Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısının “2015-ci il ərzində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr” barədə hesabat iclası keçirilmişdir.
“2015-ci il ərzində Xocavənd rayonunda görülmüş işlərin
yekunları və qarşıda duran vəzifələr ” barədə
Rayon İcra Hakimiyyəti başçısının
H E S A B A T I
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, dövlətin beynəlxalq nüfuzunun sürətlə artması Ulu öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əiyevin milli dövlətçilik kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli və məqsədyönlü siyasətin uğurları sayəsində 2015-ci ildə də Azərbaycan iqtisadiyyatı qlobal böhranda yüksək dayanıqlıq nümayiş etdirərək iqtisadi artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bilmiş, ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti iqtisadi sabitliyin qorunmasına müvafiq imkanlar yaratmışdır. Ötən il bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazasının yaradılması istiqamətində islahatlar davam etdirilmiş, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, özəl bölmənin fəaliyyəti üçün daha əlverişli imkan yaradılmış, bazar institutlarının formalaşması ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Milli inkişaf siyasətinin uğurla davam etdirilməsinin nəticəsi kimi, qətiyyətlə və uğurla həyata keçirilən davamlı, düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı ötən il ərzində də öz dinamik inkişafını təmin etməklə bərabər siyasi-iqtisadi sabitlik qorunub saxlanmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların daha da inkişafı sürətlənmiş, iqtisadi artımın davamlılığı təmin edilmiş, milli mənafelərə və sosial rifaha xidmət edən özünəməxsus milli iqtisadi inkişaf modeli ilə bir sıra mühüm uğurlara imza ataraq Cənubi Qafqazda lider ölkə statusunu qorumuşdır.
2015-ci ildə qeyri-neft sektorunun ümumi daxil məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar Prezident cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Bu gün dünyada baş verən proseslərə nəzər saldıqda aydın görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, aparılan düzgün islahatlar nəticəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan bütövlükdə Avroatlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin aparıcı qüvvəsinə çevrilir. Bu siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatların və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Möhtərəm dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının xarici təsirlərə və qeyd olunan risklərə dayanıqlılığını şərtləndirən başlıca amillərdir.
2015-ci il dünya məkanında təzahür edən gərginliklərin daha da şiddətlənməsi, uzun illərdən bəri öz həllini gözləyən münaqişələr sırasına yeni təhlükə ocaqlarının əlavə olunması, siyasi qarşıdurmaların ölkə və cəmiyyətlərin normal inkişaf ahəngini pozaraq ağır iqtisadi, maliyyə böhranına rəvac verməsi kimi xoş olmayan nəticələrlə tarixə qovuşdu. Dünya maliyyə bazarlarındakı çətinliklər önündə ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirərək davamlı inkişaf etməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur.
Azərbaycan xalqının ümüummilli lideri Heydər Əliyevin milli dövlətçilik kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqəsdyönlü siyasətin uğurları sayəsində Azərbaycan iqdisadiyyatı qlobal böhranda yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətinin itirməmiş, iqtisadi artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində geçəkləşdirilən antiböhran siyasəti iqtisadi sabitliyin qorunmasına müvafiq imkanlar yaratmışdır. Dövlət başçısının fəaliyyətinin başlıca şərti ölkəmizin tərəqqisinə və əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılmasına nail olmaq, ölkənin strateji inkişaf modelinin mühüm bir elementi olan regionların sosial-iqtisadi inkişafını təmin edən “Dövlət Proqram”larının həyata keçirilməsini təmin etməkdir. Bu, cənab Prezidentin regionlara son dərəcə böyük diqqətinin göstəricisi olmaqla yanaşı, həm də bölgələrdə sosial-iqtisadi infrastrukturun inkişafına, əhalinin məşğulluğunun artırılmasına, bölgələrdə tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasına xidmət etmişdir. Qloballaşan dünyanın tələblərinə uyğun, yeni məzmun və keyfiyyətdə düzgün siyasi–iqtisadi istiqamətin uğurla davam etdirilməsi sayəsində sosial məsələlərin həllinə diqqət artırılmış, xalqımızın rifah halının yaxşılaşdırılması üçün daha təsirli addımlar atılmaqla bərabər infrastruktur layihələr vaxtlı-vaxtında icra olunmuş, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük layihələr həyata keçirilmişdir. Ötən dövr ərzində müəyyən edilmiş siyasətə uyğun olaraq mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirilərək sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmış, əhalinin sosial rifah halının daha da yaxşılaşması üçün zəruri tədbirlər görülmüşdür.
Bu gün qlobal məkanda təzahür edən gərginliklərin daha da şiddətlənməsi, uzun illərdən bəri həllini gözləyən münaqişələr sırasına yeni təhlükə ocaqlarının əlavə olunması, siyasi qarşıdurmaların ölkə və cəmiyyətlərin normal inkişaf ahəngini pozaraq ağır iqtisadi, maliyyə böhranına rəvac verməsi kimi xoş olmayan nəticələrlə tarixə qovuşdu. Rusiya və Qərb arasındakı gərginliklər, Rusiya-Suriya-Türkiyə problemi, regionu əhatə edən İŞİD fəlakəti, Səudiyyə Ərəbistanı və İran qarşıdurması, eləcə də Yaxın Şərqdə-İraqda, Suriyada, Liviyada davam edən müharibələr bu konfliktlərin təsir dairəsinə daxil olan bütün ölkələrin gələcək inkişaf kursuna müəyyən təhdidlər doğurur. Müasir dünyada baş verən bütün bu proseslərdə, həmişə olduğu kimi enerji amilinin yenə əhəmiyyətli rolu vardır. Amma maraqlı burasındadır ki, qlobal arenada oyun qaydalarının xeyli dərəcədə dəyişməsi enerji məsələlərinin bu proseslərə təsir formalarını da yeniləşdirib. Məzənnəsi təbii iqtisadi qanunauyğunluqlardan daha çox sırf siyasi maraqlarla süni şəkildə müəyyənləşdirilən neftin qiymətindəki məqsədli tərəddüdlər bu gün iqtisadiyyatında enerji amili xüsusi rol oynayan dövlətə ciddi təzyiq vasitəsinə çevrilmişdir. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi hər nə qədər iqtisadi səbəblərlə əsaslandırılsa da, başlıca səbəbləri böyük güclər arasındakı siyasi ziddiyyətlərdən qaynaqlandığı əsla şübhə doğurmur. Bütün bunların milli iqtisadiyyatında neft həlledici rol oynayan Azərbaycan kimi ölkəlrin sosial-iqtisadi həyatına mənfi təsirləri isə bu proseslərin ən çox təəssüf doğuran məqamıdır. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması, heç şübhəsiz ki, ölkəmizin inkişaf dinamikasında da özünü göstərir. Bu təsir xarici valyutalar qarşısında Azərbaycan manatının düşməsi ilə nəticələnsə də, dayanıqlı inkişaf modeli mürəkkəb qlobal situasiyada da ölkəmizin müxtəlif sahələr üzrə inkişafını, enerji dövləti kimi öz həlledici mövqeyini qoruyub saxlamasını təmin etmişdir. Nəzərə alınmalıdır ki, manatın məzənnəsinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının idarə olunmasında hər hansı problemlə bağlı deyil, dünyada gedən proseslərin ölkəyə mənfi təsiri ilə əlaqədardır. Amma cənab Prezidentin də qeyd etdiyi kimi, hakimiyyət neftin ucuzlaşması ilə bağlı yaranmış durumu Azərbaycan iqtisadiyyatı üçün bir sınaq kimi dəyərləndirir. İlin yekunları da göstərir ki, Azərbaycan bu sınaqdan çıxmağı bacarıb, yanacaq-enerji sektorunda gəlirlər azalsa belə, ölkə öz dinamik inkişafını dayandırmayıb. Əlbəttə, burada mühüm amil kimi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi nəzərə alınmalıdır. Vaxtilə belə qərar qəbul olunmasaydı, enerji resurslarından əldə olunan gəlirlərin bir qismi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilməsəydi vəziyyət həqiqətən də acınacaqlı ola bilərdi. Bu, Azərbaycan Prezidentinin uzaqgörənliyini, dünyada gedən prosesləri düzgün qiymətləndirdiyini və ölkəni, cəmiyyətimizi qlobal təhdidlərdən etibarlı şəkildə qorumaq üçün vaxtında lazımi tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir. Hələ 2008-ci il qlobal böhranından xeyli əvvəl iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinə başlanılması bu siyasətin nə qədər doğru olduğunu hazırkı dövrdə bir daha təsdiq edir.
Hesabat dövrü ərzində həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş ölkə kimi tanınan Azərbaycanın nüfuzu daha da artmışdır. Cənab Prezident tərəfindən aparılan uğurlu, məqsədyönlü siyasət əvvəlki kimi ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, enerji, eləcə də qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına imkan verməklə yanaşı, əhalinin etibarlı sosial müdafiəsinin təminatına, maddi rifah halının nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə gətirib çıxarmışdır. Əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün mümkün zəruri tədbirlər gerçəkləşdirilmiş, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Eyni zamanda ölkə həyatının bütün sahələrində olduğu kimi, qeyd olunan sferada da özünü göstərən sürətli islahatlar əhalinin etibarlı sosial müdafiə sisteminin inkişafına geniş imkanlar yaratmış, əldə olunmuş nailiyyətlərin miqyası əhəmiyyətli dərəcədə genişlənmişdir.
Ötən illərdə olduğu kimi, 2015-ci ildə də ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, kənd təsərrüfatı sahəsinin modernləşdirilməsi davam etdirilmiş, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin sosial-rifah halının yüksəlməsi təmin edilmişdir. Bu davamlı inkişaf, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla,uğurla davam etdirilməsi, qətiyyətli və gərgin əməyi sayəsində mümkün olmuşdur. Dövlət başçısının həyata keçirdiyi sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, paralel olaraq sosial müdafiə məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılması, onların həyat səviyyəsinin yüksəldilməsi kimi mühüm addımlardan ibarətdir. Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada, bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi, ilk növbədə, hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi iqtisadiyyatın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycan enerji təminatı sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmiş, neft-qaz layihələri və neft-qaz kəmərlərinin çəkilməsi nəticəsində bu gün ölkəmiz dünya miqyasında çox önəmli karbohidrogen ehtiyatları hasil və ixrac edən ölkə statusu qazanmışdır. Ötən il də Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşmüşdür. Bu uğurların əsasında isə cənab Prezident İlham Əliyevin Ulu Öndərin strateji kursunu uğurla davam etdirməsi dayanır və həyata keçirilən siyasət özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri, normaları birləşdirir. Məhz bu müdrik siyasətin nəticəsində dünyada davam edən və bir çox ölkələrdə siyasi, iqtisadi, sosial problemlərlə müşayiət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan dövlətinin operativ antiböhran tədbirləri sayəsində ölkəmiz qlobal maliyyə böhranına qarşı yüksək dayanıqlılıq nümayiş etdirmiş, sabit tendensiyalarla müşayiət edilən dinamik inkişafımız davam etmiş, makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın rəqabət qabiliyyəti artmış, nəzərdə tutulmuş bütün sosial proqramlar yerinə yetirilmişdir. Məhz bunun qanunauyğun nəticəsidir ki, ölkəmizdə hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Hesabat ili ərzində ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilmiş, əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmiş, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənmiş, milli təhlükəsizlik və sabitlik təmin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunaraq itkilər minimuma endirilmiş, ölkəmiz öz uğurlu inkişafını davam etdirmışdır. Müasir gərgin şəraitdə təbii ki, hər bir ölkənin ilk növbədə daxili resurslara arxalanması, öz təhlükəsizliyini daha da möhkəmləndirməsi əsas problem kimi aydın görünür. Dünyada yaşanan maliyyə və iqtisadi böhran iqtisadi modeldə müəyyən düzəlişlərin aparılmasını mühüm tələb kimi qarşıya qoyur. Azərbaycan da bu yolla gedir və düşünülmüş siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil siyasət yürüdür. Ölkədəki sosial-iqtisadi inkişaf və dünya bazarında müvəffəqiyyətlə təmsil olunmağı beynəlxalq birliyin daim nəzərindədir və ölkənin beynəlxlaq iqtisadiyyatda və siyasətdə əhəmiyyəti durmadan artır.
