Dövlət Bayrağı Gününə həsr edilmiş bayram tədbiri keçirilmişdir.
11 noyabr 2015 | 16:00
09 noyabr 2015-ci il tarixdə Xocavənd qəsəbəsi Mədəniyyət evində Azərbaycanın Dövlət Bayrağı Gününə həsr edilmiş bayram tədbiri keçirilmişdir. Tədbirdə dövlət bayrağının hər bir vətəndaş tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunduğu vurğulanmış, millətin azadlıq rəmzi, vətənin simvolu, hər zaman qürur və inam yeri olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Rayon idarə, müəssisə və təşkilat rəhbərlərinin, məktəblilərin və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir rayon ümumtəhsil müəssisələrinin, musiqi məktəbinin və Rayon Mədəniyyət evinin hazırladığı maraqlı bayram proqramı ilə davam etmişdir.