Şriftin ölçüsü :

Saytın rəngi :

“2016-cı ilin I rübü ərzində Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr ” barədə hesabat yığıncağı keçirilmişdir.

12 aprel 2016 | 16:00

“2016-cı ilin I rübü ərzində Xocavənd  rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr ” barədə Rayon İcra Hakimiyyəti başçısının

 

                                       H E S A B A T I

XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, dövlətin beynəlxalq nüfuzunun sürətlə artması Ulu öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əiyevin milli dövlətçilik kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli və məqsədyönlü siyasətin uğurları sayəsində hesabat dövründə də Azərbaycan iqtisadiyyatı qlobal böhranda yüksək dayanıqlıq nümayiş etdirərək iqtisadi artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti iqtisadi sabitliyin qorunmasına müvafiq imkanlar yaratmışdır. Ötən il bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazasının  yaradılması istiqamətində islahatlar davam etdirilmiş, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, özəl bölmənin fəaliyyəti üçün daha əlverişli imkan yaradılmış, bazar institutlarının formalaşması ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Milli inkişaf siyasətinin uğurla davam etdirilməsinin nəticəsi kimi, qətiyyətlə və uğurla həyata keçirilən davamlı, düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı ötən il ərzində də öz dinamik inkişafını təmin etməklə bərabər siyasi-iqtisadi sabitlik qorunub saxlanmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların daha da inkişafı sürətlənmiş, iqtisadi artımın davamlılığı təmin edilmiş, milli mənafelərə və sosial rifaha xidmət edən özünəməxsus milli iqtisadi inkişaf modeli ilə bir sıra mühüm uğurlara imza ataraq Cənubi Qafqazda lider ölkə statusunu qorumuşdır.

2016-cı iin I rübü ərzində qeyri-neft sektorunun ümumi daxil məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar Prezident cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Bu gün dünyada baş verən proseslərə nəzər saldıqda aydın görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, aparılan düzgün islahatlar nəticəsində  dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan bütövlükdə Avroatlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin aparıcı qüvvəsinə çevrilir. Bu siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatların və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Möhtərəm dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının xarici təsirlərə və qeyd olunan risklərə dayanıqlılığını şərtləndirən başlıca amillərdir.

Hesabat dövründə dünya məkanında təzahür edən gərginliklərin daha da şiddətlənməsi, uzun illərdən bəri öz həllini gözləyən münaqişələr sırasına yeni təhlükə ocaqlarının əlavə olunması, siyasi qarşıdurmaların ölkə və cəmiyyətlərin normal inkişaf ahəngini pozaraq ağır iqtisadi, maliyyə böhranına rəvac verməsi kimi xoş olmayan nəticələrlə tarixə qovuşdu. Dünya maliyyə bazarlarındakı çətinliklər önündə ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirərək davamlı inkişaf etməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur.

Azərbaycan xalqının ümüummilli  lideri Heydər Əliyevin milli dövlətçilik kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqəsdyönlü siyasətin uğurları sayəsində Azərbaycan iqdisadiyyatı qlobal böhranda yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətinin itirməmiş, iqtisadi artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində geçəkləşdirilən antiböhran siyasəti iqtisadi sabitliyin qorunmasına müvafiq imkanlar yaratmışdır. Dövlət başçısının fəaliyyətinin başlıca şərti ölkəmizin tərəqqisinə və əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılmasına nail olmaq, ölkənin strateji inkişaf modelinin mühüm bir elementi olan regionların sosial-iqtisadi inkişafını təmin edən “Dövlət Proqram”larının həyata keçirilməsini təmin etməkdir. Bu, cənab Prezidentin regionlara son dərəcə böyük diqqətinin göstəricisi olmaqla yanaşı, həm də bölgələrdə sosial-iqtisadi infrastrukturun inkişafına, əhalinin məşğulluğunun artırılmasına, bölgələrdə tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasına xidmət etmişdir. Qloballaşan dünyanın tələblərinə uyğun, yeni məzmun və keyfiyyətdə düzgün siyasi–iqtisadi istiqamətin uğurla davam etdirilməsi sayəsində sosial məsələlərin həllinə diqqət artırılmış, xalqımızın rifah halının yaxşılaşdırılması üçün daha təsirli addımlar atılmaqla bərabər infrastruktur layihələr vaxtlı-vaxtında icra olunmuş, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük layihələr həyata keçirilmişdir. Ötən dövr ərzində müəyyən edilmiş siyasətə uyğun olaraq mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirilərək sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmış, əhalinin sosial rifah halının  daha da yaxşılaşması üçün zəruri tədbirlər görülmüşdür.

Bu gün qlobal məkanda təzahür edən gərginliklərin daha da şiddətlənməsi, uzun illərdən bəri həllini gözləyən münaqişələr sırasına yeni təhlükə ocaqlarının əlavə olunması, siyasi qarşıdurmaların ölkə və  cəmiyyətlərin normal inkişaf ahəngini pozaraq ağır iqtisadi, maliyyə böhranına rəvac verməsi kimi xoş olmayan nəticələrlə tarixə qovuşdu. Rusiya və Qərb arasındakı gərginliklər,Yaxın Şərqdə davam edən müharibələr bu konfliktlərin təsir dairəsinə daxil olan bütün ölkələrin gələcək inkişaf kursuna müəyyən təhdidlər doğurur. Müasir dünyada baş verən bütün bu proseslərdə, həmişə olduğu kimi enerji amilinin yenə əhəmiyyətli rolu vardır. Amma maraqlı burasındadır ki, qlobal arenada oyun qaydalarının xeyli dərəcədə dəyişməsi enerji məsələlərinin bu proseslərə təsir formalarını da yeniləşdirib. Məzənnəsi təbii iqtisadi qanunauyğunluqlardan daha çox sırf siyasi maraqlarla süni şəkildə müəyyənləşdirilən neftin qiymətindəki məqsədli tərəddüdlər bu gün iqtisadiyyatında enerji amili xüsusi rol oynayan dövlətə ciddi təzyiq vasitəsinə çevrilmişdir. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi hər nə qədər iqtisadi səbəblərlə əsaslandırılsa da, başlıca səbəbləri böyük güclər arasındakı siyasi ziddiyyətlərdən qaynaqlandığı əsla şübhə doğurmur. Bütün bunların milli iqtisadiyyatında neft həlledici rol oynayan, Azərbaycan kimi ölkəlrin sosial-iqtisadi həyatına mənfi təsirləri isə bu proseslərin ən çox təəssüf doğuran məqamıdır. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması, heç şübhəsiz ki, ölkəmizin inkişaf dinamikasında da özünü göstərir. Bu təsir xarici valyutalar qarşısında  Azərbaycan manatının düşməsi ilə nəticələnsə də, dayanıqlı inkişaf modeli mürəkkəb qlobal situasiyada da ölkəmizin müxtəlif sahələr üzrə inkişafını, enerji dövləti kimi öz həlledici mövqeyini qoruyub saxlamasını təmin etmişdir. Nəzərə alınmalıdır ki, manatın məzənnəsinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının idarə olunmasında hər hansı problemlə bağlı deyil, dünyada gedən proseslərin ölkəyə mənfi təsiri ilə əlaqədardır. Amma cənab Prezidentin də qeyd etdiyi kimi, hakimiyyət neftin ucuzlaşması ilə bağlı yaranmış durumu Azərbaycan iqtisadiyyatı üçün bir sınaq kimi dəyərləndirir. Əlbəttə, burada mühüm amil kimi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi nəzərə alınmalıdır. Vaxtilə belə qərar qəbul olunmasaydı, enerji resurslarından əldə olunan gəlirlərin bir qismi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilməsəydi vəziyyət həqiqətən də acınacaqlı ola bilərdi. Bu, Azərbaycan Prezidentinin uzaqgörənliyini, dünyada gedən prosesləri düzgün qiymətləndirdiyini və ölkəni, cəmiyyətimizi qlobal təhdidlərdən etibarlı şəkildə qorumaq üçün vaxtında lazımi tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir.

