Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon ictimaiyyətinin nümayəndələri hərbi Qospitalda olmuşlar.

06 aprel 2016 | 16:00

05 aprel 2016-cı il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri  hərbi Qospitalda olmuş, Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralanmış əsgərlərimizi ziyarət etmiş, onlarla söhbət etmişdir.  Əsgərlərimizlə söhbət zamanı Rayon İcra Hakimiyyətinin başçısı bildirmişdir ki, “hazırda bütün yaralı əsgərlərimiz həkimlərin  yüksək diqqət, qayğılarının  əhatəsindədirlər və onlar tezliklə öz sağlamlıqlarına qovuşacaqlar. Bu gün bütün xalqımız  Sizinlə fəxr edir, Sizin qəhrəmanlığınızla qürur duyur.  Siz Azərbaycan tarixinin yeni- şanlı tarixini yaradanlar,  gələcək zəfərlərimizin ilkinə imza atanlarsınız. Buna görə bütün Azərbaycan xalqı Sizə minnətdardır.”  İgid əsgərlərimizlə olan görüş çox səmimi və şən əhval ruhiyyədə davam etmişdir.Qeyd etmək lazımdır ki, əsgərlərimizin əhval ruhiyyələri çox yüksəkdir və onların hər bir tezliklə sağalıb ordu sıralarına qayıtmaq istəyirlər.

Keçidlər