Ötən dövr ərzində sosial-iqtisadi inkişaf tempi baxımından beynəlxalq miqyasda nümunəvi ölkələrdən biri olmaq kimi möhtəşəm nailiyyətlərə imza atmağı bacarmış Azərbaycanı xarakterizə edən mühüm cəhətlərdən biri məhz ölkəmizdə yüksək səmərəli sosialyönümlü siyasətin həyata keçirilməsidir. Qloballaşma dövründə əhalinin sosial rifah halının yaxşılaşdırılması inkişafın əsas əlaməti hesab olunur. Sosial rifahın davamlı yüksəlişinin təmin edilməsində isə cəmiyyətin mövcud əmək potensialı və resurslarının səmərəli şəkildə reallaşması, buna hesablanmış məqsədyönlü siyasətin həyata keçirilməsi, əldə olunan gəlirlərin ədalətlilik prinsipi əsasında bölüşdürülməsi kimi faktorlar mühüm rol oynayır. Bu gün öz iqtisadi inkişafında sosialyönümlülük prinsipini əsas götürən dövlət olaraq, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qeyd olunan istiqamət üzrə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda, ölkə və cəmiyyət reallıqlarını nəzərə alan mükəmməl siyasət həyata keçirilir. Bu siyasət bazar iqtisadiyyatı şəraitində sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi mühüm prinsipləri özündə ehtiva edir. 2015-ci ildə dünyada sabitlik və təhlükəsizlik məsələlərinin mühüm önəm daşıdığı məqamda regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifah halının yaxşılaşdırmasını nisbətən çətinləşdirir. Dünyanın bu və ya digər bölgəsində yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi böhranlardan insanların əziyyət çəkdikləri bir dövrdə, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının, insan amiliin dayandığı müharibə şəraitində olan dövlətimiz dünya ölkələrinə nümunə göstərilə bilər.
2015-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi, hesabat dövründə düşünülmüş siyasət və iqtisadi sahədə aparılan islahatlar sayəsində qarşıda duran sosial və iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuz və gücünün sürətlə artması müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Əlbəttə bölgədə gedən proseslər, qanlı toqquşmalar, iqtisadi tənəzzül, əlbəttə ki, istər-istəməz Azərbaycanın iqtisadi inkişafına da mənfi təsir göstərir. Bununla yanaşı, ötən ilin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkəmizin gəlirlərinə mənfi təsir göstərməsinə baxmayaraq hesabat dövründə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf etmiş, iqtisadi siyasət nəticəsində bütövlükdə ümumi daxili məhsulun real artım tempi 1,1 faiz olmuşdur. Burada nəzərə alınmalı və sevindirici hal ondan ibarətdir ki, bu göstərici qeyri-neft sektorunun hesabına əldə edilmişdir. İl ərzində sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bu, son illər ərzində aparılan islahatların nəticəsi olaraq qeyri-neft sektorunun inkişafının göstəricisi deməkdir.
Ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyillərinin, enerji bazarında ötən il başlamış və bu gün də davam edən qiymətlərin kəskin enməsinin mənfi təsirinin qarşısının alınmasında cənab Prezidentin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malik olmuşdur. Bunun nəticəsidir ki, son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 70 faizə çatmışdır.
Azərbaycan bu gün Xəzər-Aralıq dənizləri məkanında qlobal layihələrin təşəbbüskarı, iştirakçısı və əsas icraçısı olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsinə çevrilmişdir ki, bu da ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradır. Milli neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində xarici investorları özünə cəlb edən Azərbaycan artıq özü analoji funksiyanı yerinə yetirir. İnvestisiya və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması nəticəsində cari il ərzində ölkə iqtisadiyyatına 20 milyard dollar həcmində investisiya qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Özəl investisiyalar sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərini müəssisələrin yenidənqurulması məqsədilə müasir texnoloji avadanlıqların Azərbaycana gətirilməsi və bunun üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi, daxili investisiyalarla yanaşı, birbaşa xarici investisiyaların ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi kimi məsələlər təşkil edir. Azərbaycan investorlar üçün cəlbedici ölkə kimi yüksək imicini bu gün də qoruyub saxlayır. Xarici investorlar əsasən neft sektoruna üstünlük versələr də, ölkə üçün indi iqtisadiyyatın qeyri-neft sektoruna daha böyük həcmdə investisiyaların cəlb edilməsi, bunun hesabına əlavə müəssisələrin və iş yerlərinin yaradılması, ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın aradan qaldırılması xüsusi əhəmiyyət kəsb edir. İqtisadi sahədə yerli sahibkarların Azərbaycan iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatı, sənaye və xidmət sektoruna daha çox investisiya yatırmasının stimullaşdırılması, əlavə istehsal sahələrinin yaradılması diqqət mərkəzində saxlanılmışdır. Gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaflaşdırılması, nağdsız ödəmələrin genişləndirilməsi, şirkətlərin nağdsız əməliyyatlar aparması stimullaşdırılmışdır. İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində ciddi addımlar atılması, bu sektorun böyük potensialından səmərəli istifadə edilməsi zərurətini yaratmışdır. Ötən il dünyanın aparıcı iqtisadi qurumlarının hesabatlarında Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır. Ümumdünya İqtisadi Forumunın açıqladığı ənənəvi qlobal rəqabətlilik əmsalında respublikamız əksər MDB və Avropa ölkələrini geridə qoymuşdur., Dünya İqtisadi Forumunun keçən il dərc edilmiş Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 200 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qorumuş, “Böyük - 20"liyə üzv olan 8 ölkəni qabaqlamış, “Makroiqtisadi vəziyyət" göstəricisi üzrə 10-cu yeri tutmuş, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olmuşdur. Ötən ilin avqust ayında “Fitch” beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlamışdır. Bu mərhələni Prezident cənab İlham Əliyevin düşünülmüş siyasəti, iqtisadi islahatlaır sayəsində əldə etmək mümkün olmuşdur. Hazırda bu yüksək templəri növbəti illərdə də saxlamaq və iqtisadi inkişafı uzunmüddətli, dayanıqlı etmək üçün bütün addımlar atılır.Heç də təsadüfi deyil ki, Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir.
Azərbaycan dövləti dünya ölkələrini cənginə alan maliyyə-iqtisadi böhranın yaratdığı çətinliklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirməklə makroiqtisadi sabitliyi qoruyub saxlamağı bacarmışdır. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasət ümumən insan amilinin inkişafına təkan verir. Hökumət azad iqtisadi münasibətlərə, rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də diqqətdən qaçırmır.Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə mənfi təsir etmişdir. Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra da görüləcək işlər, institusional islahatlar və səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, iqtisadi inkişaf tempi təmin ediləcəkdir. Eyni zamanda həyata keçirilən ardıcıl islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir. 2015-ci il sosialyönümlü büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və müasir texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılmış, çoxsaylı körpülər və yollar, yüzlərlə məktəb, idman-sağlamlıq kompleksləri, xəstəxana-müalicə ocaqları, sosial-mədəniyyət müəssisələri, turizm-istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Həmçinin turizm sektorunun inkişafı üçün sonsuz imkanlara malik Azərbaycanın son illərdə paytaxt və bölgələrdəki şəhərləri dünyanın ən müasir, dinc və sakit yaşayış məskənləri kimi turistləri cəlb edir. Müasir dünya turizminin təcrübəsindən ciddi faydalanmaq, yenilikləri tətbiq etmək, yerli və xarici sərmayənin cəlb edilməsi ölkənin digər məqbul zonalarında da turizmin inkişafına təkan verəcək və bu, Azərbaycana xeyli gəlir gətirəcəkdir.
Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsində iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, baş berən böhrana baxmayaraq keçən il bütün sosial proqramlar icra edilmiş, sosial sahəyə ayrılan vəsaitlərin həcmi artırılmış, insanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Keçən il ərzində ölkədə 500 min insana ünvanlı sosial yardım verilmiş, 112 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım almışdır. Dövlət tərəfindən hər ailəyə orta hesabla 152 manat vəsait verilmişdir ki, bu da il ərzində 7 % artım deməkdir. Neftin qiymətlərinin dəfələrlə aşağı düşməsi səbəbindən ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi neqativ təzyiqlərin yaranması nəzərə alınaraq hökumət obyektiv zərurət kimi ötən ilin fevral və dekabr aylarında manatın devalvasiyasını həyata keçirmiş, beləliklə, bir tərəfdən ölkənin strateji valyuta ehtiyatlarının sürətlə azalmasının qarşısı alınmış və tədiyə balansı tarazlaşdırılmış, digər tərəfdən milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi artırılmışdır. Əksər region ölkələrini iflic duruma salan maliyyə böhranının mənfi təzahürlərinin dəf edilməsi istiqamətində atılan çevik addımlar inkişafın Azərbaycan modelinin dayanıqlığını təsdiq edir.
Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bununla yanaşı, ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir. Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir. Ölkə Prezidenti iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsini dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirib. Keçən ildə Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı bütün bölgələrin hərtərəfli və tarazlı inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Möhtərəm cənab Prezidentin ötən ildə regionlara mütəmadi səfərləri, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, verdiyi tapşırıq və tövsiyələr regionların, eləcə də Bakı qəsəbələrinin inkişafına əhəmiyyətli töhfəsini vermiş, regionlarda sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisələri fəaliyyətə başlamışdır. İl ərzində sosial sahələrin inkişafı diqqət mərkəzində saxlanılmış, regionlarda 20-dən çox məktəb, 60-a yaxın tibb ocağı tikilib-təmir edilib, 23 məktəbdə təmir işləri isə davam etdirilir. Dünyada baş verən məlum kataklizmlərin fonunda Azərbaycan iqtisadiyyatının yüksək dayanıqlılıq nümayiş etdirməsi, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şaxələndirmə siyasəti və qeyri-neft sektorunun inkişafının təmin edilməsi ilə bağlıdır.
Azərbaycanın dinamik inkişafını şərtləndirən ən mühüm amillərdən biri qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Elmi təməl üzərində qərar tutan sosialyönümlü inkişaf strategiyası insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər bir vətəndaşın maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən aparılan tarazlaşdırılmış siyasətin, regional və qlobal enerji layihələrinin gerçəkləşdirilməsi, inkişaf etmiş ölkələrlə bərabər səviyyəli əməkdaşlıq, iqtisadi inkişaf tempinin uğurla davam etdirilməsi Azərbaycan xalqının mənafeyinə xidmət göstərməklə bərabər daha firavan gələcəyini də təmin edir. Son illərdə Azərbaycan iqtisadiyyatının potensialının artmasında ölkəmizdə qeyri-neft sektorunun davamlı olaraq inkişaf etməsi mühüm rol oynayıb. Məlumdur ki, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələri “neftdən asılılıq sindromu” ilə üzləşərək ağır böhran vəziyyətinə düşmüşdür. Azərbaycan isə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, həmçinin, dövlət başçısının səyləri ilə vaxtında lazımi tədbirlər görülməsi, iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi sayəsində nəinki bu sindromdan yan keçməyə müvəffəq olub, eyni zamanda neft gəlirlərindən məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirilmişdir. Beləliklə, qeyri-neft sektorunun, o cümlədən də, özəl bölmənin inkişafına hərtərəfli qayğı göstərilməsi sayəsində bu sahədə istehsalın həcmi ilbəil artırılmışdır.
Artıq dünyada cərəyan edən prosesləri qabaqlayan, neftin qiymətində müşahidə edilən tərəddüdləri aradan qaldırmağa yönəlik addımlar atan və bütün bunların kontekstində hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi ali məqsəd kimi qarşıya qoyan hökumət fəaliyyətini yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmayıb, zəruri olan bütün sahələrdə kompleks islahatlar aparır və müxtəlif istiqamətlərdə infrastruktur layihələrinin gerçəkləşdirilməsinə xüsusi diqqət yetirir. Təbii ki, düşünülmüş, uzaqgörən siyasət olmadan iqtisadi sahədə, eləcə də güclü iqtisadi dayaqlar olmadan siyasi sahədə ciddi müvəffəqiyyətlər əldə etmək qeyri-mümkündür. Burada ümummilli lider Heydər Əliyevin hər zaman öz aktuallığını qoruyub saxlayan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” sözləri yada düşür. Ölkənin iqtisadi qüdrətinin artmasında və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında müxtəlif nəqliyyat növlərini əhatə edən beynəlxalq və regional layihələrin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Bu layihələr dünya bazarlarına çıxışa imkan yaratmaqla, həm də ümumi iqtisadi inkişafa ciddi dəstək verməkdədir.
