0 sentner, olmuşdur. Bundan başqa 5157,0 hektar  buğda sahəsindən 160898,4 sentner məhsul əldə olunmuş  hər hektara 31,2 sentner, 317,0 hektar arpa sahəsindən 8115,2 sentner məhsul əldə olunmuş hər hektara 25,6 sentner, 15,0  hektar  kartof sahəsindən 1725,0 sentner,  89,0 hektar tərəvəz sahəsindən 8765,5 sentner, 22,5 hektar bostan məhsulları sahəsindən 2633,0 sentner məhsul əldə olunmuş,  bu da hər hektara 117,0 sentner məhsul deməkdir.
Rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrlə təmin olunması üçün birgə tədbirlərin həyata keçirilməsi istiqamətində 2015-ci ilin doqquz ayı ərzində 678,15 ton mineral gübrə gətirilərək 70 faiz güzəştli qiymətlə rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmışdır.

                          Əhalinin sosial müdafiə məsələləri
Hesabat dövrü ərzində DSMF Xocavənd Rayon Şöbəsi müəssisələrdən, təşkilatlardan, idarələrdən, kooperativlərdən, vətəndaşlardan və fərdi əməklə məşğul olan şəxslərdən sosial sığorta ayırmalarının yığılması istiqamətində zəruri işlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə büdcə və qeyri-büdcə gəlirlər plan proqnozu 732.8 min manat, o cümlədən 692.6  min manat  büdcə, 40.3 min manatı qeyri-büdcə təşkil etmişdir. Büdcə üzrə plan proqnoz 692.6  min manata qarşı 578.2  min manat  (83.4%), qeyri-büdcə üzrə 40.3 min manata qarşı  24.9 min manat (61.8%) əməl edilmişdir. Ümumilikdə isə məcburi dövlət sosial sığorta haqları üzrə plana 82.3 faiz əməl olunmuşdur.
01 oktyabr 2015-ci il tarixə Dövlət Sosial Müdafiə Fondunun Xocavənd Rayon Şöbəsində 1123 nəfər təqaüdçü qeydə alınmışdır ki, bunlardan 1029 nəfəri işləməyən, 94 nəfəri isə işləyən təqaüdçülərdir. Doqquz ay ərzində   işləyən və işləməyən  əhaliyə  müavinətlərin  ödənilməsi  üçün  1670.3  min  manat  vəsait  xərclənmişdir.
2015-ci ilin doqquz ayı ərzində  ünvanlı sosial yardım almaq üçün müraciət edən 107 nəfərə təyinat aparılmış, ümumilikdə 142 nəfər olmaqla 585 ailə üzvünə ÜDSY verilmişdir. Ümumulikdə ÜDSY aylıq məbləği 21204.47 manat olmuş,  bir  nəfərə  düşən  ünvanlı sosial yardım  isə 36.24 manat təşkil etmişdir.
Şəhid ailələrinə təyin edilmiş 100 manat Prezident təqaüdü  üçün 68 şəhid ailəsinə 114969 manat təyinat aparılmışdır. Doqquz ay ərzində  Mərkəz  531 nəfərə sosial müavinət vermişdir ki, onlardan 2 nəfəri yaşa, 22  nəfəri  ailə başçısını itirdiyinə, 110 nəfər əlilliyə görə, eləcə də 53 nəfəri 18 yaşadək əlil, 320 nəfər müharibə veteranı olmuşdur. 01 oktyabr 2015-ci il tarixə  büdcədən mərkəzə sosial müavinət və uşaq müavinətlərinin  ödənilməsi məqsədilə 404962 manat vəsait daxil olmuş və  müavinət alan 531 nəfərə faktiki xərc edilmişdir. 01.10.2015-ci il tarixə  mərkəzin müavinət alanlara ödənilməmiş borcu olmamışdır.   
  Əhalinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı məqsədi ilə “Xocavənd”,“Yeni Xocavənd”, “Yeni Qaradağlı”, “Yeni Tuğ” və 320 ailəlik qəsəbələrdə elektrik enerjisi və qaz təminatı yaxşıladırılmış, sayğaclar quraşdırılmışdır. Verilən elektrik enerjisi və qaz  hər bir qaçqın və məcburi köçkün üçün ayrılmış enerji sərfiyyatından artıq olduğu halda bu fərqin ödənilməsi vətəndaşlar tərəfindən həyata keçirilir və bu prosesə rayonda yaradılmış  qərargah üzvləri tərəfindən mütəmadi nəzarət olunur.

                        İctimai-siyasi və humanitar  məsələlər   
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Təhsil İslahatı Proqramı bu gün möhtərəm Prezident cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı fərman və sərəncamlarla, həyata keçirilən proqramlarla uğurla davam etdirilir.   Respublikanın hər bir vətəndaşının keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması dövlətin təhsil siyasətinin prioritet sahələrindəndir. Xocavənd rayonunun  ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri tərəfindən də təhsilin  məzmununun yeniləşdirilməsi, keyfiyyətcə yaxşılaşdırılması, gənc nəslin bir şəxsiyyət kimi formalaşdırılması, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində  mütəmadi olaraq  işlər görülmüşdür.
