Şriftin ölçüsü :

Saytın rəngi :

28 May – Respublika Günü münasibətilə “Əbədi ezamiyyət” filmi nümayiş olunub

26 may 2026 | 14:24
28 May – Respublika Günü münasibətilə “Əbədi ezamiyyət” filmi nümayiş olunub.
26 may 2026-cı il tarixində Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Xocavənd Mərkəzi Rayon Xəstəxanası “Publik Hüquqi Şəxs”in iclas zalında 28 May – Respublika Günü münasibətilə “Əbədi ezamiyyət” filminin nümayişi keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları, xəstəxananın həkim və tibb personalı iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Şirinov 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın dövlətçilik tarixində mühüm mərhələ olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, milli dövlətçilik ənənələrinin formalaşmasına mühüm töhfələr verib. Çıxış zamanı vurğulanıb ki, bu gün Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin beynəlxalq nüfuzunun artması və dövlət müstəqilliyimizin möhkəmlənməsi ümummilli lider Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Tədbirdə çıxış edən Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Çingiz Quliyev Respublika Gününün xalqımız üçün böyük tarixi əhəmiyyət daşıdığını qeyd edərək bildirilib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə tədbirlərin gənclərin milli ruhda tərbiyəsi və dövlətçilik ənənələrinin təbliği baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Daha sonra “Əbədi ezamiyyət” filmi nümayiş etdirilib. Film iştirakçılar tərəfindən maraqla izlənilib və yüksək qiymətləndirilib. Filmdə vətən sevgisi, milli birlik, qəhrəmanlıq və dövlətə sədaqət kimi ali dəyərlərin əks olunması iştirakçılar üzərində dərin təəssürat yaradıb.
Keçidlər