Ötən illər ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırmışdır. Bununla yanaşı, möhtərəm cənab Prezident tərəfindən aparılan sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin, habelə informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən kompleks işlər, nəqliyyat-tranzit potensialının reallaşdırılması qeyri-neft sektorunun sürətli inkişafına təkan vermiş, mürəkkəb regionda yerləşən ölkəmizin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin gücləndirilməsini, əhalinin rifahının davamlı olaraq yüksəlməsini təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən böyük əksəriyyəti aqrar sektora, regionlara olmaqla 5 min 240 sahibkara təxminən 250 milyon manat güzəştli kreditlər verilmişdir. Həmçinin sahibkarlığın inkişafı istiqamətində görülən əsas tədbirlər sırasında biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, onların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi kimi prioritet məsələlər mühüm yer tutmuşdur. Biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir. Daxili istehsalın stimullaşdırılması, korrupsiya, rüşvətxorluq və digər bu kimi hallara qarşı mübarizənin gücləndirilməsi, sahibkarların fəaliyyətinə hərtərəfli dəstək, həmçinin bəzi şəxslərin mövcud situasiyadan öz mənafeyi naminə sui-istifadə cəhdlərinin qarşısının alınması, müvafiq dövlət orqanlarının bu prosesi ciddi nəzarətə götürməsi kimi tədbirlər məqsədyönlü şəkildə davam etdirilmişdir. Ölkədə sənaye istehsalının gücləndirilməsi, texnoparkların, bütün regionlarda sənaye zonalarının yaradılması artıq zərurətə çevrilmişdir. Biznes mühitinin yaxşılaşdırılması, bu sahədə bürokratik əngəllərin aradan qaldırılması bütünlükdə sahibkarlığın inkişafına yeni təkan rolunu oynamalıdır. Bununla yanaşı, sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdiriləcək, iş adamlarına güzəştli kreditlərin verilməsi diqqət mərkəzində olacaqdır.
“Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci il ərzində ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması ilə əlamətdar olmuşdur. Ötən il ölkənin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmiş, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramı çərçivəsində əhalinin su, qaz, elektrik enerjisi və istiliklə təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, abadlıq və quruculuq, yolların salınması işləri davam etdirilmiş, sahibkarlığın inkişafının və biznes mühitinin daha da yaxşılaşdırılması yönündə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılmışdır. Bu qərarlarla yeni çağırışlar fonunda aqrar sektorun inkişafının prioritet hədəflərinin müəyyən edilməsi, onun institusional strukturunun və idarəetmənin təkmilləşdirilməsi üçün konkret göstərişlərin verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaratmışdır. Bütün bunlar isə öz növbəsində, yaxın gələcəkdə aqrar sektorun yeni simasının formalaşdırılmasını təmin edəcəkdir. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair “Dövlət Proqramı”nın icrası, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilmişdir. Keçən ildə də aqrar sektorda dövlət dəstəyi tədbirləri ardıcıl xarakter daşımış, istehsalçılara əlavə güzəştlər tətbiq edilmişdir. Kənd əməkçilərinə, fermerlərə və sahibkarlara kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan mineral gübrələrin satışı zamanı güzəştlərin tətbiq olunması dövlət tərəfindən göstərilən qayğının əyani təzahürüdür. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir komplekslərin, yeni təsərrüfatların, logistik mərkəzlərin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına səbəb olub. Son illərdə aqrar sektorda reallaşdırılan nəhəng tutumlu investisiya layihələri, həyata keçirilən geniş-miqyaslı islahatlar daha yeni məqsədlərə köklənməyə imkan verir. İqtisadiyyatın ixrac qabiliyyətinin artırılması, keyfiyyətli kənd təsərrüfatı məhsullarının ixracı sahəsində ənənəvi bazarlarda mövqeyin gücləndirilməsi, yeni bazarların müəyyənləşdirilməsi azalan neft gəlirlərinin bir qismini bərpa etməyə imkan verəcəkdir. Yeni bazarların axtarışı, Qazaxıstanda tikintisi başa çatmaq üzrə olan loqistik mərkəzin bu yaxınlarda istifadəyə verilməsi ölkənin kənd təsərrüfatı məhsullarının xaricə çıxışını asanlaşdıracaqdır. Xatırlatmaq yerinə düşər ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, yoxsulluğun azaldılmasına, əhalinin rifahının yüksəlməsinə, Minilliyin İnkişaf Məqsədlərinə çatmaqda ölkəmizin mühüm irəliləyişlərinə görə Prezident cənab İlham Əliyev 2015-ci il üzrə BMT-nin xüsusi mükafatı ilə təltif olunmuşdur.
Müasir Azərbaycanın dinamik inkişafı kontekstində müstəqilliyimizi gücləndirən mühüm amillərdən biri də həyata keçirilən uğurlu sosial siyasət kursudur. Möhtərəm cənab Prezident tərəfindən aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Ümumiyyətlə, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir. Beləliklə, ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir və bu, Azərbaycanın milli inkişafı kontekstində müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanda sosial siyasətin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir.Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur. Hesabat dövründə bir sıra inkişaf etmiş Avropa ölkələrdə işsizliyin sayının artımı fonunda Azərbaycanda məşğulluq səviyyəsi artmış, 100 mindən çox yeni iş yeri yaradılmış ki, bunlardan 84 mini daimi iş yeridir. Acı da olsa bir həqiqəti qeyd emək lazımdır ki, dünyada yaşanan maliyyə və iqtisadi böhranın təsiriləri nəticəsində ölkəmizdə 40 min iş yeri bağlanmışdır. Eyni zamanda iqtisadi inkişaf demoqrafik vəziyyətə də öz müsbət təsirini göstərmişdir. Belə ki, ötən il ərzində Azərbaycanda əhalinin sayı 114 min nəfər artmışdır. Əldə olunmuş nailiyyətlər, eləcə də bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, valyuta və enerji bazarlarında kəskin təlatümlər fonunda 2015-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafının uğurlu yekunları Prezident İlham Əliyevin inkişaf modelinin alternativsiz olduğunu bir daha sübut edir.
Son illər dünyanın ən sabit və dinamik inkişaf etməkdə olan ölkələrindən birinə çevrilən Azərbaycan hazırda müstəqil siyasi-iqtisadi siyasət yeridir, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilmiş ölkəmiz regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir. Belə ki, dövlət başçısının həyata keçirdiyi uğurlu neft strategiyası sayəsində beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Təsadüfi deyil ki, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyir. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına imkan yaradır.
Məqsədyönlü dövlət siyasətinin əsas tərkib hissələrindən biri kimi ölkəmizin yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı islahatlar nəticəsində respublikamızda ümumi daxili məhsul istehsalı əhəmiyyətli dərəcədə artmış, Azərbaycan nəinki özünün enerji təhlükəsizliyini təmin etmiş, eyni zamanda regionun və Avropanın enerji təhlükəsizliyinin təminatında əsas tərəfdaşlardan birinə çevrilmişdir. Ardıcıl tərəqqi yolunda olan milli iqtisadiyyatımızın digər sahələri kimi, yanacaq-energetika kompleksi də inkişaf edir, onun müasir tələblərə uyğun yenidən qurulması üçün aparılan genişmiqyaslı islahatlar öz bəhrəsini verir və bu sahə ölkəmizin sosial-iqtisadi həyatına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə, ümumilikdə ölkəmizin tərəqqisinə öz töhfələrini verir. Bunun ən bariz nümunəsi isə təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarsda qoyulmuş, Azərbaycanın təbii qazını Türkiyədən keçməklə Avropaya çatdıracaq təxminən 12 milyard dollar dəyərində olan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə 2015-ci ilin mart ayından başlayan tikinti işləri də fasiləsiz qaydada davam etdirilir. Türkiyənin Gürcüstanla sərhəd ərazilərindən başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədinə qədər uzanan TANAP layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın qarşıdakı onilliklər ərzində Avropa enerji təchizatında rolunun daha da artmasına, dövlətimizin texnoloji və iqtisadi inkişafına, xalqımızın firavan yaşamaşına əlavə təkan verəcəkdir.Onu da qeyd etmək gərəkdir ki, Azərbaycan bu layihənin də icrasında liderlik keyfiyyətlərini nümayiş etdirmişdir. Təməli qoyulan çoxmilyardlı investisiya-qaz layihəsi Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu tarixi ənənənin davamı, cənab Prezidentin gərgin zəhmətinin və siyasi məharətinin nəticəsi olaraq, Avropanın enerji təminatı ilə bağlı ilk andan tutduğu mövqeyinin nə dərəcədə düzgün olduğunu sübut etdi və son illər ərzində möhtərəm Prezident tərəfindən uğurla davam etdirilən enerji strategiyasına verilən beynəlxalq dəstəyin miqyasını göstərdi. Azərbaycanın dünya iqtisadiyyatına sıx inteqrasiyası istiqamətində ötən il baş vermiş digər mühüm hadisə isə qədim İpək yolunun bərpası və onun potensialının işə salınması naminə görülən növbəti tədbirlər oldu. Böyük iqtisadi və siyasi potensiala malik olan Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi bu imkanlardan daha səmərəli istifadə olunmasını, bu sahədə gəlirləri artırmaqla, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcəkdir. Azərbaycana böyük gəlirlər gətirəcək nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı ciddi tədbirlərin görülməsi, ölkənin regionun tranzit mərkəzi statusunun möhkəmləndirilməsi öz bəhrəsini verəcəkdir.
Ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət nəticəsində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da gücləndirilmiş. inzibati tədbirlərlə bərabər, eyni zamanda bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında elektron xidmətə keçid məsələləri də mühüm əhəmiyyət kəsb etmişdir. Bu səbəbdən keçən il özündə bir çox amilləri-insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik və müasirliyi cəmləşdirən yeni qurum olan “ASAN xidmət” paytaxtla bərabər regionlarda da fəaliyyətə başladığı vaxtdan 7 milyondan çox müraciət olmuşdur.Orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir, eyni zamanda cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan institusional islahatlar içərisində “ASAN xidmət” əlbəttə ki, ön plandadır və bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin qaçqınlara və məcburi köçkünlərə daim həssas, diqqətli və qayğıkeş münasibəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən zamanın tələbinə uyğun olaraq daha dolğun şəkildə davam etdirilir. Ulu Öndər Dövlət Neft Fondunun ilk vəsaitini bu sahəyə yönəltməklə bir daha göstərdi ki, bu, Azərbaycanın bir nömrəli, prioritet problemidir və bu gün də qalmaqdadır. Ölkəmizin iqtisadi, ictimai-siyasi həyatında növbəti uğurlu il hesab olunan 2015-ci ildə də öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqət mərkəzində olmuş, bu sahə ilə bağlı qəbul edilmiş “Dövlət Proqramları” və ona “Əlavələr”in icrası uğurla davam etdirilmişdir. Ölkənin ən həssas qrupu olan məcburi köçkünlərə dövlət başçısının yüksək diqqəti və qayğısı sayəsində 2015-ci ildə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikinti işləri davam etdirilmiş, 5 yeni qəsəbə salınaraq yaşayış massivlərinin sayı 94-ə çatdırılmış, 15 min məcburi köçkünün yeni mənzillərə köçürülməsi təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin məqsədyönlü, qətiyyətli siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində 2015-ci il də ölkə həyatının bütün sahələrinin ahəngdar inkişafı ilə müşayiət olunmuşdur. Daxili siyasətin və ölkəmizin hərtərəfli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi və davamı olan xarici siyasət fəaliyyəti beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsinə uyğun olaraq barabərhüquqlu, qarşlıqlı faydalı əməkdaşlıq, daxili işlərə qarışmamaq, davamlılıq, tarazlılıq, çoxşaxəlilik, çeviklik və şəffaflıq prinsipləri əsasında yürüdülmüş, Azərbaycanın suveren, güclü, qətiyyətli, sabit və etibarlı tərəfdaş dövlət kimi mövqeyinin güclənməsinə xidmət etmişdir. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edərək öz mövqeyini müdafiə etmiş və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini vermişdir. Xüsusilə, ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır. Ümumiyyətlə, əgər bizim təcrübəmiz dünyada daha da geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz, o cümlədən islamofobiya hallarının qarşısı alına bilərdi.
Qürur hissi ilə qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyev Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirir. Ölkənin hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənmiş, Azərbaycan təmas xəttində tam üstünlüyünü təmin etmiş və öz iradəsini diktə etmişdir. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi Milli Ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilmişdir. Ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan olan vətənpərvərlik ruhu da Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir. Başqa sözlə, müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və ümumiyyətlə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır ki, bu gün də Azərbaycan cəmiyyətində qeyd olunan əhval-ruhiyyə mövcuddur. Şübhəsiz ki, ərazi bütövlüyünün bərpası yönündə fəaliyyət təkcə ordunun gücləndirilməsi isə məhdudlaşmır. Azərbaycan həm də bu illər ərzində özünün həm sosial-iqtisadi, həm də hərbi qüdrətini dəfələrlə artıraraq düşmən üzərində hərtərəfli üstünlüyə nail olub.Təsadüfi deyil ki, hərbi xərclərə ayrılan vəsaitimiz işğalçı dövlətin ümumi büdcəsindən iki dəfədən çoxdur. Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr fərqi, regionda gedən proseslər onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək və heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Xalqımızın daim bu inamla yaşaması, vətənpərvər gənc nəslin yetişməsi və mövcud xalq-iqtidar birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasını daha da sürətləndirir.