Keçən dövr ərzində həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş ölkə kimi tanınan Azərbaycanın nüfuzu daha da artmışdır. Cənab Prezident tərəfindən aparılan uğurlu, məqsədyönlü siyasət əvvəlki kimi ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, enerji, eləcə də qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına imkan verməklə yanaşı, əhalinin etibarlı sosial müdafiəsinin təminatına, maddi rifah halının nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə gətirib çıxarmışdır. Əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün mümkün zəruri tədbirlər gerçəkləşdirilmiş, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Eyni zamanda ölkə həyatının bütün sahələrində olduğu kimi, qeyd olunan sferada da özünü göstərən sürətli islahatlar əhalinin etibarlı sosial müdafiə sisteminin inkişafına geniş imkanlar yaratmış, əldə olunmuş nailiyyətlərin miqyası əhəmiyyətli dərəcədə genişlənmişdir.

Ötən illərdə olduğu kimi, 2016-cı ilin birinci rübü ərzində iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, kənd təsərrüfatı sahəsinin modernləşdirilməsi davam etdirilmiş, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin sosial-rifah halının yüksəlməsi təmin edilmişdir. Bu davamlı inkişaf, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla,uğurla davam etdirilməsi, qətiyyətli və gərgin əməyi  sayəsində mümkün olmuşdur. Dövlət başçısının həyata keçirdiyi sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, paralel olaraq sosial müdafiə məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılması, onların həyat səviyyəsinin yüksəldilməsi kimi mühüm addımlardan ibarətdir. Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi iqtisadiyyatın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycan  enerji təminatı sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmiş, neft-qaz layihələri və neft-qaz kəmərlərinin çəkilməsi nəticəsində bu gün ölkəmiz dünya miqyasında çox önəmli karbohidrogen ehtiyatları hasil və ixrac edən ölkə statusu qazanmışdır. Ötən dövr ərzində Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşmüşdür. Bu uğurların əsasında isə cənab Prezident İlham Əliyevin Ulu Öndərin strateji kursunu uğurla davam etdirməsi dayanır və həyata keçirilən siyasət özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları birləşdirir. Məhz bu müdrik siyasətin nəticəsində dünyada davam edən və bir çox ölkələrdə siyasi, iqtisadi, sosial problemlərlə müşayiət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan dövlətinin operativ antiböhran tədbirləri sayəsində ölkəmiz qlobal maliyyə böhranına qarşı yüksək dayanıqlılıq nümayiş etdirmiş, sabit tendensiyalarla müşayiət edilən dinamik inkişafımız davam etmiş, makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın rəqabət qabiliyyəti artmış, nəzərdə tutulmuş bütün sosial proqramlar yerinə yetirilmişdir. Məhz bunun qanunauyğun nəticəsidir ki, ölkəmizdə hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.    Hesabat dövründə ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilmiş, əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmiş, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənmiş, milli təhlükəsizlik və sabitlik təmin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunaraq itkilər minimuma endirilmiş, ölkəmiz öz uğurlu inkişafını davam etdirmışdır. Müasir gərgin şəraitdə təbii ki, hər bir ölkənin ilk növbədə daxili resurslara arxalanması, öz təhlükəsizliyini daha da möhkəmləndirməsi əsas problem kimi aydın görünür. Dünyada yaşanan maliyyə və iqtisadi böhran iqtisadi modeldə müəyyən düzəlişlərin aparılmasını mühüm tələb kimi qarşıya qoyur. Azərbaycan da bu yolla gedir və düşünülmüş siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil siyasət yürüdür. Ölkədəki sosial-iqtisadi inkişaf və dünya bazarında müvəffəqiyyətlə təmsil olunmağı beynəlxalq birliyin daim nəzərindədir və ölkənin beynəlxlaq iqtisadiyyatda və siyasətdə əhəmiyyəti durmadan artır. Ötən dövr ərzində sosial-iqtisadi inkişaf tempi baxımından beynəlxalq miqyasda nümunəvi ölkələrdən biri olmaq kimi möhtəşəm nailiyyətlərə imza atmağı bacarmış Azərbaycanı xarakterizə edən mühüm cəhətlərdən biri məhz ölkəmizdə yüksək səmərəli sosialyönümlü siyasətin həyata keçirilməsidir. Qloballaşma dövründə əhalinin sosial rifah halının yaxşılaşdırılması inkişafın əsas əlaməti hesab olunur. Sosial rifahın davamlı yüksəlişinin təmin edilməsində isə cəmiyyətin mövcud əmək potensialı və resurslarının səmərəli şəkildə reallaşması, buna hesablanmış məqsədyönlü siyasətin həyata keçirilməsi, əldə olunan gəlirlərin ədalətlilik prinsipi əsasında bölüşdürülməsi kimi faktorlar mühüm rol oynayır. Bu gün öz iqtisadi inkişafında sosialyönümlülük prinsipini əsas götürən dövlət olaraq, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qeyd olunan istiqamət üzrə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda, ölkə və cəmiyyət reallıqlarını nəzərə alan mükəmməl siyasət həyata keçirilir. Bu siyasət bazar iqtisadiyyatı şəraitində sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi mühüm prinsipləri özündə ehtiva edir. Ötən dövrdə dünyada sabitlik və təhlükəsizlik məsələlərinin mühüm önəm daşıdığı məqamda regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifah halının yaxşılaşdırmasını nisbətən  çətinləşdirir. Dünyanın bu və ya digər bölgəsində yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi böhranlardan insanların əziyyət çəkdikləri bir dövrdə, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının, insan amiliin dayandığı müharibə şəraitində olan dövlətimiz dünya ölkələrinə nümunə göstərilə bilər.2016-cı il aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2016-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi, hesabat dövründə düşünülmüş siyasət və iqtisadi sahədə aparılan islahatlar sayəsində qarşıda duran sosial və iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuz və gücünün sürətlə artması müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Ötən ilin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkəmizin gəlirlərinə mənfi təsir göstərməsinə baxmayaraq hesabat dövründə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sənayesi 5 faizdən çox artmışdır. Ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyillərinin, enerji bazarında ötən il başlamış və bu gün də davam edən qiymətlərin kəskin enməsinin mənfi təsirinin qarşısının alınmasında cənab Prezidentin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malik olmuşdur. Azərbaycan bu gün Xəzər-Aralıq dənizləri məkanında qlobal layihələrin təşəbbüskarı, iştirakçısı və əsas icraçısı olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsinə çevrilmişdir ki, bu da ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradır. İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında cənab Prezident tərəfindən yanvar ayında imzalanan Fərman əsasında Azərbaycana qoyulacaq sərmayələrin həcmi əsaslı dərəcədə artacaq. Həyata keçirilən siyasətin əsas istiqamətlərini müəssisələrin yenidənqurulması məqsədilə müasir texnoloji avadanlıqların Azərbaycana gətirilməsi və bunun üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi, daxili investisiyalarla yanaşı, birbaşa xarici investisiyaların ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi kimi məsələlər təşkil edir. Azərbaycan investorlar üçün cəlbedici ölkə kimi yüksək imicini bu gün də qoruyub saxlayır. Xarici investorlar əsasən neft sektoruna üstünlük versələr də, ölkə üçün indi iqtisadiyyatın qeyri-neft sektoruna daha böyük həcmdə investisiyaların cəlb edilməsi, bunun hesabına əlavə müəssisələrin və iş yerlərinin yaradılması, ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın aradan qaldırılması xüsusi əhəmiyyət kəsb edir. İqtisadi sahədə yerli sahibkarların Azərbaycan iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatı, sənaye və xidmət sektoruna daha çox investisiya yatırmasının stimullaşdırılması, əlavə istehsal sahələrinin yaradılması diqqət mərkəzində saxlanılmışdır. İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində ciddi addımlar atılması, bu sektorun böyük potensialından səmərəli istifadə edilməsi zərurətini yaratmışdır. Bu mərhələni Prezident cənab İlham Əliyevin düşünülmüş siyasəti, iqtisadi islahatlaır sayəsində əldə etmək mümkün olmuşdur. Hazırda bu yüksək templəri növbəti illərdə də saxlamaq və iqtisadi inkişafı uzunmüddətli, dayanıqlı etmək üçün bütün addımlar atılır.Azərbaycan dövləti dünya ölkələrini cənginə alan maliyyə-iqtisadi böhranın yaratdığı çətinliklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirməklə makroiqtisadi sabitliyi qoruyub saxlamağı bacarmışdır. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasət ümumən insan amilinin inkişafına təkan verir. Hökumət azad iqtisadi münasibətlərə, rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də diqqətdən qaçırmır. Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə mənfi təsir etmişdir. Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra da görüləcək işlər, institusional islahatlar və səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, iqtisadi inkişaf tempi təmin ediləcəkdir. Eyni zamanda həyata keçirilən ardıcıl islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir. Sosialyönümlü büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və müasir texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Həmçinin turizm sektorunun inkişafı üçün sonsuz imkanlara malik Azərbaycanın son illərdə paytaxt və bölgələrdəki şəhərləri dünyanın ən müasir, dinc və sakit yaşayış məskənləri kimi turistləri cəlb edir. Müasir dünya turizminin təcrübəsindən ciddi faydalanmaq, yenilikləri tətbiq etmək, yerli və xarici sərmayənin cəlb edilməsi ölkənin digər məqbul zonalarında da turizmin inkişafına təkan verəcək və bu, Azərbaycana xeyli gəlir gətirəcəkdir. Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsində iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, baş verən böhrana baxmayaraq bütün sosial proqramlar icra edilmiş, sosial sahəyə ayrılan vəsaitlərin həcmi artırılmış, insanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Düzdür, ünvanlı dövlət sosial yardımı çox mühüm sosial təşəbbüsdür və bu icra edilir,ancaq bəzi hallarda bu, ələbaxımlıq meyillərini də gücləndirir. Ona görə də cənab Prezidentin qeyd etdiyi kimi, çox ciddi və düşünülmüş siyasət aparılmalıdır ki, insanlar işlə təmin olunsunlar.Əksər region ölkələrini iflic duruma salan maliyyə böhranının mənfi təzahürlərinin dəf edilməsi istiqamətində atılan çevik addımlar inkişafın Azərbaycan modelinin dayanıqlığını təsdiq edir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bununla yanaşı, ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir. Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir. Ölkə Prezidenti iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsini dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirib. Keçən ildə Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı bütün bölgələrin hərtərəfli və tarazlı inkişafı sahəsində başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Dünyada baş verən məlum kataklizmlərin fonunda Azərbaycan iqtisadiyyatının yüksək dayanıqlılıq nümayiş etdirməsi, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şaxələndirmə siyasəti və qeyri-neft sektorunun inkişafının təmin edilməsi ilə bağlıdır. Azərbaycanın dinamik inkişafını şərtləndirən ən mühüm amillərdən biri qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Elmi təməl üzərində qərar tutan sosialyönümlü inkişaf strategiyası insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər bir vətəndaşın maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən aparılan tarazlaşdırılmış siyasətin, regional və qlobal enerji layihələrinin gerçəkləşdirilməsi, inkişaf etmiş ölkələrlə bərabər səviyyəli əməkdaşlıq, iqtisadi inkişaf tempinin uğurla davam etdirilməsi Azərbaycan xalqının mənafeyinə xidmət göstərməklə bərabər daha firavan gələcəyini də təmin edir. Son illərdə Azərbaycan iqtisadiyyatının potensialının artmasında ölkəmizdə qeyri-neft sektorunun davamlı olaraq inkişaf etməsi mühüm rol oynayıb. Məlumdur ki, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələri “neftdən asılılıq sindromu” ilə üzləşərək ağır böhran vəziyyətinə düşmüşdür. Azərbaycan isə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, həmçinin, dövlət başçısının səyləri ilə vaxtında lazımi tədbirlər görülməsi, iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi sayəsində nəinki bu sindromdan yan keçməyə müvəffəq olub, eyni zamanda neft gəlirlərindən məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirilmişdir. Beləliklə, qeyri-neft sektorunun, o cümlədən də, özəl bölmənin inkişafına hərtərəfli qayğı göstərilməsi sayəsində bu sahədə istehsalın həcmi ilbəil artırılmışdır. Artıq dünyada cərəyan edən prosesləri qabaqlayan, neftin qiymətində müşahidə edilən tərəddüdləri aradan qaldırmağa yönəlik addımlar atan və bütün bunların kontekstində hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi ali məqsəd kimi qarşıya qoyan hökumət fəaliyyətini yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmayıb, zəruri olan bütün sahələrdə kompleks islahatlar aparır və müxtəlif istiqamətlərdə infrastruktur layihələrinin gerçəkləşdirilməsinə xüsusi diqqət yetirir. Təbii ki, düşünülmüş, uzaqgörən siyasət olmadan iqtisadi sahədə, eləcə də  güclü iqtisadi dayaqlar olmadan siyasi sahədə ciddi müvəffəqiyyətlər əldə etmək qeyri-mümkündür. Burada ümummilli lider Heydər Əliyevin hər zaman öz aktuallığını qoruyub saxlayan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” sözləri yada düşür. Ölkənin iqtisadi qüdrətinin artmasında və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında müxtəlif nəqliyyat növlərini əhatə edən beynəlxalq və regional layihələrin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Bu layihələr dünya bazarlarına çıxışa imkan yaratmaqla, həm də ümumi iqtisadi inkişafa ciddi dəstək verməkdədir.Ötən illər ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırmışdır. Bununla yanaşı, möhtərəm cənab Prezident tərəfindən aparılan sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin, habelə informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən kompleks işlər, nəqliyyat-tranzit potensialının reallaşdırılması qeyri-neft sektorunun sürətli inkişafına təkan vermiş, mürəkkəb regionda yerləşən ölkəmizin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin gücləndirilməsini, əhalinin rifahının davamlı olaraq yüksəlməsini təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Həmçinin sahibkarlığın inkişafı istiqamətində görülən əsas tədbirlər sırasında biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, onların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi kimi prioritet məsələlər mühüm yer tutmuşdur. Biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir. Daxili istehsalın stimullaşdırılması, korrupsiya, rüşvətxorluq və digər bu kimi hallara qarşı mübarizənin gücləndirilməsi, sahibkarların fəaliyyətinə hərtərəfli dəstək, həmçinin bəzi şəxslərin mövcud situasiyadan öz mənafeyi naminə sui-istifadə cəhdlərinin qarşısının alınması, müvafiq dövlət orqanlarının bu prosesi ciddi nəzarətə götürməsi kimi tədbirlər məqsədyönlü şəkildə davam etdirilmişdir. Ölkədə sənaye istehsalının gücləndirilməsi, texnoparkların, bütün regionlarda sənaye zonalarının yaradılması artıq zərurətə çevrilmişdir. Biznes mühitinin yaxşılaşdırılması, bu sahədə bürokratik əngəllərin aradan qaldırılması bütünlükdə sahibkarlığın inkişafına yeni təkan rolunu oynamalıdır. Bununla yanaşı, sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdiriləcək, iş adamlarına güzəştli kreditlərin verilməsi diqqət mərkəzində olacaqdır.Hesabat dövrü ərzində ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması ilə əlamətdar olmuşdur ki, bunun da nəicəsində kənd təsərrüfatının istehsalı 2,7 faiz artmışdır. Ötən dövrdə ölkənin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində  nəzərdə tutulan tədbirlər  uğurla həyata keçirilmiş, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramı çərçivəsində əhalinin su, qaz, elektrik enerjisi və istiliklə təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, abadlıq və quruculuq, yolların salınması işləri  davam etdirilmiş, sahibkarlığın inkişafının  və biznes mühitinin daha da yaxşılaşdırılması yönündə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılmışdır. Bu qərarlarla yeni çağırışlar fonunda aqrar sektorun inkişafının prioritet hədəflərinin müəyyən edilməsi, onun institusional strukturunun və idarəetmənin təkmilləşdirilməsi üçün konkret göstərişlərin verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaratmışdır. Bütün bunlar isə öz növbəsində, yaxın gələcəkdə aqrar sektorun yeni simasının formalaşdırılmasını təmin edəcəkdir. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair “Dövlət Proqramı”nın icrası, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam  etdirilmişdir. Keçən ildə də aqrar sektorda dövlət dəstəyi tədbirləri ardıcıl xarakter daşımış, istehsalçılara əlavə güzəştlər tətbiq edilmişdir. Kənd əməkçilərinə, fermerlərə və sahibkarlara kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan mineral gübrələrin satışı zamanı güzəştlərin tətbiq olunması dövlət tərəfindən göstərilən qayğının əyani təzahürüdür. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir komplekslərin, yeni təsərrüfatların, logistik mərkəzlərin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına səbəb olub. Son illərdə aqrar sektorda reallaşdırılan nəhəng tutumlu investisiya layihələri, həyata keçirilən geniş-miqyaslı islahatlar daha yeni məqsədlərə köklənməyə imkan verir. İqtisadiyyatın ixrac qabiliyyətinin artırılması, keyfiyyətli kənd təsərrüfatı məhsullarının ixracı sahəsində ənənəvi bazarlarda mövqeyin gücləndirilməsi, yeni bazarların müəyyənləşdirilməsi azalan neft gəlirlərinin bir qismini bərpa etməyə imkan verəcəkdir. Yeni bazarların axtarışı, Qazaxıstanda tikintisi başa çatmaq üzrə olan loqistik mərkəzin bu yaxınlarda istifadəyə verilməsi ölkənin kənd təsərrüfatı məhsullarının xaricə çıxışını asanlaşdıracaqdır.  Müasir Azərbaycanın dinamik inkişafı kontekstində müstəqilliyimizi gücləndirən mühüm amillərdən biri də həyata keçirilən uğurlu sosial siyasət kursudur. Möhtərəm cənab Prezident tərəfindən aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Ümumiyyətlə, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir. Beləliklə, ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir və bu, Azərbaycanın milli inkişafı kontekstində müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanda sosial siyasətin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir.Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur. Hesabat dövrü olan birinci rübdə 37 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimi iş yeridir, 13 min iş yeri isə bağlanmışdır. Onu da qeyd etmək lazımdır ki, yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş vermişdir.