2015-ci ilin müvafiq dövrü ərzində Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 11-i tam orta, 2-si əsas, 4-ü isə ibtidai məktəblərdir. Eyni zamanda 3 uşaq bağçası və 2 məktəbdənkənar müəssisə vardır.
16 iyun 2015-ci il tarixdə IX və XI siniflərdə keçirilmiş buraxılış imtahanlarında IX sinfi bitirmiş və  imtahana  buraxılmış 140  şagirddən  68  nəfəri, yəni  48.57 %-i  (Respublika üzrə göstərici 64.62%, 2014-cü ilin müvafiq dövründə 52.7 %) XI sinif üzrə isə 109 şagirddən 65 nəfəri, yəni  59.63%-i (Respublika üzrə göstərici 64.91%, 2014-cü ilin müvafiq dövründə 79.2%)  müsbət qiymət almışdır.  Buraxılış imtahanlarında 2 saylı, 3 saylı və Əmirallar kənd tam orta  məktəblərinin şagirdləri yüksək nəticə əldə etdiyi halda, Qaradağlı 1 saylı tam orta məktəbi, Muğanlı 1 saylı tam orta məktəbi, Axullu kənd  ümumi məktəbi, 10 saylı ümumi, Tuğ 1 saylı tam orta, Qaradağlı kənd tam orta məktəblərinin  şagirdləri  Respublika üzrə  göstəricilərlə müqayisədə çox aşağı nəticə göstərmişdirlər.
Rayon ümümtəhsil məktəblərinin şagirdləri 2015-ci ilin 9 ayı ərzində müxtəlif müsabiqə və olimpiadaların qalibi olmuşlar. Belə ki, 2015-ci ilin yanvar  ayının 11-də  Rayon Təhsil Şöbəsinin şəbəkəsinə daxil olan ümumtəhsil məktəblərində fənn olimpiadasının ikinci rayon turu keçirilmiş və 18  şagird yüksək nəticə göstərərək  yarımfinala vəsiqə qazanmışdır. Azərbaycan  Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tarix dərsləri tədris olunmuşdur.
         Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkün ailələri üçün inşa edilmiş  320 ailəlik müasir tipli yeni qəsəbədə 270 yerlik  müasir avadanlıqlarla təchiz edilmiş məktəb istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin  2015-ci il 19 yanvar tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na əsasən rayonda hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi,  təhsil muəssisələrinin reytinq sisteminin yaradılması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yuksəldilməsi, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması sahəsində dövlət siyasətinin icrası qarşıya əsas məqsəd kimi qoyulmuşdur.
Hesabat dövrü ərzində vətəndaşların sağlamlığının qorunması sahəsində Mərkəzi Xəstəxananın tibb işçiləri tərəfindən əhali arasında, məktəblərdə və uşaq bağçalarında 58 reyd keçirilmiş, tibb işçilərindən ibarət yaradılmış briqada mütəmadi olaraq əhali ilə profilaktiki söhbətlər apararaq məktəblərdə olmuş və maarifləndirmə işləri aparmışdır. Ötən doqquz ay ərzində rayon üzrə poliklinika və ambulator gəlişlərin sayı 43812 nəfər olmuş, stasionar şöbələrdə   558 nəfər müalicə olunmuş, uşaq və ana ölümü qeydə alınmamışdır.
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən Rayon İcra Hakimiyyəti başçısının  02 fevral 2015-ci il tarixli 02 saylı sərəncamı ilə işçi qrupu  və 12 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər  olmaqla 2 briqada  yaradılmış,  rayonda  müayinənin mütəşəkkil qaydada təşkili üçün  bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyati şəxslərə müvafiq tapşırıqlar verilmiş, Mərkəzi Xəstəxana tibbi ləvazimat və yardımçı vasitələrlə təmin edilərək müayinəyə tam hazır vəziyyətə gətirilmiş və əhalinin məskunlaşdığı  ərazilər və kollektivlər nəzərə alınmaqla xüsusi qrafik  tərtib olunmuşdur. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr xəstəxana tərəfindən lazımi dərman preparatları ilə təmin olunmuşdular.
