Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

29 fevral 2016 | 16:00

Xocalı soyqrımının iyirmi dördüncü  ildönümünün keçirilməsi haqqında Rayon İcra Hakimiyyəti başçısının 04   fevral 2016-cı il tarixli 08 saylı    Sərəncamı ilə  Tədbirlər Planı  təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq  rayonun bütün yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilmişdir.  Tədbirlərdə çıxış edən ziyalılar öz çıxışlarında      bildirmişlər ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətləriniə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.Xocalı faciəsi rayonun  ümumtəhsil məktəblərində, uşaq bağçalarında da anılmış,  26 fevral günü tədris müəssisələrində Xocalı soyqrımına həsr olunmuş xüsusi dərslər keçirilmiş, rayon  ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi məqsədi ilə avtomobillər tərəfindən səs siqnalları verilmiş, matəm əlaməti olaraq rayonun  qəsəbələrində Azərbaycan Respublikasının  dövlət bayraqları endirilmişdir.   26 fevral  2016-cı  il tarixdə Xocavənd rayonu “Yeni Xocavənd” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Xatirə Abidə Kompleksi” önündə Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi, rayonun ictimai həyatında iştirak edən fəal gənclər, rayon ictimaiyyəti, şəhid ailələri və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir.

Keçidlər