Son zamanlar regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Beynəlxalq aləmdə dövlətlərarası əməkdaşlığın böhran dövrü keçirməsinə baxmayaraq, Azərbaycan dövləti belə bir mürəkkəb tarixi şəraitdə də həmişə olduğu kimi, milli maraqlardan irəli gələn xarici siyasət yürüdür. Möhtərəm dövlət başçısı keçən il ərzində 20 dəfə xarici səfərə çıxmış, bu səfərlər zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığı irəli aparmaq üçün ardıcıl səylər göstərmiş, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əlaqələrin dərinləşdirilməsi naminə təşəbbüslər irəli sürmüş, həmçinin regional və beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsində və həllində yaxından iştirak etmişdir. Eyni zamanda, Prezident İlham Əliyevin dünya liderləri ilə apardığı danışıqlarda Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır nəticələrini daim diqqətə çatdırmış, münaqişənin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinin vacibliyini vurğulamışdır. Digər tərəfdən, xarici ölkələrin dövlət və hökumət başçılarının ölkəmizə səfərləri zamanı ikitərəfli əlaqələrin geniş spektri müzakirə edilmiş, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının yürütdüyü xarici siyasətin aparıcı istiqamətlərindən biri qonşu ölkələrlə müxtəlif sahələrdə əlaqələrin intensivləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir.
Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Son zamanlar istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Cənubi Qafqaz regionunun lider ölkəsi, müasir beynəlxalq münasibətlərin güclü və nüfuzlu faktoru olan Azərbaycan özünün səmərəli xarici siyasət kursu ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. İkitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa xüsusi önəm verən ölkəmiz, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edir.
Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Təəssüf ki, 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş müşahidə olunmamışdır. Bunun da başlıca səbəbləri bir tərəfdən Ermənistanın destruktiv mövqeyi, mövcud status-kvonu qoruyub saxlamaq cəhdləri ilə bağlıdırsa, digər tərəfdən də bilavasitə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin qətiyyətsiz mövqeyi ilə əlaqəlidir. Sirr deyil ki, hazırda beynəlxalq birlik, aparıcı dövlətlər dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar münaqişələrə tam fərqli mövqe nümayiş etdirir ki, bu da hazırkı dövrdə dünya siyasətində ikili standartların bariz nümunəsi kimi xarakterizə oluna bilər. Onu da qeyd edək ki, bu gün ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlər həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və vaxtilə həmin qurumun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə səs veriblər. Hazırda həmin qətnamələrin icrası ilə bağlı heç bir təsirli tədbirin görülməməsi elə həmin dövlətlərin vaxtilə səs verdikləri qətnamələrə qarşı hörmətsizliyi kimi xarakterizə oluna bilər. Bəllidir ki, Azərbaycan diplomatik səylərini gücləndirdiyi və lazımı addımları atdığı halda, Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışı, danışıqlar prosesində imitasiya taktikasını seçməsi səbəbindən münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən, dünya birliyinin ikili standartlar prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir. Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Möhtərəm Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi “Bizim mövqe beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, erməni işğalçı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılsın. Onu da qeyd etməliyəm ki, postsovet məkanında buna oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməmişdir. Ancaq işğala məruz qalan postsovet məkanının digər ölkələri, onların vəziyyəti ilə bağlı bəzi hallarda ərazi bütövlüyü haqqında birmənalı bəyanatlar səslənir. Bizim ərazi bütövlüyümüz də eyni əhəmiyyət daşıyır. Heç bir başqa ölkənin ərazi bütövlüyündən aşağı əhəmiyyət daşımır və bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.
2015-ci ildə ölkəmizin həyatında daha bir əlamətdar hadisə olan Parlament seçkiləri keçirilmişdir. Bütün beynəlxalq müşahidəçilər, o cümlədən Avropa Şurasının, MDB ölkələrinin nümayəndələri və digər müşahidəçilər parlament seçkilərini birmənalı şəkildə yüksək qiymətləndirərəf qeyd etmişlər ki, seçkilər ədalətli, şəffaf şəkildə və demokratik şəraitdə keçirilmişdir. Burada bir mühüm məqama diqqət etmək lazımdır ki, Azərbaycan xalqının iradəsi parlament seçkilərinin nəticələrində tam şəkildə ifadə olunmuş, eyni zamanda, aparılan siyasətə xalq tərəfindən yüksək qiymət verilmişdir. Azərbaycan dövləti demokratiyaya sadiq olduğunu bir daha nümayiş etdirmiş, digər tərəfdən, parlament seçkilərinin nəticələri cənab Prezident İlham Əliyev tərəfindən aparılan siyasətə xalq tərəfindən verilən böyük dəstəkdir. Bundan sonra da bütün çətinliklərə, beynəlxalq iqtisadi və siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə doğru gedəcəkdir. Ölkədə sabitlik təmin edilir, ictimai-siyasi vəziyyət müsbətdir və Azərbaycanda xalqla iqtidar arasında birliyin möhkəm olması bizim uğurlu inkişafımızı şərtləndirir.
Respublikanın sosial-iqtisadi və mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, milli-mənəvi dəyərlərin qiymətləndirilməsi, insan kapitalının qorunub inkişaf etdirilməsi, hüquq və azadlıqlarının, milli həmrəyliyin təmin edilməsi, ən başlıcası vətəndaş cəmiyyətinin qurulması naminə dövlət tərəfindən görülən işlər ölkəmizin tərəqqisini və xalqımızın rifahını yüksəldir. Məlum olduğu kimi, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoymuşdur. Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu və onun prezidenti, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsil, mədəniyyət sahələri üzrə layihələr reallaşdırılmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə də daim diqqətlə yanaşır. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Həmçinin Birinci Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində yuksək səviyyədə keçirilməsi Mehriban xanım Əliyevanın sədrliyi ilə yaradılmış Təşkilat Komitəsinin gərgin fəaliyyətinin nəticəsində mümkün olmuşdur. Baxmayaraq ki, Oyunların keçirilməsi üçün cəmi iki il yarım vaxtımız var idi, Mehriban xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı sayəsində bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirməyə nail olmaqla, bütün Avropaya və dünyaya müstəqil ölkəmizin imkanlarını, xalqımızın qonaqpərvərliyini, əzmkarlığını göstərdik. Tarixdə ilk dəfə olaraq bu Oyunların təşkil edilməsinin məhz Azərbaycanda keçirilməsi faktı beynəlxalq və Avropa Olimpiya hərəkatının ölkəmizdə olan sabitliyə, idman, mədəniyyət sahəsində apardığı fəaliyyətə, əldə edilmiş nailiyyətlərə verilən yüksək qiymətdir və bu Oyunlar bir daha dünyaya göstərdi ki, biz ən mötəbər beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirə bilərik.
2015-ci il ərzində də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair “Dövlət Proqramları”nın uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş, həyata keçirilən genişmiqyaslı islahatlar və tədbirlər ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi öz aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Qəbul edilmiş “Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunun inzibati ərazisinə daxil olan strateji əhəmiyyətli “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi ilə əlaqədar layihə smeta sənədləri hazırlanmış və hələlik maliyyə vəsaiti ayrılmaması səbəbindən yolun çəkilişi müvəqqəti olaraq dayandırılmışdır. “2014-cü ildə Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə” 20 fevral 2015-ci il tarixdə keçirilmiş hesabat yığıncağında qeyd olunan nöqsan və təkliflərlə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq uzunluğu 5,6 km olan Xocavənd qəsəbəsinin giriş və mərkəzi yolu asfalt örtüyü ilə asfaltlanmış, Kuropatkin kənd uşaq bağçasının binası əsaslı təmir edilmiş, Xocavənd qəsəbəsinin abadlaşdırılması və İdman zalının tikintisi isə davam etdirilir, Yeni Xocavənd qəsəbəsinin daxili yollarının qum-çınqıl örtüyü ilə təmir işlərinə başlanılmışdır. Ötən il ərzində ekoloji tədbirlərin davamı olaraq idarə, müəssisə və təşkilatlar tərəfindən rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmiş, rayon üzrə ümumilikdə 4594 ədəd ağac əkilmişdir. Eyni zamanda “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərşivəsində həyata keçirilmiş ağacəkmə kampaniyasına uyğun olaraq rayonun giriş yollarının kənarlarında 2510 ədəd ağac əkilmiş və bu işlər gələcəkdə də davam etdiriləcəkdir. Həmçinin Xəzər Strateji Araşırmalar İnstitutu tərəfindən Xocavənd rayonunun 320 ailəlik qəsəbəsində xalçaçılıq kursları təşkil olunmuş, Salakətin kənd tam orta məktəbinin istilik sistemi təmir edilmişdir.
Hesabat ili dövründə Rayon Məşğulluq Mərkəzinə 142 nəfər (90 nəfəri qadın) işaxtaran vətəndaş müraciət etmişdir ki, həmin vətəndaşlardan da 117 nəfəri işlə təmin olunmuşdur (onlardan 12 nəfəri əvvəlki illərdə mərkəzdə qeydiyyatda olanlardır). Mərkəzə müraciət etmiş 7 nəfər işaxtaran vətəndaşın işlə təmin olunması mümkün olmadığı üçün işsizlik statusu verilərək qanuna müvafiq qaydada müavinət təyin edilmişdir. Məcburi köçkün əhalinin məşğulluğunun təmin edilməsi və maddi-rifah halının yüksəldilməsi məqsədi ilə ötən il ərzində 67 yeni iş yeri açılmış, ümumilikdə isə son on iki ildə rayonda 1371 iş yeri açılmışdır ki, onlardan da 703-ü daimi iş yeridir.
2015-ci il ərzində rayonun yerli gəlirləri dotasiya ilə birlikdə 5393.0 min manata qarşı 4856.0 min manat yerinə yetirilmişdir ki, bu da illik proqnozun 90 faizini təşkil etmişdir. O cümlədən, yerli gəlirlərlə 814.0 min manat proqnoza qarşı 755.7 min manat icra olunmuşdur ki, bu da proqnozun 92.8 %-ni təşkil edir.
2015-ci ilin illik xərci 10855.2 min manat olmuşdur ki, bu da 2014-ci ilin müvafiq dövrünə nisbətən 673.6 min manat az olmuşdur. Ötən il rayon üzrə orta aylıq əmək haqqı isə 265.7 manat təşkil etmişdir.
Vergi
Hesabat ili ərzində Xocavənd Rayon Vergilər Şöbəsi tərəfindən qeydiyyatdan keçərək fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı tədiyyə növləri üzrə 846 min manat proqnoza qarşı 856.2 min manat dövlət büdcəsinə vəsaitin köçürülməsi təmin edilmiş və illik proqnoza 101.2 faiz əməl olunmuşdur.
Büdcəyə vergi və digər daxilolmalar 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 10.2 min manat çox olmuşdur.
“Azərpoçt” MMC-nin Xocavənd Rabitə Qovşağının əsas fəaliyyət növü poçt rabitəsi olmaqla əhaliyə bir sıra ənənəvi, qeyri-ənənəvi poçt və bank, maliyyə xidmətləri göstərmişdir. 2015-ci il ərzində poçt filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkşafında və müasir informasiya texnologiyalarının tətbiqi sahəsində görülmüş işlərin nəticəsi olaraq filial üzrə illik tarif gəliri tapşırığı 104 faiz yerinə yetirilmişdir. Həmçinin Yeni Xocavənd və Yeni Tuğ qəsəbələrində yaşayan məcburi köçkünlərin telefonla təmin edilməsi üçün yeni ATS binasının tikintisinə başlanılmış və hal-hazırda işlər davam etdirilir.
Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər
01 yanvar 2016-cı il tarixə olan məlumata əsasən rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2035 baş (2014-cü ildə 1966 baş), o cümlədən inək və camışlar 1073 baş (2014-cü ildə 1042), qoyun və keçilər 15200 baş (2014-cü ildə 14015), quşların sayı 29244 baş (2014-cü ildə 29210) olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı (diri çəkidə) 3050,0 sentner (2014-cü ildə 2978), süd istehsalı (fiziki çəkidə) 16796,0 sentner (2014-cü ildə 14918), yumurta istehsalı (min ədədlə) 295,0 ədəd (2014-cü ildə 212), yun istehsalı (fiziki çəkidə) 362,0 sentner (2014-cü ildə 360), olmuşdur. Bundan başqa 5157,0 hektar ( 2014-cü ildə 6295,0), buğda sahəsindən 160898,4 sentner (2014-cü ildə 84982,5) məhsul əldə olunmuşdur ki, bu da hər hektara 31,2 sentner (2014-cü ildə 19,6) məhsul deməkdir. Həmçinin 317,0 hektar (2014-cü ildə 518,8) arpa sahəsindən 8115,2 sentner (2014-cü ildə 6485,0), məhsul əldə olunmuş, yəni hər hektara 25,6 sentner (2014-cü ildə 12,5), 15,0 hektar (2014-cü ildə 10,0) kartof sahəsindən 1725,0 sentner (2014-cü ildə 111,0) məhsul əldə olunmuş, hər hektara 115,0 sentner (2014-cü ildə 1110,0), 89,0 hektar (2014-cü ildə 27,0) tərəvəz sahəsindən 8765,5 sentner (2014-cü ildə 2515,6) məhsul əldə olunmuş, hər hektara 98,5 sentner (2014-cü ildə 93,1), 22,5 hektar (2014-cü ildə 16,0) bostan məhsulları sahəsindən 2633,0 sentner (2014-cü ildə 1911,9), məhsul əldə olunmuşdur ki, bu da hər hektara 117,0 sentner (2014-cü ildə 115.8) məhsul deməkdir.
Əhalinin sosial müdafiə məsələləri
Hesabat dövrü ərzində Dövlət Sosial Müdafiə Fondunun Xocavənd Rayon Şöbəsi müəssisələrdən, təşkilatlardan, idarələrdən, kooperativlərdən, vətəndaşlardan və fərdi əməklə məşğul olan şəxslərdən sosial sığorta ayırmalarının yığılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, 2015-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə büdcə və qeyri-büdcə gəlirlər plan proqnozu 1036.7 min manat, o cümlədən 981.7 min manat büdcə, 54.9 min manatı qeyri-büdcə təşkil etmişdir. Büdcə üzrə plan proqnoz 981.7 min manata qarşı 822.6 min manat (83.8%), qeyri-büdcə üzrə 54.9 min manata qarşı 36.9 min manat (67.2%) əməl edilmişdir. Ümumilikdə isə il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə illik plana 82.6 faiz əməl olunmuşdur.
01 yanvar 2016-ci il tarixə Dövlət Sosial Müdafiə Fondunun Xocavənd Rayon Şöbəsində 1121 nəfər təqaüdçü qeydə alınmışdır ki, bunlardan 1030 nəfəri işləməyən, 91 nəfəri isə işləyən təqaüdçülərdir. İl ərzində işləyən və işləməyən əhaliyə müavinətlərin ödənilməsi üçün 2221.5 min manat vəsait xərclənmişdir.
2015-ci il ərzində vətəndaşlar tərəfindən Xocavənd Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün müraciət edən 134 nəfərin 559 ailə üzvlərinin sənədləri komissiya tərəfindən yoxlanılmış və təyinat aparılaraq 281673 manat vəsaitin ödənilməsi təmin edilmişdir. Rayon üzrə bir nəfərə düşən ünvanlı sosial yardım 35.13 manat təşkil etmişdir. 2014-cü il ərzində isə 165 nəfərin 696 ailə üzvlərinə təyinat aparılaraq 353343.0 manat vəsaitin ödənilməsi təmin edilmiş, bir nəfərə düşən ünvanlı sosial yardım 31.96 manat təşkil etmişdir. Sevindirici haldır ki, əhali arasında yoxsulluq səviyyəsinin aşağı düşməsi səbəbindən bu il ünvanlı sosial yardım almaq üçün müraciət edən sakinlərin sayında azalma müşahidə edilmişdir.
Ötən dövr ərzində şəhid ailələrinə təyin edilmiş 100 manat Prezident təqaüdü üçün 67 şəhid ailəsinə 155252 manat təyinat aparılmışdır. İl ərzində Mərkəz 539 nəfərə sosial müavinət vermişdir ki, onlardan 1 nəfər yaşa, 18 nəfər ailə başçısını itirdiyinə, 114 nəfər əlilliyə görə, eləcə də 66 nəfəri 18 yaşadək əlil uşaqlar, 318 nəfər isə müharibə veteranı olmuşdur. Keçən il büdcədən Mərkəzə sosial müavinət və uşaq müavinətlərinin ödənilməsi məqsədilə 540785.0 manat vəsait daxil olmuşdur ki, həmin vəsait müavinət alan 539 nəfərə faktiki xərc edilmiş, 01 yanvar 2016-cı il tarixə Mərkəzin müavinət alanlara ödənilməmiş borcu qalmamışdır.
Hesabat dövrü ərzində məcburi köçkün əhalinin davamlı və keyfiyyətli qaz və elektrik enerjisi ilə təminatı məqsədi ilə “Xocavənd”,“Yeni Xocavənd”, “Yeni Qaradağlı”, “Yeni Tuğ” və 320 ailəlik qəsəbələrdə elektrik enerjisi və qaz təminatı yaxşıladırılmış, sayğaclar quraşdırılmışdır. Verilən elektrik enerjisi və qaz hər bir qaçqın və məcburi köçkün üçün ayrılmış enerji sərfiyyatından artıq olduğu halda bu fərqin ödənilməsi vətəndaşlar tərəfindən həyata keçirilmiş və bu prosesə rayonda yaradılmış qərargah üzvləri tərəfindən müntəzəm nəzarət olunur.
İctimai-siyasi və humanitar məsələlər
Hesabat dövrü olan 2015-ci il ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələri, siyasi partiya və digər qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.
Bu gün müstəqil Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət göstərilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Təhsil İslahatı Proqramı bu gün möhtərəm Prezident cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı fərman və sərəncamlarla, həyata keçirilən proqramlarla uğurla davam etdirilir. Respublikanın hər bir vətəndaşının keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması dövlətin təhsil siyasətinin prioritet sahələrindəndir.
Xocavənd rayonunun ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri tərəfindən də təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətcə yaxşılaşdırılması, gənc nəslin bir şəxsiyyət kimi formalaşdırılması, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq işlər görülmüşdür. Ötən tədris ili ərzində Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstəmişdir ki, bunlardan 11-i orta, 2-si əsas, 4-ü isə ibtidai məktəblərdir. Eyni zamanda 3 uşaq bağçası və 2 məktəbdənkənar təhsil müəssisəsi də vardır. 2015-2016-ci tədris ilində bütün ümumtəhsil məktəbləri üzrə təhsilə cəlb edilmiş 1921 nəfər (2014-2015-ci tədris ilində 1886) şagirdin təlim-tərbiyəsi ilə 311 müəllim məşğul olur. Yeni tədris ilində rayonun ümumtəhsil məktəblərinin I sinfinə 224 nəfər (2014-2015-ci tədris ilində 228 nəfər) şagird qəbul olunmuş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ibtidai siniflərə pulsuz olaraq məktəbli forması, Heydər Əliyev Fondu tərəfindən isə hər il olduğu kimi bu il də I sinif şagirdlərinə məktəbli çantası hədiyyə olaraq paylanmışdır.
2015-ci il ərzində rayon ümümtəhsil məktəblərinin şagirdləri müxtəlif müsabiqə və olimpiadalarda iştirak edərək yüksək nəticələr əldə etmişdirlər. Belə ki, 2015-ci ilin yanvar ayının 11-də rayonun ümumtəhsil məktəblərində fənn olimpiadasının ikinci rayon turunda 11 tam orta məktəb üzrə 82 şagird iştirak etmiş və turnirin nəticələrinə uyğun olaraq 18 şagird yüksək nəticə göstərərək yarımfinala vəsiqə qazanmışdır.Yarımfinal turunda Salakətin kənd tam orta məktəbinin şagirdləri Əliyev Fərahim Rövşən oğlu və Əliyeva Ləman Şahruz qızı II yerə layiq görülmüşlər.
Həmçinin 14-22 fevral 2015-ci il tarixlərdə Xocavənd 4 saylı tam orta məktəbinin şagirdi Süleymanova Çiçək Nizami qızı Şirvan şəhərində keçirilmiş şahmat üzrə respublika birinciliyinin zona yarışında II yerə, 26 fevral və 06 mart 2015-ci il tarixlərdə Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə Respublika turnirində isə III yerə layiq görülmüşdür. Həmçinin digər idman yarışlarında da idmançılarımız yüksək nəticə göstərmişlər. Belə ki, Şirvan şəhərində 20-22 aprel 2015-ci il tarixdə keçirilən sərbəst güləş üzrə zona yarışında 2 nəfər II yerə, 3 nəfər isə III yerə, 24-25 aprel 2015-ci il tarixdə keçirilən karate üzrə zona yarışında 3 nəfər I, 3 nəfər II, 2 nəfər isə III yerə, Ağcabədi rayonunda keçirilən taekvando üzrə yarışda isə 1 nəfər III yerə sahib olmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tarix dərsləri tədris olunmuşdur. Xocavənd rayonunda dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xüsusi qrafik tərtib olunaraq 115 nəfər XI sinif şagirdinin dərslərdə iştirakı təmin edilmişdir.
1 6 iyun 2015-ci il tarixdə IX və XI siniflərdə keçirilmiş buraxılış imtahanlarında IX sinfi bitirmiş və imtahana buraxılmış 140 şagirddən 68 nəfəri, yəni 48.57 %-i ( Respublika üzrə göstərici 64.62%, 2014-cü ilin müvafiq dövründə 52.7 %) XI sinif üzrə isə 109 şagirddən 65 nəfəri, yəni 59.63%-i (Respublika üzrə göstərici 64.91%, 2014-cü ilin müvafiq dövründə 79.2%) müsbət qiymət almışdır. Buraxılış imtahanlarında 2 saylı, 3 saylı və Əmirallar kənd tam orta məktəblərinin şagirdləri yüksək nəticə əldə etdiyi halda, Qaradağlı 1 saylı tam orta məktəbi, Muğanlı 1 saylı tam orta məktəbi, Axullu kənd ümumi məktəbi,10 saylı ümumi, Tuğ 1 saylı tam orta, Qaradağlı kənd tam orta məktəblərinin şagirdləri Respublika üzrə göstəricilərlə müqayisədə çox aşağı nəticə göstərmişdirlər.
Hesabat dövründə 11-ci sinfi bitirmiş 112 nəfər məzundan 63 nəfəri Respublikanın müxtəlif ali məktəblərinə sənəd vermiş, onlardan 38 nəfəri, o cümlədən 11 nəfər 400-dən, 6 nəfər 500-dən çox bal toplayaraq Respublikanın müxtəlif ali məktəblərinə, 6 nəfər məzun isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Həmçinin Respublikanın müxtəlif bölgələrində təhsil alan xocavəndli məzunlardan isə 12 nəfər tələbə adını qazanmışdır.
Müvafiq Dövlət Pqroqramlarına əsasən Xocavənd rayonunda da bütün regionlarda olduğu kimi, yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı,
istilik sisteminin bərpası istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkün ailələri üçün inşa edilmiş 320 ailəlik müasir tipli yeni qəsəbədə 270 yerlik müasir avadanlıqlarla təchiz edilmiş məktəb istifadəyə verilmişdir. Həmçinin 320 ailəlik müasir tipli yeni qəsəbədə 50 yerlik uşaq bağçası tikilmiş, Xocavənd qəsəbəsində Kuropatkin kənd uşaq bağçası əsaslı təmir olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na əsasən rayonda hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi, təhsil muəssisələrinin reytinq sisteminin yaradılması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yuksəldilməsi, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması sahəsində dövlət siyasətinin icrası qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Həmçinin “Fəaliyyət Planı”nda nəzərdə tutulduğu kimi, əsas prioritet istiqamətlərdən olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması, məktəbəqədər təhsil üzrə nümunəvi kurrikulumların tətbiqi qarşıda duran əsas vəzifələrdir.