        Doqquz ay ərzində Xocavənd rayonunda əhalinin asudə vaxtlarının səmərəli keçməsi və onlar arasında milli mədəniyyətimizin təbliğ edilməsi məqsədi ilə  Mədəniyyət  və  Turizm  Şöbəsi  1 rayon, 6 kənd mədəniyyət evi,  13 kənd kulubu, 1 Rayon  Mərkəzi Kitabxana Sistemi, 5 kitabxana filialı  və 2 uşaq musiqi məktəbinin gücündən istifadə edir. 2015-ci ilin müvafiq dövrü ərzində  rayon Mədəniyyət və Turizm  Şöbəsində müxtəlif mövzularda tədbirlər keçirilmiş, bu tədbirlərin əksəriyyəti milli  adət-ənənələrimizin qorunub saxlanması, mədəni irsimizin təbliğ olunması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, tarixi günlərin və əlamətdar hadisələrin qeyd edilməsi mövzusunda olmuşdur.
Kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi məqsədilə kənd kitabxana filiallarının Mərkəzi Rayon Kitabxanasına birləşdirilərək  7 şöbədən  və 5 kitabxana filialından ibarət  yaradılmış  Xocavənd Rayon Mərkəzi Kitabxana Sistemi hazırda sürətli internet, tələbata uyğun olaraq kompüter, digər inventar  avadanlıqlarla təmin olunmuş, MKS-nin  kadrlarının ixtisaslarının artırılması, elektron kataloqda işləmək qaydalarının öyrənilməsi məqsədilə 5 nəfər ixtisasartırma kursuna göndərilmişdir. “Dövlət Proqramı”na uyğun uyğun olaraq  www.khojavend.cls.az  internet saytı yaradılmış və həmin saytın elektron kitabxana bölməsində 176 ədəd  müxtəlif elektron ədəbiyyat yerləşdirilmişdir. Ümumilikdə,  kitabxanaların kitab fondunda  42,38 min nüsxə kitab mövcuddur ki, onlardan  26,866 min nüsxə  latın qrafikası ilə yenidən nəşr olunmuş kitablardır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xocavənd MKS-nin avtomatlaşdırılmış kitabxana–informasiya sistemi (AKİS) ilə təchiz edilməsi  planlaşdırılmış və bu istiqamətində işlər aparılır. Gələcəkdə kitabxana proseslərini avtomatlaşdıran və sadələşdirən,  dünya kitabxana sistemləri ilə  inteqrasiyasını mümkün edən son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemini yaratmaq qarşıya əsas məqsəd kimi qoyulmuşdur.
2015-ci ilin 9 ayı  ərzində gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir sıra işlərin həyata keçirilməsini təmin edilmişdir. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və sağlamlığının qorunması, həmçinin  idmanın müxtəlif  növlərinin kütləviləşdirilməsinə nail olmaq məqsədilə rayonda  10 idman klubu yaradılmış və 335 nəfərin bu klublarda məşq etməsinə şərait yaradılmışdır. 2015-ci ilin 9 ayı  ərzində 26 yarış keçirilmiş və bu yarışlarda 1005  nəfər idmançı  iştirak etmişdir.
         2015-ci ilin  9 ayı ərzində ictimai qurumlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, əhalinin siyasi maariflənməsi, cəmiyyətdə gedən ictimai-siyasi proseslərin əsas meyllərinin və inkişaf perspektivlərinin təhlili davam etdirilmiş, ölkə həyatında baş verən siyasi hadisələr, möhtərəm Prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin əhali arasında təbliği aparılan ideoloji işin tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlanılmışdır. Rayon üzrə yaradılmış 7 təbliğat qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərinin öyrənilməsi və təbliği istiqamətində həftə görüşləri təşkil etmiş, qabaqcıl və nüfuzlu ziyalılar əhalinin müxtəlif zümrələrinin iştirak etdiyi toplantılarda məruzələrlə çıxış etmişlər.
  Xocavənd rayon İcra Hakimiyyəti Başçısı Aparatının rəsmi internet saytı  (www.xocavend-ih.gov.az) vasitəsilə rayonda görülmüş işlər və həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq  ictimaiyyətə geniş məlumatların operativ şəkildə çatdırılması təmin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələri  və milli-mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində həyata keçirilən tədbirlər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının orqanı olan “Xocavənd” ictimai-siyasi qəzetində mütəmadi olaraq  işıqlandırılır və bu məsələ ümdə vəzifə kimi qəbul olunur.
       Hesabat dövründə rayon ictimaiyyətinin iştirakı ilə milli adət-ənənələrimizin qorunub saxlanması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi məqsədi ilə Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar günlər, bayramlar təntənəli şəkildə qeyd olunmuş, xalqımızın yaddaşında dərin izlər buraxmış 20 Yanvar, 31 Mart,  Xocalı, Qaradağlı   soyqırımlarına   həsr olunmuş geniş toplantılar, rayon məktəbliləri arasında inşa yazı, bədii qiraət üzrə müsabiqələr və Qarabağın tarixinə həsr olunmuş bilik yarışları  keçirilmiş, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu tarixlərin mahiyyəti bir daha dəyərləndirilmiş, Ermənistanın işğalçılıq siyasətini geniş şəkildə əks etdirən tarixi və sənədli materiallar sosial şəbəkələrdə yerləşdirilmişdir.
