Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr 2015-ci il tarixdə ön cəbhədə xidmət edən əsgər və zabitlərlə görüşmüşdür.

31 dekabr 2015 | 16:00

Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov  Yeni təqvim ilinin başlanması və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə 31 dekabr 2015-ci il tarixdə ön cəbhədə xidmət edən əsgər və zabitlərlə görüşmüşdür. Görüş zamanı  Eyvaz Hüseynov bayram münasibətilə  əsgər və zabitləri təbrik etmiş onlara xoş arzularını çatdırmışdır. Başçı Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələrin Prezident, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən inam və qətiyyətlə gerçəkləşdirildiyini və hazırda beynəlxalq standartlara cavab verən Silahlı Qüvvələrimizin, Milli Ordumuzun əsgər və zabitlərinin  respublikamızın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, Ermənistan silahlılarının nəzarət altında saxladığı torpaqlarımızı işğaldan azad, həmçinin  ərazi bütövlüyümüzü bərpa etməyə hər an hazır  olduğunu bir daha vurğulamışdır. Natiq  regionda günü-gündən qüdrətlənən Azərbaycan ordusunun tezliklə Qarabağ torpaqlarını işğaldan azad edəcəyinə və həmvətənlərimizin doğma ata-baba yurdlarına qayıdacaqlarına inandığını bildirmişdir.
Sonda əsgərlərə bayram sovqatı paylanmışdır.

Keçidlər