Xocavənd rayonunda tibbi müayinə davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının 09 fevral 2015-ci il tarixli 12 saylı Sərəncamı ilə işçi qrupu və 12 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər olmaqla 2 briqada yaradılmış, rayonda müayinənin mütəşəkkil qaydada təşkili, bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyati şəxslərə müvafiq tapşırıqlar verilmişdir. Mərkəzi Xəstəxana tibbi ləvazimat və yardımçı vasitələrlə təmin edilərək müayinəyə tam hazır vəziyyətə gətirilmiş, əhalinin məskunlaşdığı ərazilər və kollektivlər nəzərə alınmaqla xüsusi qrafik tərtib olunmuşdur.
07 aprel tarixinə 5274 nəfər pulsuz tibbi müayinədən yararlanmışdır. Tibbi müayinədən keçənlərin 36 nəfəri ambulator müalicəyə, 10 nəfər stasionar müalicəyə cəlb olunmuş, 4 xəstə isə Bakı şəhər və digər ətraf rayon xəstəxanalarına müayinə və müalicə üçün göndərilmişdir. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr xəstəxana tərəfindən lazımi dərman preparatları ilə təmin olunmuşdular. Hazırda əhalinin icbari dispanserizasiyası yüksək səviyyədə davam etdirilir.