Bakıdakı Atəşgahda alovlandırılan “Bakı- 2015” Avropa Oyunları məşəlinin mayın 9-da   Xocavənd rayonunda Qarşılanma Mərasimi olmuşdur . 4000  nəfərdən çox  məcburi köçkün tərəfindən böyük coşqu və alqış sədaları ilə qarşılanan məşəli sambo, döyüş sambosu, əlbəyaxa döyüş və jiu-jitsu üzrə dünya çempionu Bəxtiyar Abbasov qəbul etmiş,10 nəfər məşəlçi 3,2 km məsafədə bir –birinə ötürmüş və Alov estafetinin sonuncu iştirakçısı – qarışıq döyüş növləri və döyüş sambosu üzrə dünya çempionu Şəhriyar Abbasov  səhnəyə qaldırmışdı. Məşəlin alovu ilə yandırılan çırağı Salakətin kənd tam orta məktəbinin şagirdi Aytac Rüstəmli rayon ictimaiyyətinə təqdim etmiş və yarışların sonuna kimi saxlanılması üçün Rayon icra hakimiyyətinin əməkdaşı Məmləkət İbrahimovaya təhvil vermişdir. Tədbir bayram konsert ilə davam etdirilmişdir.
  “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə  bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış  Dini İşlər üzrə Komissiya hesabat ili ərzində rayonda dini proseslərə nəzarətin gücləndirilməsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tarixi-dini abidələrin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Görülmüş məqsədyönlü işlərin nəticəsidir ki,  rayon ərazisində radikal dini cərəyan, vəhhabi təriqəti və xaricdən istiqamətləndirilən missionerlərin fəaliyyəti qeydə alınmamışdır.
Hesabat dövründə rayonda yalnız bir siyasi partiya, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı fəaliyyət göstərmişdir. 1993-cü ildə yaradılan və hal- hazırda öz sıralarında 799 nəfəri birləşdirən Yeni Azərbaycan Partiyasının Xocavənd Rayon Təşkilatı üzvlərindən 388 nəfərini qadınlar, 385 nəfərini  isə gənclər təşkil edir. Rayon təşkilatı yarandığı gündən ölkəmizdə keçirilən siyasi kampaniyalarda Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sadiqliyini daim nümayiş etdirmişdir.
         Respublikanın  ərazi  bütövlüyünün qorunması, rayonda həqiqi hərbi  xidmətə  çağırışın  mütəşəkkil  keçirilməsi  təmin  edilmişdir. 2015-ci ilin doqquz ayı ərzində çağırış yaşlı gənclərin sayı 72  nəfər  (2014-cü ilin 9 ayı ərzində 87  nəfər) olmuşdur. Onlardan  həqiqi  hərbi xidmətə  göndərilib  32  nəfər (2014-cü il 35), təhsilə  görə  möhlət hüququ verilib  24 nəfər (2014-cü il 25), əlavə  tibbi müayinəyə  göndərilib 16 nəfər (2014-cü il  27 nəfər). Ötən  çağrışlardan  möhlət  hüquq  almış 25 nəfər gənc  də hesabat dövrü ərzində həqiqi hərbi xidmətə getmiş, ümumilikdə 2015-ci ilin doqquz ayı ərzində Xocavənd rayonu üzrə 57 nəfər gənc həqiqi hərbi xidmətə getmişdir.
Hesabat dövründə hüquq-mühafizə orqanları və digər dövlət qurumları ilə sıx, səmərəli və işgüzar əlaqələrin yaranmasının  nəticəsində  rayonda davamlı olaraq ictimai-siyasi sabitlik qorunub saxlanılmış, cinayətlərin bütün təzahürləri ilə mübarizədə müsbət nəticələr əldə olunmuşdur. Xocavənd  Rayon  Polis Şöbəsinin şəxsi heyəti əvvəlki illərdə olduğu kimi 2015-ci ilin 9 ayı ərzində də rayon ərazisində cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində müvafiq işlər görmüş, əməliyyat şəraitinə nəzarət etməklə profilaktiki fəaliyyət funksiyasını yerinə yetirmişdir. 2015-ci  ilin doqquz ayı ərzində  Xocavənd  rayonunun inzibati  ərazisində  2 (iki) cinayət hadisəsi  qeydə  alınmış,  baş  vermiş  cinayət hadisəsi açılmaqla 100% təmin edilmiş, bağlı qalmış cinayət hadisəsi olmamışdır.
