Təmas xəttinin Xocavənd rayonundan keçən hissəsində növbəti monitorinq keçirilmişdir.
04 fevral 2016-cı il tarixdə ATƏT nümayəndələri İri Aderle, Saymon Piller, Tuncay Sevin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşlarının iştirakı ilə təmas xəttinin Xocavənd rayonundan keçən hissəsində növbəti monitorinq keçirilmişdir. Monitorinqin keçiriləcəyi əraziyə getməzdən əvvəl nümayəndə heyyətinin Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşü olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı qonqları səmimi qarşılayaraq onları Qarabağda, öz doğma yurdlarımızda salamlayacağına ümid etdiyini bildirmişdir. Bunun üçün isə ilk növbədə ermənistanın işğalçılıq siyasətinə son qoyulması, işğal olunmuş Azərbaycan torpaqlarının tezliklə azad olunması və öz vətənində məcburi köçkünə çevirilmiş bir milyon insanın pozulmuş hüquqlarının bərpa olunmasının vacibliyini vurğulamışdır. Bütün bunların baş tutması, regiona əbədi sülhün gəlməsi üçün isə dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməli olduğunu bildirmişdir. Münaqişənin tarixi köklərinə diqqət çəkən Rayon İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, əlbətdə Sizin də bu məsələlər barəsində kifayət qədər məlumatınız var. Ancaq bir daha nəzərinizə çatdırıram ki, Dağlıq Qarabağı qarabağ erməniləri işğal etməmişdir. Bu ərazilər sizin də yaxşı bildiyiniz kimi digər böyük güclərin köməkliyi ilə ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal zamanı tək qarabağ ərazisi deyil həmin əraziyə bitişik olan rayonlar 20 faiz torpaqlar da işğal olunmuş, ermənilər tərəfindən qanlı soyqırımı aktları törədilmişdir. Fevral ayının 26-da Xocalıda törədilən soyqırımın növbəti ildönümü keçiriləcək. Bundan əvvəl isə onlar Qaradağlı kəndində soyqırım törətmişdilər. Bizim tarixi torpaqlarımız işğal olunub dünya isə susur, aparıcı dünya dövlətləri buna sadəcə göz yumur, ermənilər də günü-gündən həyasızlaşır. Dünyanının güculü dövlətləri Atətin üzvüdürlər və bu dövlətlərin problemlə bağlı fəaliyyətlərinin heç bir real nəticəsi yoxdur. Belə görünür ki, aparıcı dövlətlər işğalçı ermənistanın öz adı ilə çağırmaq istəmir və həmişə bu dövlətə dəstək verirlər. Son vaxtlar Avropa Şurasında olan məsələ buna bariz nümunədir. Erməni işğlını təsdiqləyən bu sənədin qəbul olunmamasında Atətə üzv olan böyük güclərin fəallığı göz qabağındadır. Nə qədər ki, erməni yalanlarına Avropa dövlətləri inanır, lazım gələndə ona dəstək verir, vəziyyət günü-gündən gərginləşir. Keçən il avtomatlardan atəş açılırdı indi isə mina atantlar işə düşüb. Bizə deyirsiniz ki, müharibə olmaz. Məsələ danışıqlar yolu ilə həll olunmalıdır. Danışıqlar uzanır mənim torpağım isə hələ də erməni işğalındadır.
Daha sonra bölgədəki vəziyyətlə bağlı monitorinq iştirakçılarına ətraflı məlumat verən İcra Hakimiyyətinin Başçısı rayon ərazisində bütün təmas xətti boyu atəşkəs rejiminin demək olar ki, hər gün pozulduğunu və bir çox hallarda daha intensiv xarakter daşıdığını bildirdi. Hərbiçilərlə yanaşı təmas xətinə yaxın ərazilərdə yaşayan, təsərrüfat işləri ilə ilə məşğul olan mülki şəxslər, onlara məxsus avtomobillər, mal- qara və atların ermənistan ordusu tərəfindən hədəf seçildiyi bildirilmişdir. Təmas xətinə yaxın ərazilərdə yerləşən taxıl sahələrinin məqsədli şəkildə atəşə tutlması və baş verən genişmiqyaslı yanğınlar nəticəsində insanların böyük maddi itkilərlə üzləşdiklərini, eyni zamanda bu yanğınların ərazinin ekosisteminə də ciddi ziyan vurduğunu qrup üzvülərinin nəzərinə çatdıran Eyvaz Hüseynov 2015-ci ildə təmas xəttinə yaxın ərazidə 1600 hektar taxıl sahəsinin ermənilər tərəfindən yandırılaraq, 5000 min ton taxıl məhsulunun məhv edildiyini diqqətə çatdırmışdır. Bu il isə ermənilərin həmin əraziləri atəş altında saxlaması səbəbindən 1000 hektara yaxın torpaq sahəsi əkilməmiş qalmışdır. Təmas xəttində məskunlaşan əhali artıq bu əraziləridən köçmək məcburiyyətində qalıb. 2015-ci ilin iyulundan 2016-cı ilin fevralına kimi atəşkəs ermənilər tərəfindən 3640 dəfə pozulmuş, 1 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır. Bu atəşlərin əksəriyyəti isə mina atanlardan atılan atəş nəticəsində olmuşdur.
Bütün bunlara baxmayaraq bu bir reallıqdır ki, Azərbaycan xalqı öz torpaqlarının itirilməsi ilə heç vaxt razılaşmayacaq və hansı yolla olursa olsun öz ərazi bütövlüyünü təmin edəcəkdir. Görüşün sonunda Rayon İcra Hakimiyyəti başçısına səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür edən monitorinq qrupunun üzvüləri qoşunların Xocavənd rayonu ərazisindən keçən təmas xətinə yola düşmüşlər.