“Ölkəmizi tanıyaq” layihəsinin ikinci mərhələsi başa çatdı.
Cənab Prezident İlham Əliyevin tapşırığı ilə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyasının ikinci mərhələsi başa çatdı. Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçıları olan xocavəndli məktəblilər 27 mart 2016-cı il tarixdə xoş təəssürüat və böyük ruh yüksəkliyi ilə rayona qayıdıblar. Şagirdləri dörd gün ərzində şimal bölgəsinə səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələr, muzeylər, turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələrlə yaxından tanış olublar. Tur-aksiya məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfə olub.