Hesabat  dövründə  Qeydiyyat  Şəxsiyyət  Vəsiqəsi  Qrupu  tərəfindən  784  nəfər  rayon sakini şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Onlardan  230 nəfər  16  yaşa  çatmamış, 16 yaşın tamam olması ilə əlaqədar 192 nəfər,  25 yaşın tamam  olması ilə  əlaqədar  151  nəfər,  35  yaşın tamam olması  ilə  əlaqədar  109  nəfər,  50 yaşın  tamam  olması  ilə əlaqədar  102  nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.  Şəxsiyyət  vəsiqəsinin  itməsi və korlanması ilə   əlaqədar  21  nəfər  müraciət etmiş və müraciətlərin hər biri  müsbət  həll edilmişdir. 
2015-ci ilin doqquz ayı ərzində yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin, sağlamlığının qorunması, həyat şəraitinin yaxşılaşdırılması, tərbiyəsi, təhsili, istirahət vaxtının səmərəli keçirilməsinə nəzarət məqsədi ilə rayonun məktəbəqədər tərbiyə müəssisələrində və ümumtəhsil məktəblərində  müntəzəm olaraq görüşlər keçirmişdir. Hesabat dövrü ərzində azyaşlılar arasında cinayət və hüquq pozmalarının, eləcə də nəzarətsizliyin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq  rayonda azyaşlılar  arasında cinayət hadisələrinin törədilməsi faktları qeydə alınmamışdır.

     Vətəndaş müraciətlərinə baxılması,  səyyar qəbulların təşkili barədə
   2015-ci  ilin doqquz ayı   ərzində Xocavənd rayonu İcra aparatı  öz işini  Azərbaycan  Respublikası  Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında  Əsasnamə”nin   və Xocavənd rayonu İcra hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş  “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əsasnaməsi”nin tələblərinə uyğun quraraq  bu istiqamətdə  bir sıra tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, doqquz ay ərzində Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası  Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, Prezident Administrasiyası rəhbərinin və administrasiyanın struktur bölmələrinin tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə  müvafiq tədbirlər  həyata  keçirmiş, icra ilə bağlı arayışların təqdim olunması təmin edilmişdir.
       Tərtib  olunmuş  qrafikə  uyğun  olaraq  həftənin  ayrı-ayrı günlərində İcra başçısı, müavinlər, şöbə və sektor  müdirləri tərəfindən vətəndaşlar qəbul edilmiş, bununla belə, rayon əhalisinin Respublikanın müxtəlif rayonlarında pərakəndə şəklində məskunlaşdığını nəzərə alaraq bu qəbullara vaxt məhdudiyyəti qoyulmamışdır. Hesabat dövrü  ərzində  Xocavənd rayon İcra hakimiyyəti başçısı tərəfindən 58 nəfər(2014-cü ilin müvafiq dövründə 73 nəfər), ayrı-ayrı şöbələr tərəfindən isə 450 nəfər(2014-cü ildə 539 nəfər), (Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi-97,  İctimai-siyasi  və  humanitar  məsələlər şöbəsi-81, Ərazi idarəetmə və yerli özünüidarəetmə  orqanları  ilə iş şöbəsi-174, Hüquq şöbəsi-54, Memarlıq və tikinti şöbəsi-44)  rayon sakini qəbul edilmiş, onları maraqlandıran və ya narahat edən məsələlər  yerindəcə öyrənilmiş və müvafiq köməkliklərin göstərilməsi təmin edilmişdir.
         Rayon  İcra  hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşlardan 26-sı (44,8 %)  işlə təmin olunma, 4-ü (6,9 %) kənd təsərrüfat məsələləri, 10-u (17,2 %) mənzil məsələləri, 2-si(3,5 %) ünvanlı sosial yardım, 2-si( 3,5 %) maddi köməklik, 3-ü ( 5,2 %) ayrı təsərrüfat olma ilə bağlı, 11-i (18,9 %) nəfəri  isə digər məsələlərlə bağlı müraciət etmişdir. Müraciət edən hər bir vətəndaş lazımi səviyyədə dinlənilmis və qaldırılmış problemlərin həll edilməsi  üçün mövcud imkanlardan istifadə olunmuşdur. 
    Səyyar qəbulların  səmərəli təşkili və daha çox rayon vətəndaşının bu görüşlərdə iştirak etməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, doqquz ay  ərzində səyyar görüşlər həftədə bir dəfə olmaqla təşkil edilmiş, görüşün keçirilmə vaxtı, yeri barədə sakinlər əvvəlcədən məlumatlandırılmış,  qəbullar zamanı vətəndaşların səsləndirdiyi hər bir məsələ ilə bağlı tədbirlər görülmüş və  vətəndaşlara qanuna müvafiq qaydada   cavablar  verilmişdir. Hesabat  dövrü  ərzində məcburi köçkünlərin məskunlaşdığı  10 rayonda 34 səyyar qəbul  keçirilmişdir. Keçirilmiş  görüşlərdə  ümumilikdə 863 nəfər rayon sakini iştirak etmiş və bu görüşlərdə müxtəlif problemlərlə bağlı 63 məsələ barədə müraciətlər olunmuşdur. Səyyar qəbullar zamanı səsləndirilmiş  3 məsələ  barəsində Mərkəzi İcra orqanları qarşısında,  kollektiv formada 2, fərdi qaydada 32 müraciətlə  bağlı Yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış, 26 müraciətin  icrası ilə bağlı isə rayon təşkilatlarına tapşırıqlar verilmişdir.