Son illər dünyanın ən sabit və dinamik inkişaf etməkdə olan ölkələrindən birinə çevrilən Azərbaycan hazırda müstəqil siyasi-iqtisadi siyasət yeridir, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilmiş ölkəmiz regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir. Belə ki, dövlət başçısının həyata keçirdiyi uğurlu neft strategiyası sayəsində beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Təsadüfi deyil ki, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyir. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına imkan yaradır.Məqsədyönlü dövlət siyasətinin əsas tərkib hissələrindən biri kimi ölkəmizin yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı islahatlar nəticəsində respublikamızda ümumi daxili məhsul istehsalı əhəmiyyətli dərəcədə artmış, Azərbaycan nəinki özünün enerji təhlükəsizliyini təmin etmiş, eyni zamanda regionun və Avropanın enerji təhlükəsizliyinin təminatında əsas tərəfdaşlardan birinə çevrilmişdir. Ardıcıl tərəqqi yolunda olan milli iqtisadiyyatımızın digər sahələri kimi, yanacaq-energetika kompleksi də inkişaf edir, onun müasir tələblərə uyğun yenidən qurulması üçün aparılan genişmiqyaslı islahatlar öz bəhrəsini verir və bu sahə ölkəmizin sosial-iqtisadi həyatına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə, ümumilikdə ölkəmizin tərəqqisinə öz töhfələrini verir. Azərbaycan Respublikasının Prezidentinin məqsədyönlü, qətiyyətli siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində ötən dövr də ölkə həyatının bütün sahələrinin ahəngdar inkişafı ilə müşayiət olunmuşdur. Daxili siyasətin və ölkəmizin hərtərəfli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi və davamı olan xarici siyasət fəaliyyəti beynəlxalq hüququn norma və prinsipləri, qarşlıqlı faydalı əməkdaşlıq, daxili işlərə qarışmamaq və şəffaflıq prinsipləri əsasında yürüdülmüş, Azərbaycanın suveren, sabit və etibarlı tərəfdaş dövlət kimi mövqeyinin güclənməsinə  xidmət etmişdir. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edərək öz mövqeyini müdafiə etmiş və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini vermişdir. Xüsusilə, ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır. Ümumiyyətlə, əgər bizim təcrübəmiz dünyada daha da geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz,  o cümlədən islamofobiya hallarının qarşısı alına bilərdi.  Qürur hissi ilə qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyev Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirir. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi Milli Ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilmişdir. Ölkənin hərbi potensialı 2016-cı ilin birinci rübündə möhkəmlənmiş, erməni təxribatlarının qarşısı qətiyyətlə alınmış, strateji cəhətdən vacib yüksəkliklər ələ keçirilərək təmas xəttində Azərbaycan ordusu tam üstünlüyünü təmin etmiş və öz iradəsini diktə etmişdir. Ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan olan vətənpərvərlik ruhu da Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir. Başqa sözlə, müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və ümumiyyətlə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır ki, bu gün də Azərbaycan cəmiyyətində qeyd olunan əhval-ruhiyyə mövcuddur. Şübhəsiz ki, ərazi bütövlüyünün bərpası yönündə fəaliyyət təkcə ordunun gücləndirilməsi isə məhdudlaşmır. Azərbaycan həm də bu illər ərzində özünün həm sosial-iqtisadi, həm də hərbi qüdrətini dəfələrlə artıraraq düşmən üzərində hərtərəfli üstünlüyə nail olub. Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr fərqi, regionda gedən proseslər onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək və heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Xalqımızın daim bu inamla yaşaması, vətənpərvər gənc nəslin yetişməsi və mövcud xalq-iqtidar birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasını daha da sürətləndirir. Son zamanlar regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Beynəlxalq aləmdə dövlətlərarası əməkdaşlığın böhran dövrü keçirməsinə baxmayaraq, Azərbaycan dövləti belə bir mürəkkəb tarixi şəraitdə də həmişə olduğu kimi, milli maraqlardan irəli gələn xarici siyasət yürüdür. Möhtərəm dövlət başçısı xarici səfərlər zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığı irəli aparmaq üçün ardıcıl səylər göstərmiş, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əlaqələrin dərinləşdirilməsi naminə təşəbbüslər irəli sürmüş, həmçinin regional və beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsində və həllində yaxından iştirak etmişdir. Eyni zamanda, Prezident İlham Əliyevin dünya liderləri ilə apardığı danışıqlarda Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır nəticələrini daim diqqətə çatdırmış, münaqişənin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinin vacibliyini vurğulamışdır. Digər tərəfdən, xarici ölkələrin dövlət və hökumət başçılarının ölkəmizə səfərləri zamanı ikitərəfli əlaqələrin geniş spektri müzakirə edilmiş, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının yürütdüyü xarici siyasətin aparıcı istiqamətlərindən biri qonşu ölkələrlə müxtəlif sahələrdə əlaqələrin intensivləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir.Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Son zamanlar istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Cənubi Qafqaz regionunun lider ölkəsi, müasir beynəlxalq münasibətlərin güclü və nüfuzlu faktoru olan Azərbaycan özünün səmərəli xarici siyasət kursu ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. İkitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa xüsusi önəm verən ölkəmiz, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edir.Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Təəssüf ki, keçən dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş müşahidə olunmamışdır. Bunun da başlıca səbəbləri bir tərəfdən Ermənistanın destruktiv mövqeyi, mövcud status-kvonu qoruyub saxlamaq cəhdləri ilə bağlıdırsa, digər tərəfdən də bilavasitə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin qətiyyətsiz mövqeyi ilə əlaqəlidir. Sirr deyil ki, hazırda beynəlxalq birlik, aparıcı dövlətlər dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar münaqişələrə tam fərqli mövqe nümayiş etdirir ki, bu da hazırkı dövrdə dünya siyasətində ikili standartların bariz nümunəsi kimi xarakterizə oluna bilər. Onu da qeyd edək ki, bu gün ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlər həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və vaxtilə həmin qurumun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə səs veriblər. Hazırda həmin qətnamələrin icrası ilə bağlı heç bir təsirli tədbirin görülməməsi elə həmin dövlətlərin vaxtilə səs verdikləri qətnamələrə qarşı hörmətsizliyi kimi xarakterizə oluna bilər. Bəllidir ki, Azərbaycan diplomatik səylərini gücləndirdiyi və lazımı addımları atdığı halda, Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışı, danışıqlar prosesində imitasiya taktikasını seçməsi səbəbindən münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Respublikanın sosial-iqtisadi və mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, milli-mənəvi dəyərlərin qiymətləndirilməsi, insan kapitalının qorunub inkişaf etdirilməsi, hüquq və azadlıqlarının, milli həmrəyliyin təmin edilməsi, ən başlıcası vətəndaş cəmiyyətinin qurulması naminə dövlət tərəfindən görülən işlər ölkəmizin tərəqqisini və xalqımızın rifahını yüksəldir.  Məlum olduğu kimi Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoymuşdur. Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu və onun prezidenti, hörmətli Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsil, mədəniyyət sahələri üzrə layihələr reallaşdırılmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə də daim diqqətlə yanaşır. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. 2016-cı ilin birinci rübü ərzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş, həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi öz aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Qəbul edilmiş “Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunun inzibati ərazisinə daxil olan strateji əhəmiyyətli “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi ilə əlaqədar layihə smeta sənədləri hazırlanmış və hələlik maliyyə vəsaiti ayrılmaması səbəbindən  yolun  çəkilişi müvəqqəti olaraq dayandırılmışdır. 

