Türkiyəli müğənni Əhmət Şəfəq və azərbaycanlı sənətçi Şəmistan Əlizamanlı Xocavənd qəsəbəsinə rayon məcburi köçkünləri ilə görşə gəlmişlər
19 oktyabr 2012 – ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən " Tərəqqi" medalı ilə təltif olunmuş türkiyəli müğənni Əhmət Şəfəq və azərbaycanlı sənətçi Şəmistan Əlizamanlı Xocavənd qəsəbəsinə rayon məcburi köçkünləri ilə görşə gəlmişlər. Görüş zamanı sənətçilər qəsəbədə məskunlaşmış bir neçə şəhid ailəsinə baş çəkmişlər onların vəziyyəti ilə tanış olmuşlar və onların dərdlərini bölüşmüşlər. Sonra sənətçilərlə Rayon mədəniyyət evində, rayon ictimaiyəti nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir. Tədbirdə, türkiyəli müğənni Əhməd Şəfəqin vətənpərvərlik mövzusunda yazdığı bir sıra mahnılara Xocavəndli gənclər tərəfindən hazırlanmış videoroliklər nümüyiş etdirilmişdir. Görüşdə çıxış edən türkiyəli müğənni Azərbaycan xalqına eləcədə Qarbağ bölgəsinə olan dərin ehtiramından danışdı. Sonra müğənni iştirakçılar qarşısında canlı olaraq öz Qarabağ nəğməsini səsləndirdi. Tədbirdə həmçinin sənətçi Şəmistan Əlizamnlı da öz sevimli nəğmələri ilə iştirakçılar qarşısında çıxış etmişdir. Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin Başısı Cənab Eyvaz Hüseynov çıxış edərək, xocavəndlilər adından hər iki sənətçiyə öz dərin minətdarlığını bildirmiş və türkiyəli qonağa xatirə hədiyyəsini təqdim etmişdir.