Yerli  icra  hakimiyyəti  orqanları  qarşısında  qaldırılmış 32 müraciətin icrası təmin olunmuş,  2 müraciətlə bağlı izahat işləri aparılmışdır.  Rayon təşkilatlarına tapşırılmış  26  müraciətin icrası həmçinin  tam şəkildə öz müsbət  həllini tapmışdır.  Mərkəzi İcra orqanları qarşısında qaldırılmış 3 müraciətin icrası isə nəzarətdə saxlanılır.   
Rayon  İcra hakimiyyəti  başçısının 2015-ci  ilin doqquz ayı  ərzində  yerlərdə keçirdiyi səyyar görüşlər   Azərbaycan   Respublikası   Prezidenti  Administrasiyasının  Regional  idarəetmə və yerli özünüidarəetmə  orqanları  ilə iş  şöbəsinə  əvvəlcədən təqdim olunmuş  qrafikə  uyğun  keçirilmişdir. Keçirilmiş hər bir səyyar qəbul Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən protokollaşdırılmış,  verilmiş  tapşırıqlar  aidiyyəti şöbələrdə  araşdırılaraq   nəticə ilə bağlı  vətəndaşa  və  rayon  İcra  hakimiyyəti başçısına  məlumat verilmişdir. Hər ayın sonunda keçirilmiş səyyar qəbullar və bu qəbullar zamanı qaldırılmış məsələlərin icrası ilə bağlı  məlumatlar  İnformasiya təminatı və təhlil sektoru tərəfindən Mərkəzi Serverə  göndərilməsi təmin edilmişdir.
        Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olan vətəndaş müraciətləri ”Vətəndaşların  müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-I Q nömrəli Qanununa, habelə  Azərbaycan  Respublikası  Prezidentinin  1998-ci il 29 dekabr  tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə  vətəndaşların  təklif,  ərizə  və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınmış,  təlimata uyğun olaraq araşdırılmış  və  müvafiq  tədbirlər görülmüşdür. Hər bir vətəndaşın öz  hüquqlarından  istifadə  edərək  İcra  başçısına, onun Aparatına, müvafiq ərazi dairəsi üzrə  nümayəndəliklərinə,  idarə  və  təşkilat rəhbərlərinə  müraciət etməsi üçün lazımi şəraitin yaradılması təmin edilmişdir.
        2015-cü ilin doqquz ayı   ərzində  İcra Hakimiyyəti Aparatına vətəndaşlardan 104  (bunlardan 10-u təşkilat daxili ) müraciəti daxil olmuşdur. (Bu rəqəm 2013-cü ilin müvafiq dövrü ərzində 231, 2014-cü ildə isə 170 olmuşdur.)Yazılmış müraciətlərdə vətəndaşlar daha çox öz gündəlik qayğılarını əhatə edirlər ki, onlardan  14-ü (13,5%) (2014-cü ildə 16-sı) Azərbaycan Respublikası Prezident Administrasiyasından, 3-ü (2,9%) (2014-cü ildə 1-i ) Milli Məclisdən, 11-i (10,6%) (2014-cü  ildə 39-u) Nazirlər  Kabinetindən, 13-ü (12,5%)  (2014-cü  ildə 12-i)  Mərkəzi  İcra orqanlardan və  digər rayonlardan,63-ü (60,5%)  (2014-cü  ildə 102-si) isə  birbaşa Xocavənd rayonu İcra hakimiyyəti başçısı aparatına daxil olan  müraciətlərdir. Müraciətlərin 3-ü   (2,9%)kənd təsərrüfatı (2014-cü ildə 11 müraciət ), 5-i(4,8%) təhsil məsələləri(2014-cü ildə 10 müraciət), 51-i (49%) əmək və əhalinin sosial müdafiəsi (2014-cü ildə 74 müraciət),18-i  (17,3%) mənzil məsələləri(2014-cü ildə 29 müraciət ),5- i   (4,8%) hüquq məsələləri (2014-cü  ildə 3 müraciət ), 6-sı(5,8%) ailə və məişət(2014-cü ildə 19 müraciət), 16-sı (15,4%)isə bu və ya digər məsələlərlə (2014-cü ildə 24 müraciət)   bağlı   olmuşdur.
   2015-ci  ilin doqquz ayı   ərzində rayon İcra hakimiyyəti  aparatının rəsmi saytına  (www.xocavend-ih.gov.az)   iki müraciət daxil olmuşdur. 
