31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Salakətin kənd tam orta məktəbində dəyirmi masa keçirildi.
30 mart 2016-cı il tarixdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Salakətin kənd tam orta məktəbində dəyirmi masa keçirildi.Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Rayon İcra Hakimiyyətinin başçısının müavini Əfsanə Quliyeva çıxış edərək 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən, kütləvi qırğınlardan danışdı və bu soyqırımın Azərbaycan xalqının tarixində baş vermiş ən faciəli və qanlı hadisələrdən biri olduğunu bildirdi. Natiq soyqırıma hüquqi-siyasi qiymətin verilməsində Ümumilli lider Heydər Əliyevin müstəsna rolu olduğunu, Ulu öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini qeyd etdi.Tədbir məktəbin tarix müəllimləri və yuxarı sinif şagirdlərinin hazırladıqları tarixi faktlara əsaslanan məruzə və çıxışlarla davam etdi.