Şriftin ölçüsü :

Saytın rəngi :

27 oktyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Bakı şəhəri Nərimanov rayonunda məskunlaşan rayon sakinlərilə növbəti səyyar qəbul keçirmişdir.

27 oktyabr 2023 | 15:43
   27 oktyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Bakı şəhəri Nərimanov rayonunda məskunlaşan rayon sakinlərilə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Eyvaz Hüseynov bildirib ki, Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə düşmənə qarşı keçirilmiş döyüş əməliyyatları Müzəffər Ali Baş Komandanımızın qüdrətini, Silahlı Qüvvələrimizin yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Başçı sentyabrın 19-20-də Möhtərəm Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə keçirilmiş lokal xarakterli antiterror əməliyyatları barədə danışaraq qeyd edib ki, cəmi 24 saat ərzində erməni separatçılığına son qoyan, xalqımızın və soydaşlarımızın uzun illər böyük həsrətlə gözlədiyi o gün yetişdi - erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular və ölkəmizin suverenliyi tam bərpa edildi! Düşmən Azərbaycan əsgərinin, Azərbaycan zabitinin vətənpərvərliyi, peşəkarlığı və döyüş məharəti qarşısında əlacsız olduğunu etiraf etməli oldu. Başçı bildirib ki, baş verən son hadisələr bir daha göstərdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqına qarşı törədilmiş istənilən cinayətlərdə iştirak edən erməni terrorçularının Azərbaycan qanunları qarşısında cavab vermələri üçün bütün səylərini ortaya qoydu və bu qətiyyətin məntiqi nəticəsi kimi həmin terrorçular artıq hüquq mühafizə orqanlarımız tərəfindən istintaqa cəlb olunublar. Eyvaz Hüseynov, işğaldan azad olunmuş ərazilərdə sürətlə davam etdirilən tikinti bərpa işlərindən sonra bütün məcburi köçkünlərin oz doğma torpaqlarına qayıdaraq, orada əbədi olararq əminmanlıq şəraitində yaşayacaqlarına əminliyini ifadə etmişdir.
  Daha sonra vətəndaşların təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Keçidlər