Şriftin ölçüsü :

Saytın rəngi :

YAP rayon təşkilatının təşkilatçılığı ilə tədbir keçirilmişdir.

27 noyabr 2015 | 16:00

26 noyabr 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü, Xocavənd rayonunun yaranmasının isə 24-cü ildönümü münasibəti ilə Xocavənd qəsəbəsi, rayon Mədəniyyət evində, Xocavənd Rayon İcra hakimiyyəti və YAP  rayon təşkilatının təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Xocavənd qəsəbəsində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünə gül dəstələri qoymuşlar. Rayon mədəniyyət evində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə öz işinə başlamışdır. Tədbirdə YAP rayon təşkilatı Siyasi Şurasının eləcə də İdarə Heyətinin üzvləri və ictmaiyyəti nümayəndələri iştirak etmişlər. Yubiley mərasimində YAP Xocavənd rayon təşkilatının sədri əvəzi Azər Süleymanov məruzə ilə çıxış edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümü təkcə partiyada deyil, bütün xalq tərəfindən, vətənini, dövlətini sevən, onun bu gününə, sabahına, xoşbəxt gələcəyinə biganə qalmayan bütün vətəndaşlar tərəfindən yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edilir: İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas qüvvəyə çevrilən siyasi qurum olmuşdur. Azər Süleymanov  Azərbaycanın hazırda ən yüksək zirvələri fəth etməsini Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olduğunu diqqətə çatdırmışdır. Natiq YAP Xocavənd rayon təşkilatının 21 fevral 1993-cü ildə təsis olunduğunu, təsis konfransı keçirilən zaman  rayon təşkilatının 10 ərazi təşkilatı, sıralarında 50 üzvünün olduğunu diqqətə çatdırmışdır. Hazırda isə 10 ərazi ilk təşkilatında ümiumilikdə 800 nəfər insan birləşib. Tədbirdə çıxış edən YAP Gənclər birliyinin üzvü Nasir Quliyev Yeni Azərbaycan Partiyasının Naxçıvanda yaradıldıqdan sonra Azərbaycan dövlətçiliyinin inkişafında xidmətlərindən eyni zamanda partiyanın gənclər siyasəti istiqamətində gördüyü çoxşaxəli işlərdən söz açmışdır. Tədbirdə həmçinin çıxış edən rayon ziyalıları Azərbaycanın 24 il ərzində keçdiyi yolun Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsi olduğunu qeyd etmişlər. Bu yolun hər bir uğurunda, qələbəsində bütövlükdə YAP-ın və onun hər bir üzvünün özünəməxsus töhfələri var. 

Keçidlər