Keçən il ərzində Xocavənd Rayon İcra Hakimiyyəti Rayon Mərkəzi Xəstəxanası ilə birgə rayon əhalisinin sağlamlığını daim diqqət mərkəzində saxlamışdır. Rayon Mərkəzi Xəstəxanası və ona tabe olan sahə, kənd tibb məntəqələrində 30 ali təhsilli müxtəlif ixtisaslı həkim və 103 nəfər orta ixtisaslı tibb işçisi çalışır. Vətəndaşların sağlamlığının qorunması sahəsində hesabat dövrü ərzində xəstəxananın tibb işçiləri tərəfindən əhali arasında, məktəblərdə və uşaq bağçalarında 67 reyd keçirilmiş, tibb işçilərindən ibarət yaradılmış briqada mütəmadi olaraq əhali ilə profilaktiki söhbətlər apararaq məktəblərdə olmuş və maarifləndirmə işləri aparmışdır. Hesabat dövründə rayon üzrə poliklinika və ambulator gəlişlərin sayı 58383 nəfər olmuş, stasionar şöbələrdə 718 nəfər müalicə olunmuşdur. Sevindirici haldır ki, uşaq və ana ölümü qeydə alınmamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən Rayon İcra Hakimiyyəti başçısının 02 fevral 2015-ci il tarixli 02 saylı sərəncamı ilə işçi qrupu və 12 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər olmaqla iki briqada yaradılmış, rayonda müayinənin mütəşəkkil qaydada təşkili üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyati şəxslərə müvafiq tapşırıqlar verilmiş, Mərkəzi Xəstəxana tibbi ləvazimat və yardımçı vasitələrlə təmin edilərək müayinəyə tam hazır vəziyyətə gətirilmiş, əhalinin məskunlaşdığı ərazilər və kollektivlər nəzərə alınmaqla xüsusi qrafik tərtib olunmuşdur. Hesabat dövrü ərzində 9179 nəfər pulsuz tibbi müayinədən yararlanmışdır ki, onların da 6154 nəfərini 18 yaşdan yuxarı əhali təşkil edir. Tibbi müayinədən keçənlərin 169 nəfəri ambulator müalicəyə, 25 nəfər stasionar müalicəyə cəlb olunmuş, 13 xəstə isə Bakı şəhər və digər ətraf rayon xəstəxanalarına müayinə və müalicə üçün göndərilmişdir. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr xəstəxana tərəfindən lazımi dərman preparatları ilə təmin olunmuşdular.
09 dekabr 2015-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə hemofiliya, talassemiya və leykemiya xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qismən də olsa qarşılamaq məqsədilə Xocavənd qəsəbəsində qanvermə aksiyası keçirilmiş və bu aksiyada 300 nəfərdən çox rayon sakini iştirak etmişdir.
Xocavənd rayonunda əhalinin asudə vaxtlarının səmərəli keçməsi və onlar arasında milli mədəniyyətimizin təbliğ edilməsi məqsədi ilə Mədəniyyət və Turizm Şöbəsi 1 rayon, 6 kənd mədəniyyət evi, 8 kənd kulubu, 1 Rayon Mərkəzi Kitabxana Sistemi, 4 kitabxana filialı və 2 uşaq musiqi məktəbinin gücündən istifadə edir. 2015-ci il ərzində rayon Mədəniyyət və Turizm Şöbəsində müxtəlif mövzularda tədbirlər keçirilmiş, bu tədbirlərin əksəriyyəti milli adət-ənənələrimizin qorunub saxlanması, mədəni irsimizin təbliğ olunması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, tarixi günlərin və əlamətdar hadisələrin qeyd edilməsi mövzusunda olmuşdur.
Kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi məqsədilə kənd kitabxana filialları Rayon Mərkəzi Kitabxanasına birləşdirilərək 7 şöbədən ibarət Xocavənd Rayon Mərkəzi Kitabxana Sistemi yaradılmışdır. Mərkəzi Kitabxana sürətli internet, tələbata uyğun olaraq kompüter, digər zəruri inventar avadanlıqlarla təmin olunmuş, MKS-nin kadrlarının ixtisaslarının artırılması, elektron kataloqda işləmək qaydalarının öyrənilməsi məqsədilə mütəmadi olaraq işçilər ixtisasartırma kursuna göndərilmişdir. Həmçinin “Dövlət Proqramı”na uyğun uyğun olaraq www.khojavend.cls.az internet saytı yaradılmış və həmin saytın elektron kitabxana bölməsində 176 ədəd müxtəlif elektron ədəbiyyat yerləşdirilmişdir. Ümumilikdə isə kitabxanaların kitab fondunda 42485 nüsxə kitab mövcuddur ki,onlardan 27397 nüsxə latın qrafikası ilə yenidən nəşr olunmuş kitablardır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xocavənd MKS-nin avtomatlaşdırılmış kitabxana–informasiya sistemi (AKİS) ilə təchiz edilməsi istiqamətində işlər aparılır. Gələcəkdə kitabxana proseslərini avtomatlaşdıran və sadələşdirən, dünya kitabxana sistemləri ilə inteqrasiyasını mümkün edən son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemini yaratmaq qarşıya əsas məqsəd kimi qoyulmuşdur.
2015-ci il ərzində gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir sıra işlərin həyata keçirilməsi təmin edilmişdir. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Qeyd etmək lazımdır ki, ötən il Xocavənd gəncləri üçün uğurlu olmuşdur. Belə ki, 30 yanvar–01 fevral tarixlərdə İsmayıllı rayonunda keçirilən VKC karate idman növü üzrə “20 Yanvar Şəhidləri”nin xatirəsinə həsr olunmuş Azərbaycan çempionatında Xocavənd rayonunu təmsil edən 2 idmançı I yerə, 2 idmançı isə II yerə sahib olmuşdur. Horadiz şəhərində keçirilən “Şahin” hərbi-idman oyununun zona birinciliyində Xocavənd rayon komandası II yeri tutaraq finalda iştirak etmək hüququ qazanmışdır. 17-19 iyul tarixdə İsmayıllı rayonunda keçirilən VKC karate idman növü üzrə “Xocavənd Şəhidlərinin xatirəsi”nə həsr olunmuş uşaq-yeniyetmə, gənclər və böyüklər arasında Azərbaycan çempionatında rayonun 3 idmançısı I yeri, 2 idmançısı isə II yeri tutmuşdur.
Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və sağlamlığının qorunması, həmçinin idmanın müxtəlif növlərinin kütləviləşdirilməsinə nail olmaq məqsədilə rayonda 10 idman klubunun nəzdində 335 nəfərin məşq etməsinə şərait yaradılmışdır. Ümumilikdə isə 2015-ci il ərzində 33 idman yarışı keçirilmiş və bu yarışlarda 1276 nəfər idmançı iştirak etmişdir.
Hesabat ili ərzində ictimai qurumlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, əhalinin siyasi maariflənməsi, cəmiyyətdə gedən ictimai-siyasi proseslərin əsas meyllərinin və inkişaf perspektivlərinin təhlili davam etdirilmiş, ölkə həyatında baş verən siyasi hadisələr, möhtərəm Prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin əhali arasında təbliği aparılan ideoloji işin tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərinin öyrənilməsi və təbliği istiqamətində rayonda yaradılmış təbliğat qrupları həftə görüşləri təşkil etmiş, qabaqcıl və nüfuzlu ziyalılar əhalinin müxtəlif zümrələrinin iştirak etdiyi toplantılarda məruzələrlə çıxış etmişlər. Bu məqsədlə mütəmadi olaraq əhalinin sıx məskunlaşdığı ərazilərdə dövlət siyasətinin təbliği ilə bərabər, xalqımızın tarixində müstəsna əhəmiyyət kəsb edən əlamətdar günlərin təntənəli şəkildə qeyd olunması üçün tədbirlər keçirilmişdir. Dövlətin ümummilli strateji siyasətinə uyğun olaraq rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, habelə ictimaiyyətin bütün təbəqələri arasında müvafiq ideoloji maariflənmə işinin aparılması işi təşkil olunmuşdur. Gənclərin cəmiyyətdə gedən ictimai-siyasi və demokratik dövlət quruculuğu proseslərində yaxından iştirak etməsinə hərtərəfli köməklik göstərmək, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunması, gənclərin tərbiyəsinin gücləndirilməsi məqsədilə təhsil ocaqlarında, hərbi hissələrdə və hərbi xidmətə çağırış yaşlı gənclər arasında müvafiq mövzularda tədbirlər həyata keçirilmiş, izahat və təbliğat işləri aparılmışdır.
Həmçinin Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının rəsmi internet saytı (www.xocavend-ih.gov.az) vasitəsilə rayonda görülmüş işlər və həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyətə geniş məlumatların operativ şəkildə çatdırılması təmin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələri və milli-mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində həyata keçirilən tədbirlər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının orqanı olan “Xocavənd” ictimai-siyasi qəzetində mütəmadi olaraq işıqlandırılır və bu məsələ ümdə vəzifə kimi qəbul olunur.
Hesabat dövründə rayon ictimaiyyətinin iştirakı ilə milli adət-ənənələrimizin qorunub saxlanması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi məqsədi ilə Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar günlər, bayramlar təntənəli şəkildə qeyd olunmuş, xalqımızın yaddaşında dərin izlər buraxmış 20 Yanvar, 31 Mart, Qaradağlı, Xocalı soyqırımlarına, Xocavənd rayonunun işğalının 23-cü ildönümünə həsr olunmuş geniş toplantılar, rayon məktəbliləri arasında inşa yazı, bədii qiraət üzrə müsabiqələr və Qarabağın tarixinə həsr olunmuş bilik yarışları keçirilmiş, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu tarixlərin mahiyyəti bir daha dəyərləndirilmiş, Ermənistanın işğalçılıq siyasətini geniş şəkildə əks etdirən tarixi və sənədli materiallar sosial şəbəkələrdə yerləşdirilmişdir. Hər il olduğu kimi keçən il də “Novruz Bayramı”, “Respublika Günü” və “Silahlı Qüvvələr Günü” münasibəti ilə rayonun bütün idarə, müəssisə və təşkilatları Xocavənd rayon ərazisində yerləşən N saylı hərbi hissədə olmuş, ermənilərlə üzbəüz səngərlərdə keşik çəkən əsgərlərə qiymətli xatirə hədiyyələri və bayram sovqatı çatdırılmış, Mədəniyyət Evinin ansamblının iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunmuşdur.
11 aprel 2015-ci il tarixdə rayonda Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi, oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunan tədbir keçirilmişdir. Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin, Xocavənd Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, Bakı Slavyan Universiteti, Elitar Gimnaziya, Qəbələ rayonu Nic kənd orta məktəbinin müəllim, tələbə və şagirdləri, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, Beyləqan və Xocavənd məktəbliləri, rayon ictimaiyyəti iştirak etmişdilər. Tədbirdə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı mühazirəsi dinlənilmişdir.
6 may 2015-ci il tarixində Ümummilli lider Heydər Əliyevin 92-ci ildönümü münasibətilə Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbində “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov və deputat Elman Məmmədov da iştirak etmişlər.
Daha bir əlamətdar hadisə Bakıda Atəşgahda alovlandırılan “Bakı-2015” Avropa Oyunları məşəlinin mayın 9-da Xocavənd rayonunda Qarşılanma Mərasimi olmuşdur. 4000 nəfərdən çox məcburi köçkün tərəfindən böyük coşqu və alqış sədaları ilə qarşılanan məşəli dünya çempionu Bəxtiyar Abbasov qəbul etmiş, daha sonra 10 nəfər məşəlçi 3,2 km məsafədə bir–birinə ötürmüş və alov estafetinin sonuncu iştirakçısı dünya çempionu Şəhriyar Abbasov səhnəyə qaldırmışdır. Məşəlin alovu ilə yandırılan çırağı Salakətin kənd tam orta məktəbinin şagirdi Aytac Rüstəmli rayon ictimaiyyətinə təqdim etmiş və yarışların sonuna kimi saxlanılması üçün Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının əməkdaşı Məmləkət İbrahimovaya təhvil vermiş, sonda tədbir bayram konsert ilə davam etdirilmişdir.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış “Dini İşlər üzrə Komissiya” hesabat ili ərzində rayonda dini proseslərə nəzarətin gücləndirilməsi, radikal dini qrupların zərərsizləşdirilməsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tarixi-dini abidələrin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Məhz görülmüş məqsədyönlü işlərin nəticəsidir ki, rayon ərazisində radikal dini cərəyan, vəhhabi təriqəti və xaricdən istiqamətləndirilən missionerlərin fəaliyyəti qeydə alınmamışdır.
25 fevral 2015-ci il tarixdə “Dini İşlər üzrə Komissiya”nın, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Mədəniyyət Evində gənclərin iştirakı ilə “Dini dəyərlər və gənclik” mövzusunda konfrans keçirilmişdir. Gəncləri milli-mənəvi, həmçinin dini dəyərlərə hörmət etməyə, radikal və qeyri-ənənəvi dini cərəyan və təriqətlərə qoşulmamağa səsləmək, ölkəmizdə milli-mənəvi dəyərlərin və onun tərkib hissəsi olan islami dəyərlərin, həmçinin tolerantlıq ənənəsinin qorunması istiqamətində görülən işlər barədə gənclərin məlumatlılığını artırmaq məqsədi ilə keçirilən tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Qarabağ bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov da iştirak etmişdir.
