Şriftin ölçüsü :

Saytın rəngi :

28 May Müstəqilik Gününə həsr olunmuş konsert proqramı keçirilib

26 may 2026 | 09:10
28 May Müstəqilik Gününə həsr olunmuş konsert proqramı keçirilib.
26 may 2026-cı il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qarabağ Regional Mədəniyyət İdarəsinin Xocavənd rayon Mədəniyyət evinin tabeliyində fəaliyyət göstərən Azəri məhəlləsi mədəniyyət evində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsert proqramında Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs olunub, iştirakçılara Azərbaycan dövlətçiliyinin keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixində mühüm hadisə olmaqla, milli istiqlal salnaməsinin parlaq səhifəsini təşkil edir.
Bədii hissədə mədəniyyət evinin əməkdaşları tərəfindən vətənpərvərlik ruhunda mahnılar ifa olunub və müxtəlif musiqi nömrələri təqdim edilib. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Keçidlər