“2015-ci ildə Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə” 11 fevral 2016-cı il tarixdə keçirilmiş hesabat yığıncağında qeyd olunan nöqsan  və təkliflərlə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq Yeni Xocavənd qəsəbəsinin daxili yolları qum-çınqıl örtüyü ilə təmir edilmiş, Xocavənd qəsəbəsinin abadlaşdırılması və İdman zalının tikintisi davam etdirilir. 2016-cı ilin birinci rübü ərzində idarə, müəssisə və təşkilatlar tərəfindən rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmiş, rayon üzrə 350 ədəd həmişə yaşıl ağac əkilmiş və bu işlər  də davam etdiriləcəkdir.

       Hesabat rübündə Rayon Məşğulluq Mərkəzinə 90 nəfər (20 nəfəri  qadın) işaxtaran vətəndaş müraciət etmişdir ki, həmin vətəndaşlardan 46 nəfəri işlə təmin olunmuşdur (onlardan 5 nəfəri əvvəlki illərdə mərkəzdə qeydiyyatda olanlardır). Mərkəzə müraciət etmiş işaxtaran vətəndaşların işlə təmin olunması mümkün olmadığı üçün 5 nəfərə işsizlik statusu verilərək qanuna müvafiq qaydada müavinət təyin edilmişdir. 01.04.2016-cı il tarixə idarə, müəssisə və təşkilatlar tərəfindən verilən boş iş yerləri haqqında verilən hesabat formasına əsasən rayon üzrə 51 vakant boş iş yerləri mövcuddur.  Məcburi köçkün əhalinin məşğulluğunun təmin edilməsi və maddi-rifah halının yüksəldilməsi məqsədi ilə 2016-cı ilin birinci rübü ərzində  26 yeni iş yeri açılmışdır. Ümumilikdə isə son on iki  ildə rayonda 1397 iş yeri açılmışdır  ki, onlardan da 726-ı daimi  iş yeridir.  2016-cı ilin birinci rübündə    rayonun yerli gəlirləri dotasiya ilə birlikdə 1304.9  min manata qarşı 1296.4 min manat yerinə yetirilmişdir ki, bu da illik proqnozun 99 faizini təşkil etmişdir. O cümlədən, yerli gəlirlərlə 143.9 min manat proqnoza qarşı 135.4 min manat icra olunmuşdur ki, proqnozun   94.1 %-ni təşkil edir.Büdcəyə vergi və digər daxilolmaların 2015-cü  ilin müvafiq dövrü ilə  müqayisədə 69.8 min manat çox olmuşdur.   “Azərpoçt” MMC-nin Xocavənd Rabitə Qovşağının əsas fəaliyyət növü poçt rabitəsi olmaqla əhaliyə bir sıra ənənəvi, qeyri-ənənəvi poçt və bank, maliyyə xidmətləri göstərmişdir. 2016-cı ilin birinci rübü ərzində poçt filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkşafında və müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülmüşdür. Görülmüş işlərin nəticəsi olaraq filial üzrə illik tarif gəliri tapşırığı 107.0 faiz yerinə yetirilmişdir. Yeni Xocavənd və Yeni Tuğ qəsəbələrində yaşayan məcburi köçkünlərin telefonla təmin edilməsi üçün yeni ATS binasının tikintisinə başlanılmış və işlər davam etdirilir.

   

        Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər

2016-ci ilin I rübündə rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2035 (2015-ci ildə 1995) baş, o cümlədən  inək və camışlar 1073 (2015-ci ildə 1047) baş,  qoyun və keçilər 15200 (2015-ci ildə 14071)  baş,  olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı ( diri çəkidə) 2125,0 (2015-ci ildə 823,0) sentner,  süd istehsalı (fiziki çəkidə) 6150,0 (2015-ci ildə 3510,0)  sentner, yumurta istehsalı (min ədədlə) 63,0 (2015-ci ildə 61,0) ədəd olmuşdur.

             2015-ci ilin payızında 2016-cı ilin məhsulu üçün 5883,9 hektar sahədə buğda və 248,51 hektar sahədə isə arpa səpini aprılmışdır.

 

                     Əhalinin sosial müdafiə məsələləri

Hesabat dövrü ərzində DSMF Xocavənd Rayon Şöbəsi müəssisələrdən, təşkilatlardan, idarələrdən, kooperativlərdən, vətəndaşlardan və fərdi əməklə məşğul olan şəxslərdən sosial sığorta ayırmalarının yığılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, 2016-ci ilin üç ayı ərzində  məcburi dövlət sosial sığorta haqları üzrə büdcə və qeyri-büdcə gəlirlər plan proqnozu 207.1 min manat, o cümlədən 193.3  min manat  büdcə, 13.8 min manatı qeyri-büdcə təşkil etmişdir. Büdcə üzrə plan proqnoz 193.3  min manata qarşı 192.6  min manat  (99%), qeyri-büdcə üzrə 13.8 min manata qarşı  9.0 min manat (65.2%) əməl edilmişdir. Ümumilikdə isə məcburi dövlət sosial sığorta haqları üzrə plana 97.3 faiz əməl olunmuşdur.

01 aprel 2016-ci il tarixə Dövlət Sosial Müdafiə Fondunun Xocavənd Rayon Şöbəsində 112 nəfər təqaüdçü qeydə alınmışdır ki, bunlardan 1018 nəfəri işləməyən, 94 nəfəri isə işləyən təqaüdçülərdir. İl ərzində   işləyən və işləməyən  əhaliyə  müavinətlərin  ödənilməsi  üçün  599.0  min  manat  vəsait  xərclənmişdir.

2016-cı ilin birinci rübü ərzində vətəndaşlar tərəfindən Xocavənd Rayon Əhalinin Sosial  Müdafiəsi  Mərkəzinə təqdim edilən sənədlər diqqətlə öyrənilərək sosial yardıma ehtiyacı olan ailələr müəyyənləşdirilmiş və  ünvanlı sosial yardım almaq üçün müraciət edən 26 nəfərin  sənədləri komissiya tərəfindən yoxlanılmış və  təyinat aparılmışdır. Ümumilikdə Mərkəz tərəfindən 136 nəfər 571 ailə üzvünə  19959.0 manat Ünvanlı dövlət Sosial Yardımı verilmişdir. Rayon üzrə bir nəfərə düşən ünvanlı sosial yardım 34.96 manat təşkil etmişdir.

Ötən dövr ərzində şəhid ailələrinə təyin edilmiş 100 manat Prezident təqaüdü  üçün 65 şəhid ailəsinə 40463.0 manat təyinat aparılmışdır. Rüb  ərzində  Mərkəz  539 nəfərə sosial müavinət vermişdir ki, onlardan 1 nəfər yaşa, 19 nəfər  ailə başçısını itirdiyinə, 120 nəfər əlilliyə görə, eləcə də 63 nəfəri 18 yaşadək əlil uşaqlara, 314 nəfər isə müharibə veteranı olmuşdur. 01 aprel 2016-cı il tarixə  büdcədən Mərkəzə sosial müavinət və uşaq müavinətlərinin  ödənilməsi məqsədilə 144021 manat vəsait daxil olmuşdur ki, həmin vəsait  müavinət alan 539 nəfərə faktiki xərc edilmişdir. 01 aprel 2016-cı il tarixə  Mərkəzin müavinət alanlara ödənilməmiş borcu olmamışdır.   

Hesabat dövrü ərzində məcburi köçkün əhalinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı məqsədi ilə “Xocavənd”,“Yeni Xocavənd”, “Yeni Qaradağlı”, “Yeni Tuğ” və 320 ailəlik qəsəbələrdə elektrik enerjisi və qaz təminatı yaxşıladırılmış, sayğaclar quraşdırılmışdır. Verilən elektrik enerjisi və qaz  hər bir qaçqın və məcburi köçkün üçün ayrılmış enerji sərfiyyatından artıq olduğu halda bu fərqin ödənilməsi vətəndaşlar tərəfindən həyata keçirilmiş və bu prosesə rayonda yaradılmış  qərargah üzvləri tərəfindən müntəzəm nəzarət olunur.

Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.

           Bu gün müstəqil Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət göstərilir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Təhsil İslahatı Proqramı bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı fərman və sərəncamlarla, həyata keçirilən proqramlarla uğurla davam etdirilir.   Respublikanın hər bir vətəndaşının keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması dövlətin təhsil siyasətinin prioritet sahələrindəndir. Xocavənd rayonunun  ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri tərəfindən də təhsilin  məzmununun yeniləşdirilməsi, keyfiyyətcə yaxşılaşdırılması, gənc nəslin bir şəxsiyyət kimi formalaşdırılması, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində  mütəmadi olaraq  işlər görülmüşdür.

2016-ci ilin müvafiq dövrü ərzində Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 11-i orta, 2-si əsas, 4-ü isə ibtidai məktəblərdir. Eyni zamanda 3 uşaq bağçası və 2 məktəbdənkənar müəssisə vardır. 2015-2016-ci tədris ilində bütün ümumtəhsil məktəbləri üzrə təhsilə cəlb edilmiş 1921  nəfər (2014-2015-ci tədris ilində 1886) şagirdin təlim-tərbiyəsi ilə 311 müəllim məşğul olur. Yeni tədris ilində rayonun ümumtəhsil məktəblərinin I sinfinə 224 nəfər (2014-2015-ci tədris ilində 228 nəfər) şagird qəbul olunmuş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ibtidai siniflərə pulsuz olaraq məktəbli forması,  Heydər Əliyev Fondu tərəfindən hər il olduğu kimi bu il də I sinif şagirdlərinə məktəbli çantası hədiyyə olaraq paylanmışdır.

Rayon ümümtəhsil məktəblərinin şagirdləri 2016-ci ilin 3 ayı ərzində müxtəlif müsabiqə və olimpiadaların qalibi olmuşlar. Belə ki, 2016-ci ilin yanvar  ayında  Rayon Təhsil Şöbəsinin şəbəkəsinə daxil olan ümumtəhsil məktəblərində fənn olimpiadasının ikinci rayon turu keçirilmişdir. Turnirin nəticələrinə uyğun olaraq 16  şagird yüksək nəticə göstərərək  yarımfinala vəsiqə qazanmışdır.

11 mart 2016-cı il tarixdə Bakı şəhərində Dağlıq Qarabağ İcmasının Qarabağ Bölgəsinin şahmatçıları arasında təşkil etdiyi şahmat yarışında Tahirov Abbas David oğlu və  Nəzərov Səyyad Mətləb oğlu I yerə, Tahirova Fidan David qızı və Quliyev Elnur Adil oğlu III yerə layiq görülərək Təhsil Nazirliyi və Qarabağ İcmasının diplomu ilə mükafatlandırılmışlar.

“Milli mənəvi dəyərlərimiz haqqında düşüncələrim” mövzusunda inşa yazı müsabiqəsində Salakətin kənd tam orta məktəbin XI sinif şagirdi Quliyeva Vüsalə Barat qızı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dini Qurumlar üzrə Dövlət Komitəsi tərəfindən tərifnaməyə layiq görülmüşdür.

Cənab  Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsində xocavəndli məktəblilər də iştirak etmişdir.16-19 mart 2016-cı il tarixlərində Lənkəran-Astara-Lerik marşrutu, 24-27 mart tarixlərində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ümumilikdə 16 nəfərin  maarifləndirici tur-aksiyada iştirakı təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin  2015-ci il 19 yanvar tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na əsasən rayonda hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi,  təhsil muəssisələrinin reytinq sisteminin yaradılması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yuksəldilməsi, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması sahəsində dövlət siyasətinin icrası qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Həmçinin Fəaliyyət Planında nəzərdə tutulduğu kimi, əsas prioritet istiqamətlərdən olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması,  erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması,  məktəbəqədər təhsil üzrə nümunəvi kurikulumların tətbiqi  qarşıda duran əsas vəzifələrdir.

2016-cı ilin I rübü ərzində Xocavənd Rayon İcra Hakimiyyəti Rayon Mərkəzi Xəstəxanası  ilə birgə rayon əhalisinin sağlamlığını daim  diqqət  mərkəzində saxlamışdır. Vətəndaşların sağlamlığının qorunması sahəsində hesabat dövrü ərzində Xəstəxananın tibb işçiləri tərəfindən əhali arasında, məktəblərdə və uşaq bağçalarında 11 reyd keçirilmiş, tibb işçilərindən ibarət yaradılmış briqada mütəmadi olaraq əhali ilə profilaktiki söhbətlər apararaq məktəblərdə olmuş və maarifləndirmə işləri aparmışdır.  Hesabat dövründə rayon üzrə poliklinika və ambulator gəlişlərin sayı 2057 nəfər olmuşdur.  Hesabat dövründə stasionar şöbələrdə   152 nəfər müalicə olunmuş, uşaq və ana ölümü qeydə alınmamışdır.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən Rayon İcra Hakimiyyəti başçısının  09 fevral 2015-ci il tarixli 12 saylı sərəncamı ilə işçi qrupu  və 12 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər  olmaqla 2 briqada  yaradılmış,  rayonda  müayinənin mütəşəkkil qaydada təşkili üçün  bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyati şəxslərə müvafiq tapşırıqlar verilmiş, Mərkəzi Xəstəxana tibbi ləvazimat və yardımçı vasitələrlə təmin edilərək müayinəyə tam hazır vəziyyətə gətirilmiş və əhalinin məskunlaşdığı  ərazilər və kollektivlər nəzərə alınmaqla xüsusi qrafik  tərtib olunmuşdur. Hesabat dövrü ərzində  4854 nəfər pulsuz  tibbi müayinədən yararlanmışdır ki, onların da 44 nəfəri ambulator müalicəyə, 12  nəfər stasionar müalicəyə  cəlb olunmuş, 4  xəstə isə Bakı şəhər və  digər ətraf rayon xəstəxanalarına müayinə və müalicə üçün göndərilmişdir. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr xəstəxana tərəfindən lazımi dərman preparatları ilə təmin olunmuşdular.

Xocavənd rayonunda əhalinin asudə vaxtlarının səmərəli keçməsi və onlar arasında milli mədəniyyətimizin təbliğ edilməsi məqsədi ilə  Mədəniyyət  və  Turizm  Şöbəsi 1 rayon, 6 kənd mədəniyyət evi,  8 kənd kulubu, 1 Rayon  Mərkəzi Kitabxana Sistemi, 4 kitabxana filialı və 2 uşaq musiqi məktəbinin gücündən istifadə edir. 2016-ci ilin birinci rübü ərzində  rayon Mədəniyyət və Turizm Şöbəsində müxtəlif mövzularda tədbirlər keçirilmiş, bu tədbirlərin əksəriyyəti milli  adət-ənənələrimizin qorunub saxlanması, mədəni irsimizin təbliğ olunması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, tarixi günlərin və əlamətdar hadisələrin qeyd edilməsi mövzusunda olmuşdur.

Kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi məqsədilə kənd kitabxana filialları Mərkəzi Rayon Kitabxanasına birləşdirilərək 7 şöbədən  ibarət Xocavənd Rayon Mərkəzi Kitabxana Sistemi yaradılmışdır. Mərkəzi Kitabxana sürətli internet, tələbata uyğun olaraq kompüter, digər inventar avadanlıqlarla təmin olunmuş, MKS-nin kadrlarının ixtisaslarının artırılması, elektron kataloqda işləmək qaydalarının öyrənilməsi məqsədilə mütəmadi olaraq  işçilər ixtisasartırma kursuna göndərilmişdir.

“Dövlət Proqramı”na uyğun uyğun olaraq  www.khojavend.cls.az  internet saytı yaradılmış və həmin saytın elektron kitabxana bölməsində 176 ədəd  müxtəlif elektron ədəbiyyat yerləşdirilmişdir. Ümumilikdə, kitabxanaların kitab fondunda  42,485 min nüsxə kitab mövcuddur ki, onlardan  27,397 min nüsxə  latın qrafikası ilə yenidən nəşr olunmuş kitablardır.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xocavənd MKS-nin avtomatlaşdırılmış kitabxana–informasiya sistemi (AKİS) ilə təchiz edilməsi  planlaşdırılmış və bu istiqamətində işlər aparılır. Gələcəkdə kitabxana proseslərini avtomatlaşdıran və sadələşdirən,  dünya kitabxana sistemləri ilə  inteqrasiyasını mümkün edən son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemini yaratmaq qarşıya əsas məqsəd kimi qoyulmuşdur.

