“Ölkəmizi tanıyaq” layihəsinin birinci mərhələsi başa çatdı.
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün müddətində Lənkəran-Astara-Lerik marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən xocavəndli şagirdlər martın 19-da axşamüstü rayona qayıtdılar.Tur-aksiyanın iştirakçılarını rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər qarşıladılar. Məktəblilər bildirdilər ki, martın 16-dan 19-dək tur-aksiya çərçivəsində cənub bölgəsinin qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları ilə yaxından tanış olublar. Şagirdlər bu tur çəriçivəsində bölgələrdə çox isti qarşılandıqlarını və həqiqətən də Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını qeyd etdilər.