Şriftin ölçüsü :

Saytın rəngi :

“İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində tədbir təşkil edilmişdir.

18 noyabr 2015 | 16:00

13 noyabr 2015-ci il tarixində Xocavənd rayon Mədəniyyət evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində tədbir təşkil edilmişdir. Gənclər tərəfindən maraqla qarşılanan tədbiri giriş sözü ilə açan layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov gəncləri salamlamış, donor təşkilat, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti, layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat vermişdir. Xocavənd rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Mirzəyev çıxış edərək layihənin gənclər arasında vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi baxımından böyük önəmə malik olduğunu qeyd etmişdir. Təşkilatın icraçı direktoru Mürsəl Behbudlu “Xocavənd İntellektual Klubu”nun nizamnaməsinin qəbul olunması və klub sədrinin seçilməsi məsələsini səsverməyə çıxarmış və gündəlikdə olan məsələlər yekdilliklə qəbul edilmişdir.
Tədbir 8 komandanın iştirakı ilə milli mövzularda olan suallardan ibarət “Nə? Harada? Nə zaman?” formatında intellektual turnirlə davam etmişdir. Koordinator İmran Yaqubzadə və təşkilatçı Elxan Gəraylının rəhbərliyi ilə gərgin mübarizə şəraitində baş tutan turnirdə “Albedo” və “Tuğ” komandaları Beyləqan rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.
Layihənin əsas məqsədi region gəncləri arasında intellektual oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdan ibarətdir.

Keçidlər