Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı kəndinin Ermənistan ordusu tərəfindən işğal edilməsinin 24-cü ildönümünə həsr olunmuş ümumrayon anım mərasimi keçirilmişdir.

17 fevral 2016 | 16:00

17 fevral 2016-cı il tarixdə Yeni Qaradağlı qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər-Xatirə Abidə Kompleksi” önündə Qaradağlı kəndinin Ermənistan ordusu tərəfindən işğal edilməsinin  24-cü  ildönümünə  həsr olunmuş ümumrayon anım mərasimi keçirilmişdir. Tədbirdə abidə önünə tər gül dəstələri və əklill qoyulmuş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunmuşdur. Daha sonra tədbir rayon Mədəniyyət evində davam etdirilmişdir. Tədbirdə çıxış edən Salakətin kənd tam orta məktəbin tarix müəllimi Telli Alıyeva bildirmişdir ki, Qaradağlı kəndi hələ ötən əsrin əvvəllərində bir neçə dəfə erməni vandallarının hücumlarına məruz qalmışdır. Həmin vaxtlarda da kənd əhalisinə qarşı çoxlu sayda qətliamlar və terror aktları törədilmişdir. Tarix boyu müsəlmanlara qarşı törətdikləri cinayətlərə görə cəzasız qalan ermənilər 1988 –ci ildən başlayaraq Dağlıq Qarabağ və onun ətraf rayonlarında xüsusi amansızlıqlar törədərək, həmin ərazilərdə yaşayan dinc azərbaycanlıları öz doğma ata-baba torpaqlarından didərgin salmışlar. Daha sonra tədbirdə çıxış edən Qaradağlı faciəsi zamanı 4 nəfər ailə üzvünü itirmiş Turab Hüseynov Qarabağda eyni zamanda Qaradağlı kəndində xalqımızın başına gətirilən müsibətlərdən danışmışdır. Turab Hüseynov Qaradağlı kəndinin işğalı zamanı ermənilər və onların havadarları tərəfindən kənd əhalisinə qarşı soyqırımı törədildiyini bildirmişdir. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin  başçısı Eyvaz Hüseynov Qarabağda başlanan müharibənin köklərinin daha əvvələ getdiyinə diqqət çəkərək, bu prosesdə ermənilərin havadarlarının xüsusi xidmətlərindən danışmışdır. Başçı 1988-ci ildən başlamış Qarabağ müharibəsində Ermənilərin get-gedə azğınlaşması və o, dövrdə Azərbaycan rəhbərliyinin hadisələrə biganəliyi nəticəsində xalqımızın başına bəlalar gətirildiyini bildirmişdir. Həmin vaxtlarda Qarabağda baş verən hadisələrin iştirakçısı olmuş başçı, ASALA terror təşkilatının rəhbəri Monte Melkonyanın bilavasitə rəhbərliyi eləcə də Arabo və Aramo  erməni quldur dəstələrinin iştirakı ilə Qarbağda qanlı teror aktları törədildiyini bir daha vurğulamışdır. Vahid komandanlğın eyni zamanda ordu qüvvələrinin olmaması səbəbindən Qarabağ və onun ətraf rayonları işğal olunaraq xarabalığa çevrilmişdir.  Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda ordu quruculuğu sahəsində aparılan əsaslı islahatlardan söz açan Eyvaz Hüseynov bu gün Qüdrətli Azərbaycan ordusunun Qafqaz regionunda ən güclü ordu olduğunu bildirmişdir. Natiq Silahlı qüvvələrin Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevin əmri ilə  itirilmiş Qarabağ torpaqlarının azad ediləcəyi günün çox da uzaqda olmadığını vurğulamışdır. Sonda tədbir Salakətin kənd tam orta məktəbin şagirdlərinin vətənpərvərliklə bağlı ifa etdikləri şeir parçaları və  rayon Mədəniyyət evinin kollektivi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayiş etdirilməsi və ilə başa çatmışdır.

Keçidlər