2016-ci ilin birinci rübü ərzində gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir sıra işlərin həyata keçirilməsi təmin edilmişdir. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Gənclərin cəmiyyətdə gedən ictimai-siyasi və demokratik dövlət quruculuğu proseslərində yaxından iştirak etməsinə hərtərəfli köməklik göstərmək, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunması, gənclərin tərbiyəsinin gücləndirilməsi məqsədilə təhsil ocaqlarında, hərbi hissələrdə və hərbi xidmətə çağırış yaşlı gənclər arasında müvafiq mövzularda tədbirlər həyata keçirilmiş, izahat və təbliğat işləri aparılmışdır. Bakı şəhərində keçirilən Gənclər arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə VIII Azərbaycan Çempionatının zona seçim turunda Xocavənd rayon komandası III yeri tutmuşdur. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və sağlamlığının qorunması, həçinin  idmanın müxtəlif  növlərinin kütləviləşdirilməsinə nail olmaq məqsədilə rayonda  10 idman klubu yaradılmış və  377 nəfərin bu klublarda məşq etməsinə şərait yaradılmışdır. 2016-ci ilin I rübü ərzində   ərzində 7 yarış keçirilmiş və bu yarışlarda 205  nəfər idmançı  iştirak etmişdir.

2016-ci ilin I rübü  ərzində ictimai qurumlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, əhalinin siyasi maariflənməsi, cəmiyyətdə gedən ictimai-siyasi proseslərin əsas meyillərinin və inkişaf perspektivlərinin təhlili davam etdirilmiş, ölkə həyatında baş verən siyasi hadisələr, möhtərəm Prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin əhali arasında təbliği aparılan ideoloji işin tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlanılmışdır. Rayon üzrə yaradılmış 7 təbliğat qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərinin öyrənilməsi və təbliği istiqamətində həftə görüşləri təşkil etmiş, qabaqcıl və nüfuzlu ziyalılar əhalinin müxtəlif zümrələrinin iştirak etdiyi toplantılarda məruzələrlə çıxış etmişlər. Bu məqsədlə mütəmadi olaraq əhalinin sıx məskunlaşdığı ərazilərdə dövlət siyasətinin təbliği ilə bərabər, xalqımızın tarixində müstəsna əhəmiyyət kəsb edən əlamətdar günlərin təntənəli şəkildə qeyd olunması üçün maksimum səy göstərilmişdir. Dövlətin ümummilli strateji siyasətinə uyğun olaraq rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, habelə ictimaiyyətin bütün təbəqələri arasında müvafiq ideoloji maariflənmə işinin aparılması işi təşkil olunmuşdur. Xocavənd rayon İcra hakimiyyəti başçısı Aparatının rəsmi internet saytı  (www.xocavend-ih.gov.az) vasitəsilə rayonda görülmüş işlər və həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq  ictimaiyyətə geniş məlumatların operativ şəkildə çatdırılması təmin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələri  və milli-mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində həyata keçirilən tədbirlər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının orqanı olan “Xocavənd” ictimai-siyasi qəzetində mütəmadi olaraq  işıqlandırılır və bu məsələ ümdə vəzifə kimi qəbul olunur.

 Hesabat dövründə rayon ictimaiyyətinin iştirakı ilə milli adət-ənənələrimizin qorunub saxlanması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi məqsədi ilə Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar günlər, bayramlar təntənəli şəkildə qeyd olunmuş, xalqımızın yaddaşında dərin izlər buraxmış 20 Yanvar, 31 Mart, Qaradağlı və Xocalı soyqırımlarına həsr olunmuş geniş toplantılar, rayon məktəbliləri arasında inşa yazı, bədii qiraət üzrə müsabiqələr və Qarabağın tarixinə həsr olunmuş bilik yarışları  keçirilmiş, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu tarixlərin mahiyyəti bir daha dəyərləndirilmiş, Ermənistanın işğalçılıq siyasətini geniş şəkildə əks etdirən tarixi və sənədli materiallar sosial şəbəkələrdə yerləşdirilmişdir.

7 mart  2016-cı il tarixdə  “Hazar” Strateji Araşdırmalar  İnstitutunun həyata  keçirdiyi  “Qarabağ xalçaları” layihəsi çərçivəsində tədbir keçirilmişdir.  Tədbirdə “Hazar” Strateji Araşdırmalar İnstitutunun prezidenti Haldun Yavaş, “Hazar world” jurnalının yazı işlər müdiri Figən Ayvacı  Aypek,  “Hazar” bölgə koordinatoru Kəmalə Paşayeva, rayon ictimaiyyəti  və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak  etmişlər.  Tədbirdə  xalçaçılıq kurslarına cəlb edilən qızların toxuduqları xalçalar təqdim olunmuş, bayramsayağı bəzədilmiş meydanda xalqımızın milli xörəkləri və şirniyyatlar, adət-ənənələrimiz nümayiş etdirilmişdi. 

11 mart 2016-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Xocavənd  Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  Xocavənd qəsəbəsi  Dövlət Bayrağı meydanında “Qarabağa yaz gələcək” devizi altında ordu ilə xalqın birlik  bayramı keçirilmişdi. Milli Məclisin deputatlarının,  hərbi qulluqçuların, Bakı şəhəri və respublikanın bir sıra rayonlarından gəlmiş qonaqların,  Qarabağ müharibəsi əlillərinin, veteranların, şəhid ailələrin nümayəndələrinin iştirak etdiyi bu təntənə əsl vətənpərvərlik bayramına çevrilərək ordu ilə xalqın sıx birliyini bir daha nümayiş etdirmişdi. Bu, hamının bir bayraq altında, bir nəfər kimi Silahlı Qüvvələrin Ali Baş Komandanının əmrlərinə hər an hazır olduqlarını bəyan edən möhtəşəm tədbir kimi xocavəndlilərin  yaddaşında unudulmaz izlər buraxdı. Bayram tədbirində biri-birinin ardınca vətənpərvərlik nəğmələri səslənmiş, hərbi marşlar ifa olunmuş, rəqslər təqdim edilmiş, ədəbi-müsiqili və xoreoqrafik kompozisiyalarda ordu gənclərinin mübarizliyi tərənnüm olunmuşdur.

Hər il olduğu kimi bu il də Novruz bayramı münasibəti ilə rayonun bütün idarə, müəssisə və təşkilatları Xocavənd rayon ərazisində yerləşən N saylı hərbi hissədə olmuş, ermənilərlə üzbəüz səngərlərdə keşik çəkən əsgərlərə qiymətli xatirə hədiyyələri və bayram sovqatı çatdırılmış, Mədəniyyət evi ansamblının iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunmuşdur.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə  bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış  Dini İşlər üzrə Komissiya  rayonda dini proseslərə nəzarətin gücləndirilməsi, radikal dini qrupların zərərsizləşdiriləsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tarixi-dini abidələrin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Hesabat dövründə rayon orta ümumtəhsil məktəblərində “Azərbaycanda Multikulturalizm ənənələri” başlığı altında silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə məqsəd gənclərin qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini, eyni zamanda nümunəvi dövlət-din münasibətlərinə əsaslanan prinsiplərə səsləməkdən ibarət olmuşdur.Görülmüş məqsədyönlü işlərin nəticəsidir ki,  rayon ərazisində radikal dini cərəyan, vəhhabi təriqəti və xaricdən istiqamətləndirilən missionerlərin fəaliyyəti qeydə alınmamışdır.

Hesabat dövründə rayonda yalnız bir siyasi partiya, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı fəaliyyət göstərmişdir. 1993-cü ildə yaradılan və hal- hazırda öz sıralarında 910 nəfəri birləşdirən Yeni Azərbaycan Partiyasının Xocavənd Rayon Təşkilatı üzvlərindən 501 nəfərini qadınlar, 431 nəfərini  isə gənclər təşkil edir. Hesabat dövrü ərzində 86 nəfər partiya sıralarına qəbul olunub. Rayon təşkilatı yarandığı gündən ölkəmizdə keçirilən siyasi kampaniyalarda Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sadiqliyini daim nümayiş etdirmişdir.