Hesabat dövründə rayonda yalnız bir siyasi partiya, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı fəaliyyət göstərmişdir. 1993-cü ildə yaradılan və hal-hazırda öz sıralarında 824 nəfəri birləşdirən Yeni Azərbaycan Partiyasının Xocavənd Rayon Təşkilatı üzvlərindən 433 nəfərini qadınlar, 402 nəfərini isə gənclər təşkil edir. Rayon təşkilatı yarandığı gündən ölkəmizdə keçirilən ictimai-siyasi kampaniyalarda Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sadiqliyini daim nümayiş etdirmişdir.
2015-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Fərman və Sərəncamlarına, Azərbaycan Respublikasının «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanununa əsasən Respublikanın ərazi bütövlüyünün qorunması və rayonda həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi təmin edilmişdir. Keçən il ərzində çağırış yaşlı gənclərin sayı 95 nəfər (2014-cü ildə 110 nəfər) olmuşdur. Onlardan 48 nəfər (2014-cü il 39) həqiqi hərbi xidmətə göndərilmiş, 27 nəfərə (2014-cü il 36) təhsilə görə möhlət hüququ verilmiş , 20 nəfər (2014-cü il 34 nəfər) əlavə tibbi müayinəyə göndərilmiş, xarici ölkədə yaşayan çağırışyaşlı gənc olmamışdır (2014-cü il 1 nəfər). Ötən çağrışlardan möhlət hüquq almış 27 nəfər gənc də hesabat dövrü ərzində həqiqi hərbi xidmətə yola salınmış, ümumilikdə isə keçən il ərzində Xocavənd rayonu üzrə 75 nəfər gənc həqiqi hərbi xidmətə getmişdir (2014-cü ildə 57 nəfər).
2015-ci il ərzində hüquq-mühafizə orqanlarının digər dövlət qurumları ilə sıx, səmərəli və işgüzar əlaqələrinin yaranmasının nəticəsində rayonda davamlı olaraq ictimai-siyasi sabitlik qorunub saxlanılmış, cinayətlərin bütün təzahürləri ilə mübarizədə müsbət nəticələr əldə olunmuşdur. Xocavənd Rayon Polis Şöbəsinin şəxsi heyəti əvvəlki illərdə olduğu kimi keçən il ərzində də rayon ərazisində cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində zəruri tədbirlər həyata keçirmiş, əməliyyat şəraitinə nəzarət etməklə profilaktiki fəaliyyət funksiyasını yerinə yetirmişdir. Keçən il ərzində Xocavənd rayonunun inzibati ərazisində xüsusilə ağır cinayət hadisəsi qeydə alınmamış, baş vermiş 4 (dörd) cinayət hadisəsinin açılması təmin edilmişdir (2014-cü ildə isə 5 cinayət hadisəsi olmuşdur).
Həmçinin ötən il ərzində rayonda azyaşlılar arasında cinayət və hüquq pozmalarının, eləcə də nəzarətsizliyin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq azyaşlılar arasında cinayət hadisələrinin törədilməsi faktları qeydə alınmamışdır.
Hesabat dövrü ərzində Polis şöbəsinin Qeydiyyat Şəxsiyyət Vəsiqəsi Qrupu tərəfindən 1331 nəfər vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.Onlardan 527 nəfər 16 yaşa çatmamış, 279 nəfər 16 yaşın tamam olması ilə əlaqədar, 229 nəfər 25 yaşın tamam olması ilə əlaqədar, 161 nəfər 35 yaşın tamam olması ilə əlaqədar, 135 nəfər isə 50 yaşın tamam olması ilə əlaqədar şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.
Vətəndaş müraciətlərinə baxılması və səyyar qəbulların təşkili barədə
2015-ci il ərzində Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatı öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun quraraq bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, il ərzində Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, Prezident Administrasiyası rəhbərinin və Administrasiyanın struktur bölmələrinin tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirmiş, icra ilə bağlı arayışların təqdim olunması təmin edilmişdir.
Keçən il ərzində tərtib olunmuş qrafikə uyğun olaraq həftənin ayrı-ayrı günlərində İcra başçısı, müavinlər, şöbə və sektor müdirləri tərəfindən vətəndaşlar qəbul edilmiş, bununla belə, rayon əhalisinin Respublikanın müxtəlif rayonlarında pərakəndə şəklində məskunlaşdığını nəzərə alaraq bu qəbullara vaxt məhdudiyyəti qoyulmamışdır. Hesabat dövrü ərzində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 74 nəfər(2014-cü ildə 109 nəfər), ayrı-ayrı şöbələr tərəfindən isə 574 nəfər (2014-cü ildə 655 nəfər), (Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi-124, İctimai-siyasi və humanitar məsələlər şöbəsi-107, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi-221, Hüquq şöbəsi-67, Memarlıq və tikinti şöbəsi-55) rayon sakini qəbul edilmiş, onları maraqlandıran və ya narahat edən məsələlər yerindəcə öyrənilərək müvafiq köməkliklərin göstərilməsi təmin edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilən vətəndaşlardan 32-si (43,2 %) işlə təmin olunma, 5-i (6,8 %) kənd təsərrüfat məsələləri, 11-i (14,9 %) mənzil məsələləri, 4-ü(5,4 %) ünvanlı sosial yardım, 5-i( 6,8 %) maddi köməklik, 4-ü ( 5,4 %) ayrı təsərrüfat olma ilə bağlı, 13 (17,5 %) nəfəri isə digər məsələlərlə bağlı müraciət etmişdir. Müraciət edən hər bir vətəndaş lazımi səviyyədə dinlənilmis və qaldırılmış problemlərin həll edilməsi üçün mövcud imkanlardan istifadə olunmuşdur.
Keçən hesabat ili ərzində səyyar qəbulların səmərəli təşkili və daha çox rayon vətəndaşının bu görüşlərdə iştirak etməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, il ərzində səyyar görüşlər həftədə bir dəfə olmaqla təşkil edilmiş, görüşün keçirilmə vaxtı və yeri barədə sakinlər əvvəlcədən məlumatlandırılmış, qəbullar zamanı vətəndaşların səsləndirdiyi hər bir məsələ ilə bağlı zəruri tədbirlər görülərək vətəndaşlara qanuna müvafiq qaydada cavablar verilmişdir. Hesabat dövrü ərzində məcburi köçkünlərin məskunlaşdığı 10 rayonda 46 səyyar qəbul keçirilmişdir. Həmin görüşlərdə ümumilikdə 1095 nəfər rayon sakini iştirak etmiş və bu görüşlərdə müxtəlif problemlərlə bağlı 80 məsələ barədə müraciətlər olunmuşdur. Səyyar qəbullar zamanı səsləndirilmiş 3 məsələ barəsində Mərkəzi İcra orqanları qarşısında, kollektiv formada 4, fərdi qaydada 42 müraciətlə bağlı Yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış, 31 müraciətin icrası ilə bağlı isə rayon təşkilatlarına tapşırıqlar verilmişdir.
Yerli icra hakimiyyəti orqanları qarşısında qaldırılmış 44 müraciətin icrası təmin olunmuş, 2 müraciətlə bağlı izahat işləri aparılmışdır. Həmçinin rayon təşkilatlarına tapşırılmış 31 müraciətin icrası tam şəkildə öz müsbət həllini tapmış, Mərkəzi İcra orqanları qarşısında qaldırılmış 3 müraciətin icrası isə nəzarətdə saxlanılır. Ümumilikdə səyyar qəbullar zamanı müxtəlif məsələlərlə bağlı səsləndirilmiş məsələlərin 94 faizi müsbət həll edilmiş, 2.5 faizi ilə əlaqədar izahat işləri aparılmış, 3.5 faizinin icrası isə nəzarətdə saxlanılır.
Rayon İcra Hakimiyyəti başçısının 2015-ci il ərzində yerlərdə keçirdiyi səyyar görüşlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə əvvəlcədən təqdim olunmuş qrafikə uyğun keçirilmişdir.Keçirilmiş hər bir səyyar qəbul Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən protokollaşdırılmış, verilmiş tapşırıqlar aidiyyəti şöbələrdə araşdırılaraq nəticə ilə bağlı vətəndaşa və Rayon İcra Hakimiyyəti başçısına məlumat verilmişdir. Hər ayın sonunda keçirilmiş səyyar qəbullar və bu qəbullar zamanı qaldırılmış məsələlərin icrası ilə bağlı məlumatlar İnformasiya təminatı və təhlil sektoru tərəfindən Mərkəzi Serverə göndərilməsi təmin edilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan vətəndaş müraciətləri ”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-I Q nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınaraq araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. Hər bir vətəndaşın öz hüquqlarından istifadə edərək İcra başçısına, onun Aparatına, müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə, idarə və təşkilat rəhbərlərinə müraciət etməsi üçün lazımi şəraitin yaradılması təmin edilmişdir.
2003-cü il ərzində vətəndaşlar tərəfindən Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 340 müraciət daxil olmuşdursa, bu rəqəm 2013-c ildə 339, 2014-cü ildə 212, 2015-ci ildə isə bu rəqəm 161 olmuşdur (bunlardan 7-si təşkilat daxili müraciət) olmuşdur.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan müraciətlərin 152-si məktub, 7-si teleqram formasında, 2-si isə İcra Hakimiyyəti Başçısı Aparatının rəsmi saytına (www.xocavend-ih.gov.az) daxil olmuşdur. Ümumi müraciətlərdən 102-si rabitə şöbəsi vastəsi ilə, 57-si şəxsən, 2-si isə elektron poçtla təqdim olmuşdur
Ümumi müraciətlərin 49,1(79 müraciət) müsbət həll edilmiş, 3,1 faizi (5 müraciət) əsassız sayılmış,47,8 faizi (77 müraciət) ilə bağlı müvafiq izahat işləri aparılmışdır (2014-cü ilin müvafiq dövrü ərzində daxil olan müraciətlərin 59 faizi (125 müraciət) müsbət həll edilmiş, 6,1 faizi (13 müraciət) qismən həll edilmiş, 27,8 faizi (59 müraciət) ilə bağlı müvafiq izahat işləri aparılmış, 7,1 faizi (15 müraciət) əsassız sayılmışdır).
Şikayət xarakterli müraciətlərin 38,5 faizi (5 müraciət) müsbət həll edilmiş, 61,5 faizi (8 müraciət) üzrə müvafiq izahat işləri aparılmışdır. (2014-cü ilin müvafiq dövrü ərzində daxil olan şikayətlərin 6,9 faizi (2 müraciət) müsbət həll edilmiş, 13,8 faizi (4 müraciət) qismən həll edilmiş, 31 faizi (9 müraciət) müvafiq izahat işləri aparılmış, 48,3 faizi (14 müraciət) əsassız sayılmışdır).
