Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr -Anım Gününün beşinci ildönümü münasibətilə eyni zamanda təmiz və yaşıl mühit naminə abadlıq və ekoloji tədbirlərlə bağlı ağacəkmə aksiyası keçirilib.

27 sentyabr 2025 | 10:05

27 sentyabr -Anım Gününün beşinci ildönümü münasibətilə eyni zamanda təmiz və yaşıl mühit naminə abadlıq və ekoloji tədbirlərlə bağlı ağacəkmə aksiyası keçirilib.

"Konstitusiya və Suverenlik İli" çərçivəsində 27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə bağlı həmçinin Birləşmiş Millətlər Təşkilatının Şəhərsalma Forumunun (WUF13) keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 iyun tarixli 621 nömrəli Sərəncamına əsasən hazırlanmış Tədbirlər Planına uyğun olaraq 320 ailəlik Xocavənd qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Təşkil edilən ağacəkmə aksiyasında Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları və rayon sakinləri fəal iştirak ediblər.
Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 100 ədəd eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

 
 
 
 
 
 
 
 
Keçidlər