28 oktyabr 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tərəfindən vətəndaş qəbulu keçirilib
28 oktyabr 2025 | 17:03
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinin hər birinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tərəfindən növbəti dəfə vətəndaş qəbulu keçirilib.
28 oktyabr 2025-ci il tarixdə keçirilən qəbulda Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, başçının müavinləri, aparatın şöbə müdirləri də iştirak edib.
Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində nəzarətə götürülmüş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tövsiyələr verilmişdir.
Ümumilikdə 13 nəfər rayon sakininin müraciəti dinlənilib. Müraciətlərin əksəriyyəti işğaldan azad edilmiş Xocavənd rayonuna köçlə bağlı olmuşdur.






