28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqil və Suveren Azərbaycan” adlı tədbir keçirilmişdir
26 may 2025 | 16:53
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May –Müstəqillik Gününə həsr olunmuş “Müstəqil və Suveren Azərbaycan” adlı tədbir keçirilmişdir
26 may 2025-ci il tarixdə rayon Mədəniyyət evində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May –Müstəqillik Gününə həsr olunmuş “Müstəqil və Suveren Azərbaycan” adlı tədbir keçirilmişdir. İcra Hakimiyyəti və Rayon Mədəniyyət evinin birgə təşkilatçılılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin, idarə və müəssisələrinin əməkdaşları, mədəniyyət işçiləri və ziyalılar iştirak etmişlər.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Həsənov 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdiyini bildirib. Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradıb. Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq vurğulamaq lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamçısı, Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmlənib. Bu gün artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi bütöv Azərbaycanda, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır.
Tədbir film nümayişi ilə davam edib.