Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavəndli şahmatçılar Xocavəndi layiqincə təmsil etdilər.

15 mart 2016 | 16:00

11 mart 2016-cı il tarixdə Yasamal rayonu ərazisində yerləşən Şuşa şəhər 1saylı tam orta məktəbində Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi tərəfindən Novruz bayramı münasibətilə Şuşa, Xocalı, Xocavənd rayonları və Xankəndi şəhəri üzrə ümumtəhsil məktəbləri arasında şahmat turniri keçirilmişdir. II - VI sinif və VII - IX sinif şagirdləri arasında olimpiya sistemi üzrə keçirilmiş yarışların hər birində 12 nəfər məktəbli iştirak etmişdir.Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının millət vəkili Flora Qasımova, Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri Ümidvar Məmmədov, Xocavənd rayon Şahmat məktəbinin direktoru Qoşqar Əliyev iştirak etmişdir. Yarışda iştirak edən Xocavəndli şahmatçılar yüksək peşəkarlıq göstərərək hər 2 yaş qrupu üzrə I və III yerin sahibi olmuşlar.  II - VI sinif şagirdləri arasında  I yerə  Tahirov Abbas, III yerə Tahirova Fidan, VII - IX sinif şagirdləri arasında I yerə Nəzərov Səyyad, III yerə Quliyev Elnur  layiq görüldü.  Qaliblər müvafiq dərəcəli diplomlar, medallar, xatirə hədiyyələri və pul mükafatları ilə təltif olunmuşlar.

Keçidlər