Folklorun dövlətçiliyin, milli ideoloji əsasların möhkəmləndirilməsində rolu” mövzusunda layihə həyata keçirmişdir.
13 noyabr 2015-ci il tarixdə Xocavənd qəsəbəsi rayon Mədəniyyət evində Folklorçular” İctimai Birliyi Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu ilə birgə “Folklorun dövlətçiliyin, milli ideoloji əsasların möhkəmləndirilməsində rolu” mövzusunda orta ümumtəhsil məktəblərində seminarların keçirilməsi mövzusunda layihə həyata keçirmişdir. Layihənin məqsədi Azərbaycanın Qarabağ bölgəsində yerləşən və Qarabağdan qaçqın düşmüş vətəndaşlarımızın məskunlaşdığı qaçqın şəhərciyində orta məktəblilər arasında dövlətə və dövlətçiliyə, eyni zamanda milli mənəvi dəyərlərə sədaqət hissinin aşılanmasından ibarət olmuşdur. Layihə çərçivəsində “Folklorçular” İctimai Birliyinin və AMEA Folklor İnstitutunun əməkdaşları rayon məktəblilərinə Azərbaycan şifahi xalq ədəbiyyatı, vətənpərvərlik, dövlətçilik ideyaları haqqında məlumat vermişlər.