Ümumi  müraciətlərin 59,6 faizi (62 müraciət) müsbət həll edilmiş, 1,9 faizi (2 müraciət) qismən həll edilmiş, 33,7 faizi (35 müraciət) ilə bağlı müvafiq izahat işləri aparılmış,  1,9 faizi (2 müraciət)  əsassız sayılmış, 2,9 faizi (3 müraciət)  icradadır.(2014-cü ilin müvafiq dövrü ərzində  daxil olan  müraciətlərin 58,2 faizi  (99 müraciət)müsbət həll edilmiş, 4,7 faizi(8 müraciət)  qismən həll edilmiş, 29,4 faizi  (50müraciət)barədə müvafiq izahat işləri aparılmış,7,1 faizi(12 müraciət)   əsassız sayılmış, 0,6 faizi(1 müraciət)  isə icrada olmuşdur ).
Rayon  İcra  hakimiyyəti  başçısı  aparatına daxil  olan  104  müraciətin 83,7 faizini (87 müraciət)ərizələr, 16,3 faizini(17) şikayətlər (2014-cü ilin müvafiq dövrü ərzində  müraciətlərin 87,7 faizini(149 müraciət) ərizələr,12,3 faizini(21 müraciət) şikayətlər)  təşkil etmişdir.
Vətəndaş ərizələrinin 65,5 faizi (57 müraciət) müsbət həll edilmiş, 2,3 faizi (2 müraciət) qismən həll edilmiş, 29,9 faizi (26 müraciət) müvafiq izahat işləri aparılmış, 2.3 faizi (2 müraciət) isə icradadır.
Şikayət xarakterli müraciətlərin 29,4 faizi (5 müraciət) müsbət həll edilmiş, 52,9 faizi (9 müraciət) müvafiq  izahat  işləri aparılmış, 11,8 faizi (2 müraciət)  əsassız sayılmış, 5.9 faizi (1 müraciət) isə icradadır.
           “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Xocavənd rayon icra Hakimiyyəti başçısı tərəfindən 08 may 2015-ci il tarixli 33 nömrəli sərəncam imzalanmışdır. Sərəncama əsasən informasiya sisteminin məsul şəxsi, informasiya sisteminin istifadəçiləri (üç nəfərdən ibarət) müəyyən edilmiş və artıq 2015-ci il iyulun1-dən bu sistemin tətbiqinə başlanılmışdır.
       
   Xocavənd  rayonu  İcra hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şurada  rayonunun iqtisadi, sosial-mədəni və digər yerli  əhəmiyyətli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə iclasların hazırlanıb keçirilməsinə xüsusi əhəmiyyət verilmiş və bu qərarların icrası daim nəzarətdə saxlanılmışdır. 2015-ci ilin doqquz ayı   ərzində Xocavənd rayonu İcra hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şura ayda iki dəfə olmaqla, Şura üzvlərinin yekdil iştirakı təmin olunmaqla keçirilmişdir. Keçirilmiş  Şura  iclaslarında  27 məsələnin müzakirə edilməsi nəzərdə tutulduğu halda 33 məsələ müzakirəyə çıxarılmışdır. Şura yığıncağının gündəliyinə çıxarılan məsələlər geniş şəkildə  müzakirə edilərək  müvafiq  qərarlar qəbul olunmuş, qəbul olunmuş qərarlar aidiyyəti üzrə ünvanlara çatdırılmış və  icrasına nəzarət olunmuşdur. Həmçinin idarə və təşkilatlarda keçirilən toplantılarda, eləcə də kənd icra nümayəndəliklərinin əhali ilə keçirdikləri tədbirlərdə bu barədə geniş məlumatlar verilmişdir.  Hesabat dövrü ərzində  Şuranın 1 səyyar iclası keçirilmişdir.
2015-ci  ilin doqquz ayı  ərzində  səyyar görüşlər zamanı qaldırılmış problemlərin icrası,  həmçinin vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinin vəziyyəti araşdırılmış, təhlillər aparılmış və  görülmüş işlərlə bağlı rayon İcra hakimiyyəti başçısına  məlumat verilmişdir. Aparılmış təhlillərdən 2-si Xocavənd rayonu İcra hakimiyyəti başçısı  yanında  Şura  yığıncağında  müzakirəyə çıxarılaraq  mövcud çatışmazlıqlar geniş formada müzakirə edilmiş və bu istiqamətdə görüləcək işlərlə bağlı  müvafiq qurum rəhbərlərinə tapşırıqlar verilmişdir.
  Ötən doqquz ay ərzində müxtəlif mövzularda 30 tədbir keçirilmişdir ki, bu tədbirlərdə ümumilikdə 10120 nəfər iştirak etmişdir. Keçirilmiş tədbirlər təlimata uyğun protokollarla rəsmiləşdirilmişdir.
Cari ilin doqquz ayında Xocavənd rayonunun azərbaycanlı əhalisi artaraq 01.10.2015-ci il tarixə  2990 ailə olmaqla 12064 nəfər olmuşdur. Rayon ərazisi işğal altında olduğu üçün soydaşlarımız Respublikanın 37 şəhər və rayonunda məskunlaşmışlar. Əhalimiz əsasən Beyləqan rayonu ərazisində yerləşən “Yeni Xocavənd “, Qaradağlı ,“Yeni Tuğ”, “Xocavənd”, 320 ailəlik qəsəbədə və Ağcabədi rayonu ərazisində yerləşən yeni tikilmiş “Hündürmərtəbəli yaşayış massivində”  kompakt şəkildə məskunlaşmışlar. Rayonun azərbaycanlı əhalisi Beyləqan rayonu ərazisində 1215 ailə olmaqla 4927 nəfər, Ağcabədi rayonu ərazisində 508 ailə 2160 nəfər, Sumqayıt şəhəri üzrə 120  ailə 486 nəfər, Bakı şəhərinin on bir rayonu üzrə 863 ailə 3391 nəfər və Respublikanın digər şəhər və rayonlarında  284 ailə olmaqla 1100 nəfərdir. Rayon əhalisinin 193 nəfəri isə müvəqqəti olaraq xarici ölkədə yaşayırlar.
2015-ci ilin doqquz ayı  ərzində Xocavənd rayonu üzrə doğulan uşaqların sayı 144 nəfər (2014-cü ilin üçüncü rübü ərzində 148), vəfat edən vətəndaşların sayı isə 43 nəfər (2014-cü ilin üçüncü rübü ərzində 44) olmuşdur. Əhalinin təbii artımı 101 nəfər təşkil edir. Doqquz ay ərzində rayona qeydiyyata düşən vətəndaşların sayı 116 nəfər(2014-cü ilin üçüncü rübü  ərzində 188), ailə vəziyyətləri ilə bağlı qeydiyyatdan çıxan vətəndaşların sayı isə 57 nəfər (2014-cü ilin üçüncü rübü ərzində 36) təşkil etmişdir. Əhalinin miqrasiya artımı 59 nəfər olmuşdur. 2015-ci ilin doqquz ayı ərzində Xocavənd rayonu üzrə 19 (2014-cü ilin üçüncü rübü ərzində 22) ailə arasında rəsmi nigah bağlanmış  və 14 nigahın (2014-cü ilin üçüncü rübü ərzində 14) pozulması faktı qeydə alınmışdır.
2015-ci ilin doqquz ayı ərzində informasiyanın toplanması və zəruri məlumatların verilməsi istiqamətində rayonda görülmüş işlər qənaətbəxş sayıla bilər. Tələb olunan  məlumatlar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının müvafiq şöbələri və Statistika İdarəsi ilə birlikdə təhlil edildikdən sonra Mərkəzi Serverə göndərilmişdir.Hesabat dövrü ərzində Aparatın müvafiq şöbələrindən rayonun idarə, müəssisə və təşkilatlarının 2015-ci ilin doqquz ayın yekunlarına dair aylıq, rüblük və yarımillik hesabatlar toplanaraq müqayisəli təhlil aparılmış və Prezident Administrasiyasının Analitik şöbəsinə göndərilməsi təmin edilmişdir. Məlumatlarda aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və növbəti dövr üçün işin təkmilləşdirilməsi məqsədi ilə aidiyyəti şöbələrin rəhbərləri ilə mütəmadi qaydada iş aparılmışdır.
         Xocavənd rayonunun ictimaiyyəti 2015-ci ilin doqquz ayı ərzində qarşıya qoyulan vəzifələri, regionların sosial-iqtisadi inkişafının sürətlənməsi, ordu quruculuğu istiqamətində həyata keçirilən böyük işləri, ictimai-siyasi asayişin qorunub möhkəmləndirilməsi, eləcə də ölkə daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətləri  ürəkdən bəyənir, müdafiə edir və dəstəkləyirlər.
Həmçinin qeyd etmək lazımdır ki, görülmüş işlər və qazanılmış uğurlarla bərabər bir sıra nöqsanlar da vardır. İnanırıq ki, rayonumuzun fədakar, zəhmətkeş və  əməksevər insanlarına güvənərək yol verilmiş nöqsanların aradan qaldırılmasına və qarşıya çıxan problemlərin həllinə nail olunacaq, ölkəmizin daha da inkişaf etməsi yolunda tarixin sınaqlarından üzüağ çıxmış xocavəndlilər öz imkanlarından maksimum dərəcədə istifadə edəcəklər.  
Xocavənd sakinləri bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında fəal mövqe, əzmkarlıq və yüksək işgüzarlıq nümayiş etdirərək Vətənimizin-müstəqil Azərbaycanın  daha da  çiçəklənməsi və qüdrətlənməsi naminə əllərindən gələni əsirgəməyəcəklər.             
 
 

Keçidlər