Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov növbəti səyyari qəbulunu Mingəçevir şəhərində məskunlaşan Xocavənd rayon sakinləri ilə keçirib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov növbəti səyyari qəbulunu 09 mart 2016-cı il tarixdə Mingəçevir şəhərində məskunlaşan Xocavənd rayon sakinləri ilə keçirib. Əhalini düşündürən problemlərin yerindəcə araşdırılması və həlli ilə bağlı operativ tədbirlərin görülməsi məqsədi ilə keçirilən görüşdə çıxış edən sakinlər ölkə başçısının həyata keçirdiyi islahatlar kursunu dəstəklədiklərini və müdafiə etdiklərini bildirdilər. Çıxış edənlər mövcud olan bəzi problemlərin həlli ilə bağlı təkliflərini, həmçinin evlə təmin olunma, yemək xərci müvinəti almağa köməklik, məcburi köçkünlük vəsiqəsi almaq üçün arayışın verilməsi, evinin dam örtüyünün təmiri və maddi yardım verilməsi ilə bağlı məsələlər qaldırdılar.Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov verilən təklifləri və fərdi müraciətləri dinləyərək, onların həlli ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi. O, həmçinin Ümummilli lider Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması, bütün sahələrdə müsbət göstəricilərə imza atmasından danışdı. Dövlət başçısının "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır" prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafının iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrildiyini bildirdi. Eyvaz Hüseynov onu da qeyd etdi ki, 2015-ci il dünyada böhran ili kimi tarixə düşsə də, Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub. Bütün sahələrdə dinamik inkişaf davam edib. Dünyada baş verən iqtisadi böhrana baxmayaraq, əhalinin həyat şəraitinin yaxşılaşmasında mühüm əhəmiyyəti olan heç bir sosial layihənin icrası dayanmayıb, əksinə daha da sürətlənib. Neftin qiymətinin dünya bazarında bir neçə dəfə ucuzlaşmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatında yenə də artım əldə olunub. O qədər də asan olmayan geosiyasi vəziyyəti və qlobal iqtisadi böhranı nəzərə alsaq, əlbəttə ki, bunlar ölkəmizin böyük uğurudur. Başçı həmçinin bildirib ki, bu il maaşlar, pensiyalar, sosial müavinətlər artırılıb. Bu da onu göstərir ki, Azərbaycan dövləti əhalinin sosial müdafiəsini həmişə öz daxili siyasətinin prioritet istiqaməti kimi görür və əhalinin sosial müdafiəsi həmişə diqqət mərkəzində qalacaq.