Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr - Anım Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Xocavənd rayonundan olan şəhidlərin ailələri ziyarət edilir.

26 sentyabr 2024 | 16:52
   27 Sentyabr - Anım Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Xocavənd rayonundan olan şəhidlərin ailələri ziyarət edilir.
  Xocavənd Rayonu üzrə Maliyyə şöbəsinin və Rayon Icra Hakimiyyətininin əməkdaşları, şəhid Nüsrətli Ceyhunun ailəsini ziyarət ediblər. Ziyarət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından, hərbçilərimizin qəhrəmanlığından bəhs olunub.
  Şəhid Nüsrətli Ceyhunun şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb.
  Qeyd edək ki, Nüsrətli Ceyhun 8 aprel 1995-ci ildə dünyaya göz açmışdır. Əslən Füzuli rayonunun Dilağarda kənindən olan şəhidimizin ailəsi Beyləqan rayonu ərzisində salınmış 146 ailəlik məcburi köçkün qəsəbəsində məskunlaşmışdır. Nüsrətli Ceyhun ali təhsilli idi. 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsini bitirmişdir. Daha sonra həqiqi hərbi xidmətə yollanan Ceyhun 29 sentyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən ağır döyüşlərdə xüsusi şücaət göstərərək həlak olmuşdur. O, Xocavənd Şəhidlər məzarlığında dəfn edilmişdir.
  Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik nümayiş etditdiyinə görə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.
  Ceyhun subay idi.
  Allah rəhmət eləsin!
Keçidlər