Şriftin ölçüsü :

Saytın rəngi :

29 noyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində “Rayonda ideoloji işin təşkili və informasiya müharibəsində gənclərin rolu”na həsr olunmuş toplantı keçirilmişdir.

29 noyabr 2023 | 10:48
   “Rayonda ideoloji işin təşkili və informasiya müharibəsində gənclərin rolu”na həsr olunmuş toplantı keçirilmişdir.
  29 noyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində “Rayonda ideoloji işin təşkili və informasiya müharibəsində gənclərin rolu”na həsr olunmuş toplantı keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Rayon İcra Hakimiyyətinin, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə və təşkilatların rəhbərləri, gənclər və ziyalılar iştirak ediblər.Tədbiri açıq elan edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, bu gün müasir dünya bizdən daha operativ və novator yanaşma tələb edir. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi, demokratiyanın bərqərar olduğu, ərazilərimizin işğaldan azad olunduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən dərk edilməsi həyati zərurətə çevrilib. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkən başçı təbliğat işində Ulu Öndərin irsinin, Cənab Prezidentin siyasətinin, Müzəffər Ali Baş Komandan-xalq-ordu birliyinin, Vətən Müharibəsi Zəfəri, Azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik mövzularına geniş yer verilməli olduğunu bildirdi. Başçı təbliğat işlərində gənclərin yaxından iştirakının vacibliyindən danışaraq qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə Azərbaycan gəncləri müstəsna rol oynayıblar. Gəncləri Azərbaycan həqiqətləri, tarixi, bu günü, mədəniyyəti, milli-mənəvi dəyərləri, ölkəmizin inkişafı, həyata keçirilən tədbirlərlə bağlı sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırdı. Xocavənd gənclərinin hər zaman öndə olduğunu qeyd edən başçı çıxışında gənclərimizin informasiya müharibəsində bundan sonra da əzmlə çalışacaqlarına əminliyini ifadə etdi.
  Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva cari ildə rayonda aparılan ideoloji maarifləndirmə işləri barədə hesabatını təqdim edib. Ə.Quliyevanın çıxışı statistik rəqəmlərin əks olunduğu təqdimatla müşayiət olunub. Başçının müavini diqqətə çatdırıb ki, ötən illərdə olduğu kimi cari ildə də rayonda ideoloji işin təşkili sahəsində müəyyən nailiyyətlər əldə olunsa da, bəzi nöqsanlar da mövcuddur. Ə.Quliyeva iştirakçıları bir daha ideloji maarifləndirmə işlərinə diqqəti artırmağa, eyni zamanda bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına səsləmişdir.
  YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov rayonda aparılan ideoloji maarifləndirmə işlərindən danışaraq bildirib ki, Xocavənd rayonu ideoloji maarifləndirmə işlərinin təşkilində daim Respublikada ön sıralarda qərarlaşıb və bu gün də öz yerini qorumaqdadır. Vüsal Hüseynov bildirib ki, bütün nailiyyətlərin əldə olunmasında bilavasitə rayon rəhbərliyinin, eləcə də bu sahədə yorulmadan çalışan gənclərin əməyi dayanır.
  Sonda Rayon İcra Hakimiyyəti tərəfindən ideoloji işin təşkili sahəsində fərqlənmiş fəallara "Təşəkkürnamə" və Rayon İcra Hakimiyyətinin könüllülərinə sertifikatlar təqdim olundu.
Keçidlər