Sikayət ərizələri 2012-ci ildə 43 olmuşdursa, bu rəqəm sonrakı illərdə azalaraq 2013-ci ildə 37, 2014-cü ildə 29, 2015-ci ildə isə 13 olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq 2008-ci ildə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində vətəndaşların müraciətlərinə baxılması işini təkmilləşdirmək məqsədilə müasir elektron informasiya sistemi yaradılmışdır. Belə bir sistemin şəhər və rayon icra hakimiyyətlərində də tətbiqi Azərbaycan Prezidenti tərəfindən zəruri hesab edilmiş və "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında" 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərman imzalamışdır. Ötən dövr ərzində Fərmanın icrasının təmin olunması məqsədilə Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatında xeyli işlər görülmüşdür. Belə ki, informasiya sisteminin fəaliyyətinin təşkilini, istifadəsini və təhlükəsiziyinin təmin edilməsi, habelə informasiya sisteminin tətbiqi üçün tələb olunan texniki vasitələr alınmış və normal iş şəraitinin yaradılması məsələləri öz həllini tapmışdır. Vahid elektron informasiya sistemi fəaliyyətə başladığı dövrdən (01.07.2015-ci il) 30 dekabr 2015-ci il tarixədək Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan 87(səksən yeddi) vətəndaş müraciəti Aparata daxil olduğu andan sistemə yerləşdirilmişdir. Eyni zamanda 2015-ci ilin birinci yarısı ərzində Aparata daxil olmuş 74 (yetmiş dörd) vətəndaş müraciəti həmçinin köçürmə yolu ilə sistemə yerləşdirilmişdir ki, ümumilikdə il ərzində İcra Aparatına daxil olmuş 161(bir yüz altmış bir) müraciətin bütövlükdə sistemə ötürülməsi tərəfimizdən təmin olunmuşdur. 2015-ci il ərzində səyyar görüşlər zamanı qaldırılmış problemlərin icrası, həmçinin vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinin vəziyyəti araşdırılmış, təhlillər aparılmış və görülmüş işlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısına məlumat verilmişdir. Aparılmış təhlillərdən 2-si Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında Şura yığıncağında müzakirəyə çıxarılmışdır. Belə ki, 27.02. 2015-ci il tarixli 04 saylı Şura yığıncağında “2014-cü il ərzində Rayon İcra Hakimiyyəti başçısının Respublikanın müxtəlif rayonlarında keçirdiyi səyyar görüşlərin təşkili və bu qəbullar zamanı qaldırılmış məsələlərin icra vəziyyəti”, 11.03.2015-ci il tarixli 05 saylı Şura yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq” ilə bağlı analitik informasiya xarakterli təhlildən irəli gələn vəzifələr və 2014-cü il ərzində vətəndaşlar tərəfindən rayon İcra hakimiyyəti başçısı aparatına, qəsəbə və kənd inzibati ərazi dairələrinə, idarə və təşkilatlara daxil olmuş müraciətlərə baxılma vəziyyəti” bərədə məsələlər müzakirəyə çıxarılaraq mövcud çatışmazlıqlar geniş formada müzakirə edilmiş və bu istiqamətdə görüləcək işlərlə bağlı şöbə müdirlərinə, sektor müdirlərinə, inzibati ərazi dairələri üzrə nümayəndəliklərə, idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı yanında məşvərətçi orqan olan Şurada rayonunun iqtisadi, sosial-mədəni və digər yerli əhəmiyyətli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə iclasların hazırlanıb keçirilməsinə xüsusi əhəmiyyət verilmiş və bu qərarların icrası daim nəzarətdə saxlanılmışdır. 2015-ci il ərzində Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şura ayda iki dəfə olmaqla, Şura üzvlərinin yekdil iştirakı təmin olunmaqla keçirilmişdir. Keçirilmiş Şura iclaslarında 36 məsələnin müzakirə edilməsi nəzərdə tutulduğu halda 44 məsələ müzakirəyə çıxarılmışdır. Şura yığıncağının gündəliyinə çıxarılan məsələlər geniş şəkildə müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuş, qəbul olunmuş qərarlar aidiyyəti üzrə ünvanlara çatdırılmış və icrasına nəzarət olunmuşdur. Həmçinin idarə və təşkilatlarda keçirilən toplantılarda, eləcə də qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin əhali ilə keçirdikləri tədbirlərdə bu barədə geniş məlumatlar verilmişdir. Eyni zamanda hesabat dövrü ərzində Şuranın 1 səyyar iclası keçirilmişdir. Ötən il ərzində isə müxtəlif mövzularda 41 tədbir keçirilmişdir ki, bu tədbirlərdə ümumilikdə 12805 nəfər iştirak etmişdir. Keçirilmiş tədbirlər təlimata uyğun protokollarla rəsmiləşdirilmişdir.Hesabat ili ərzində Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbrahimov İltifat Köçəri oğlu rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Ümumilikdə isə Rayon İcra Hakimiyyəti Başçısı Aparatında çalışan işçilərdən 4 nəfəri, kənd inzibati ərazi dairələrində çalışan işçilərdən isə 2 nəfəri müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Keçən il ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının “Sənədlərin ekspertizası və Arxiv işi üzrə Mərkəzi Ekspert Komissiyası Haqqında Əsasnaməni” əsas tutaraq, İcra Aparatına eləcə də qəsəbə və kənd kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə aid 2010-cu il sənədlərinin dövlətçilik, hüquqi, elmi və tarixi cəhətdən dəyərliliyini müəyyən edərək, onların Dövlət Arxiv İdarəsinə təhvil verilməsi təmin edilmişdir.Xocavənd rayonunun azərbaycanlı əhalisinin sayı 01 yanvar 2016-cı il tarixə 2992 ailə olmaqla 12094 (on iki min doxsan dörd) nəfər təşkil edir. Rayonun ərazisi işğal altında olduğu üçün məcburi köçkün soydaşlarımız Respublikanın 37 şəhər və rayonunda müvəqqəti olaraq məskunlaşmışdır.Sakinlərimiz əsasən Beyləqan rayonu ərazisində yerləşən “Yeni Xocavənd“, “Yeni Tuğ”, “Xocavənd”, Qaradağlı, 320 ailəlik qəsəbədə və Ağcabədi rayonu ərazisində yerləşən yeni tikilmiş “Hündürmərtəbəli yaşayış massivində” kompakt şəkildə məskunlaşmışlar. Rayonun azərbaycanlı əhalisi Beyləqan rayonu ərazisində 1219 ailə olmaqla 4934 nəfər, Ağcabədi rayonu ərazisində 506 ailə olmaqla 2157 nəfər, Sumqayıt şəhəri üzrə 120 ailə olmaqla 487 nəfər, Bakı şəhərinin on bir rayonu üzrə 864 ailə olmaqla 3413 nəfər, Respublikanın digər şəhər və rayonlarında 283 ailə olmaqla 1103 nəfərdir. Hal-hazırda rayon əhalisinin 189 nəfəri isə müvəqqəti olaraq xarici ölkədə yaşayırlar.2015-ci il ərzində rayon üzrə doğulan uşaqların sayı 194 nəfər(2014-cü il ərzində 195), vəfat edən vətəndaşların sayı isə 59 nəfər (2014-ciüil ərzində 54) olmuş, əhalinin təbii artımı isə 135 nəfər təşkil etmişdir. Keçən il ərzində rayona daimi qeydiyyata düşən vətəndaşların sayı 145 nəfər (2014-cü il ərzində 229), ailə vəziyyətləri ilə bağlı qeydiyyatdan çıxan vətəndaşların sayı isə 74 (2014-cü il ərzində 50) nəfər təşkil etmiş, əhalinin miqrasiya artımı 71 nəfər olmuşdur. 2015-ci il ərzində Xocavənd rayonu üzrə 20 ailə (2014-cü il ərzində 30) arasında rəsmi nigah bağlanmış və 17 (2014-cü il ərzində 19) nigahın pozulması faktı qeydə alınmışdır.2015-ci il ərzində Xocavənd rayon məcburi köçkünlərindən Bakı şəhəri üzrə 8 ailə olmaqla 32 nəfər, Mingəçevir şəhəri üzrə 9 ailə 31 nəfər, Bərdə rayonu üzrə 3 ailə 9 nəfər, Saatlı rayonu üzrə 1 ailə 3 nəfər, Beyləqan rayonu üzrə isə 5 ailə olmaqla 16 nəfər məskunlaşdıqları ərazilərdə salınmış qəsəbələrdə yeni mənzillərlə təmin edilmişdir. Ümumilikdə isə hesabat dövrü ərzində 26 ailə olmaqla 91 nəfər məcburi köçkün yeni mənzillərlə təmin edilmişdir.
Hesabat ili olan 2015-ci il ərzində rayon üzrə informasiyaların toplanması və məlumatların verilməsi istiqamətində görülmüş işlər qənaətbəxş sayıla bilər. Keçən il ərzində Aparatın müvafiq şöbələrindən rayonun idarə, müəssisə və təşkilatlarının ötən ilin aylıq, rüblük, yarımillik və ilin yekunlarına dair hesabatları toplanaraq müqayisəli təhlil aparılmış və Prezident Administrasiyasının Analitik şöbəsinə göndərilməsi təmin edilmişdir. Ötən il ərzində ümumilikdə 240 məlumatın, eyni zamanda Rayon İcra Hakimiyyəti Başçısının yerlərdə keçirdiyi 46 səyyari görüşlər və rayonda keçirilən 42 tədbir haqqında məlumatların vaxtlı-vaxtında Mərkəzi Serverə göndərilməsi təmin edilmişdir. Ötən illərdə qazanılmış müsbət tendensiya 2016-cı ildə də davam etdirilməli, əldə olunmuş statistik rəqəmlərin vaxtlı-vaxtında təhlil olunması və bu təhlillərin nəticələrinə əsaslanaraq gələcək fəaliyyətimizin daha da səmərəli qurulması üçün mütəmadi qaydada tədbirlərin həyata keçirilməsi təmin olunmalıdır.Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi və dövrün çağırışlarına uyğun zənginləşdirilməsi, ölkə iqtisadiyyatının potensial imkanlarının daha da yüksəlməsi nəticəsində Azərbaycanda dayanıqlı, sabit iqtisadi sistem formalaşmışdır. Əminliklə demək olar ki, 2016-cı ildə, həm də sonrakı dövrdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək, milli inkişaf strategiyasının reallaşdırılması, iqtisadiyyatın daha da inkişaf etdirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, milli təhlükəsizliyin və sabitliyin təmin olunması istiqamətində tədbirlər ardıcıl şəkildə həyata keçiriləcəkdir. Xalqla iqtidar arasında birlik, ən əsası vətəndaşların möhtərəm cənab Prezident İlham Əliyevə böyük etimadı qarşıda duran bütün problemlərin öhdəsindən gəlməyə kömək edəcək, müasir Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə inamla irəliləyərək yeni zəfərlər qazanmaqda davam edəcəkdir.Dövlət rəhbərinin qarşıya qoyduğu konkret vəzifələrin təhlili onu söyləməyə əsas verir ki, Azərbaycan yeni situasiyada da bütün strateji planlarını yerinə yetirərək sosial-iqtisadi və ictimai-siyasi inkişaf proseslərini davam etdirmək üçün əsaslandırılmış, aydın proqramlara malikdir və qlobal miqyasda özünü göstərən böhranlı vəziyyəti ölkəmizin gələcəyi üçün yeni bir imkana çevirmək əzmindədir. 2016-cı ildə Bakıda dünya miqyasında çox böyük, BMT-nin fəal iştirakı, dəstəyi ilə keçirilən mötəbər beynəlxalq tədbir-Sivilizasiyalar Alyansının Qlobal Forumu keçirilməsi qərara alınmışdır. Əvvəlki illərdə də Bakıda ənənəvi Humanitar forumlar Mədəniyyətlərarası Dialoq forumları bir neçə dəfə keçirilmişdir. Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsi doğrudan da həm bizə verilən böyük qiymətdir, həm də ki, bizim üçün böyük şərəfdir. Bu Qlobal Forumun Azərbaycanda keçirilməsini, ümumiyyətlə, bu sahəyə verilən diqqəti və əldə edilmiş nailiyyətləri nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlyev tərəfindən bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir.Kifayət qədər çətin olan 2015-ci ilin yekunlarını nəzərdən keçirərkən görürük ki, hazırda dünya ölkələrində qlobal böhranın güclənməsinə rəğmən, Respublikamızın daxili potensialına əsaslanmaqla həyata keçirilən uğurlu siyasət dinamik inkişaf tempinin bu il də qorunub saxlanmasına şərait yaradacaqdır. Ötən il ərzində Respublikamızda əldə edilmiş nəticələr dövlətimizin iqtisadi imkanlarının artmasına, Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin və rifah halının daha da yüksəlməsinə xidmət etmişdir. Dövlət başçısının Vətənimizin daha da qüdrətlənməsinə, xalqımızı daha firavan gələcəyə aparan qətiyyətli və düşünülmüş siyasəti ölkəmizin növbəti illərdə də hərtərəfli inkişafı üçün möhkəm təməl yaratmışdır. Hesabat dövrü ərzində Xocavənd rayon ictimaiyyəti qarşıya qoyulan vəzifələrin icrası, regionların sosial-iqtisadi inkişafının sürətlənməsi, ordu quruculuğu istiqamətində həyata keçirilən genişmiqyaslı işləri, ictimai-siyasi asayişin qorunub möhkəmləndirilməsi, eləcə də daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətləri ürəkdən bəyənir, müdafiə edir və dəstəkləyirlər.
Eyni zamanda onu da vurğulamaq lazımdır ki, görülmüş işlər və qazanılmış uğurlarla bərabər hələ ki, bəzi nöqsanlar da vardır. İnanırıq ki, rayonumuzun vətənpərvər, zəhmətkeş və əməksevər insanlarına güvənərək yol verilmiş nöqsanların aradan qaldırılmasına və qarşıya çıxan problemlərin həllinə nail olunacaq, ölkəmizin daha da inkişaf etməsi yolunda şanlı tariximizin sınaqlarından üzü ağ çıxmış xocavəndlilər də öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər..
Xocavənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında fəal mövqe, əzmkarlıq və yüksək işgüzarlıq nümayiş etdirərək Vətənimizin-müstəqil Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsi naminə fəaliyyətlərini davam etdirəcəklər. Qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması əhalinin sosial-iqtisadi vəziyyətini,həyat şəraitini davamlı olaraq yaxşılaşdırmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətini, beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldəcək, 2016-cı il də, əvvəlki illər kimi, cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır.