"Cəbhə bölgələrində yaşayan gənclərə təhlükəsizlik qaydalarının təbliği" layihəsi çərçivəsində tədbir keçirilmişdir.
21 oktyabr 2015-ci il tarixdə Xocavənd 320 ailəlik qəsəbədə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi "Cəbhə bölgələrində yaşayan gənclərə təhlükəsizlik qaydalarının təbliği" layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə çıxış edən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi”nin sədri Emin Həsənli cəbhəyanı ərzilərdə yaşan insanların əsasən də gənclərin ayıq sayıq olmalarını, şübhəli əşyalardan qorunmalı, eyni zamanda yad insanlar gördükdə lazımi dövlət orqanlarına məlumat verməli olduqlarını diqqətə çatdırmışdır. Həmçinin tədbirdə çıxış edən Xocavənd rayon Gənclər və İdman idarəsinin rəisi Aslan Quliyev bildirmişdir ki, düşmənlə təmas xəttində yaşan insanlar o cümlədən gənclər daima təhlükəsizlik qaydalarına əməl etməli eyni zamanda özlərindən kiçik yaşlı uşaqları bu sahədə bilgiləndirməlidirlər.