2016-cı  ilin birinci rübü   ərzində Xocavənd Rayonu İcra Hakimiyyəti aparatı  öz işini  Azərbaycan  Respublikası  Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında  Əsasnamə”nin tələblərinə uyğun quraraq  bu istiqamətdə  bir sıra tədbirlərin həyata keçirilməsini təmin etmişdir.

Belə ki, rüb ərzində Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası  Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, Prezident Administrasiyası rəhbərinin və administrasiyanın struktur bölmələrinin tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə  müvafiq tədbirlər  həyata  keçirmiş, icra ilə bağlı arayışların təqdim olunması təmin edilmişdir.

      Tərtib  olunmuş  qrafikə  uyğun  olaraq  həftənin  ayrı-ayrı günlərində İcra başçısı, müavinlər, şöbə və sektor  müdirləri tərəfindən vətəndaşlar qəbul edilmiş, bununla belə, rayon əhalisinin Respublikanın müxtəlif rayonlarında pərakəndə şəklində məskunlaşdığını nəzərə alaraq bu qəbullara vaxt məhdudiyyəti qoyulmamışdır. Hesabat dövrü  ərzində  Xocavənd Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 20 nəfər, ayrı-ayrı şöbələr tərəfindən isə 161 nəfər rayon sakini qəbul edilmiş, onları maraqlandıran və ya narahat edən məsələlər  yerindəcə öyrənilmiş və müvafiq köməkliklərin göstərilməsi təmin edilmişdir. Müraciət edən hər bir vətəndaş lazımi səviyyədə dinlənilmis və qaldırılmış problemlərin həll edilməsi  üçün mövcud imkanlardan istifadə olunmuşdur. 

   Səyyar qəbulların  səmərəli təşkili və daha çox rayon vətəndaşının bu görüşlərdə iştirak etməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, hesabat dövrü  ərzində səyyar görüşlər həftədə bir dəfə olmaqla təşkil edilmiş, görüşün keçirilmə vaxtı, yeri barədə sakinlər əvvəlcədən məlumatlandırılmış,  qəbullar zamanı vətəndaşların səsləndirdiyi hər bir məsələ ilə bağlı tədbirlər görülmüş və  vətəndaşlara qanuna müvafiq qaydada   cavablar  verilmişdir.

Rayon  İcra Hakimiyyəti  başçısının 2016-cı  ilin birinci rübü  ərzində  yerlərdə keçirdiyi səyyar görüşlər   Azərbaycan   Respublikası   Prezidenti  Administrasiyasının Regional  idarəetmə və yerli özünüidarəetmə  orqanları  ilə iş  şöbəsinə  əvvəlcədən təqdim olunmuş  qrafikə  uyğun keçirilmişdir. Keçirilmiş hər bir səyyar qəbul Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən protokollaşdırılmış,  verilmiş  tapşırıqlar  aidiyyəti şöbələrdə  araşdırılaraq   nəticə ilə bağlı  vətəndaşa  və  rayon  İcra  hakimiyyəti başçısına  məlumat verilmişdir. Hər ayın sonunda keçirilmiş səyyar qəbullar və bu qəbullar zamanı qaldırılmış məsələlərin icrası ilə bağlı  məlumatlar  İnformasiya təminatı və təhlil sektoru tərəfindən Mərkəzi Serverə  göndərilməsi təmin edilmişdir.

       Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olan vətəndaş müraciətləri  ”Vətəndaşların  müraciətləri  haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli  Qanununa və bu qanunun tətbiqi barədə 12 noyabr tarixli Fərmanına, habelə  Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 347 №-li Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat"a uyğun olaraq qeydiyyata alınmış,  araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. Hər bir vətəndaşın öz  hüquqlarından istifadə edərək İcra Başçısına, onun Aparatına, müvafiq ərazi dairəsi üzrə  nümayəndəliklərinə,  idarə və təşkilat rəhbərlərinə  müraciət etməsi üçün lazımi şəraitin yaradılması təmin edilmişdir.

      2016-ci  ilin birinci rübü  ərzində  səyyar görüşlər zamanı qaldırılmış problemlərin icrası,  həmçinin vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinin vəziyyəti araşdırılmış, təhlillər aparılmış və  görülmüş işlərlə bağlı Rayon İcra Hakimiyyəti başçısına  məlumat verilmişdir. Aparılmış təhlillərdən 2-si Xocavənd Rayonu İcra hakimiyyəti başçısı  yanında  Şura  yığıncağında  müzakirəyə çıxarılmışdır. 

         Belə ki, 25.02. 2016-cı il tarixli 04 saylı Şura yığıncağında   “2015-ci il ərzində Rayon İcra Hakimiyyəti başçısının Respublikanın müxtəlif rayonlarında keçirdiyi səyyar  görüşlərin təşkili və bu qəbullar zamanı qaldırılmış məsələlərin icra vəziyyəti”, 14.03.2016-cı il tarixli 05 saylı Şura yığıncağında (Səyyar formada) isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə   və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun  “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun  “Vətəndaş müraciətlərinə baxılmasına və məmur-vətəndaş münasibətlərinə yeni impuls verən qanun” analitik informasiya xarakterli təhlildən irəli  gələn vəzifələr və 2015-ci  il ərzində Xocavənd RİHB  Aparatına,  qəsəbə və kənd inzibati ərazi dairələrinə, idarə və təşkilatlara daxil olmuş vətəndaş müraciətlərinə baxılma  vəziyyəti” bərədə məsələlər müzakirəyə çıxarılaraq  mövcud çatışmazlıqlar geniş formada müzakirə edilmiş və bu istiqamətdə görüləcək işlərlə bağlı  şöbə  müdirlərinə, sektor  müdirlərinə, inzibati ərazi dairələri üzrə  nümayəndəliklərə, idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

       Xocavənd  Rayon  İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şurada  rayonun iqtisadi, sosial-mədəni və digər yerli  əhəmiyyətli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə iclasların hazırlanıb keçirilməsinə xüsusi əhəmiyyət verilmiş və bu qərarların icrası daim nəzarətdə saxlanılmışdır. 2015-ci ilin birinci rübü   ərzində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şura ayda iki dəfə olmaqla, Şura üzvlərinin yekdil iştirakı təmin olunmaqla keçirilmişdir. Keçirilmiş  Şura  iclaslarında  10 məsələnin müzakirə edilməsi nəzərdə tutulduğu halda 12 məsələ müzakirəyə çıxarılmışdır. Şura yığıncağının gündəliyinə çıxarılan məsələlər geniş şəkildə  müzakirə edilərək  müvafiq  qərarlar qəbul olunmuş, qəbul olunmuş qərarlar aidiyyəti üzrə ünvanlara çatdırılmış və  icrasına nəzarət olunmuşdur. Həmçinin idarə və təşkilatlarda keçirilən toplantılarda, eləcə də kənd icra nümayəndəliklərinin əhali ilə keçirdikləri tədbirlərdə bu barədə geniş məlumatlar verilmişdir.  Hesabat dövrü ərzində  Şuranın 1 səyyar iclası keçirilmişdir.

Xocavənd Rayonunun Azərbaycanlı əhalisi 01.04.2016 -cı il tarixə  2997 ailə olmaqla 12152 nəfərdir. Rayonumuzun ərazisi işğal altında olduğu üçün soydaşlarımız Respublikanın 37 şəhər və rayonunda məskunlaşmışlar. Əhalimiz əsasən Beyləqan rayonu ərazisində yerləşən “Yeni Xocavənd “, Qaradağlı ,“Yeni Tuğ”, “Xocavənd”, 320 ailəlik qəsəbədə və Ağcabədi rayonu ərazisində yerləşən yeni tikilmiş “Hündürmərtəbəli yaşayış massivində”  kompakt şəkildə məskunlaşmışlar. Rayonun azərbaycanlı əhalisi Beyləqan rayonu ərazisində 1227 ailə 4953 nəfər, Ağcabədi rayonu ərazisində 506 ailə 2167 nəfər, Sumqayıt şəhəri üzrə 118  ailə 491 nəfər, Bakı şəhərinin on bir rayonu üzrə 866 ailə 3449 nəfər və Respublikanın digər şəhər və rayonlarında  280 ailə 1092 nəfərdir. Rayon əhalisinin 182 nəfəri isə müvəqqəti olaraq xarici ölkədə yaşayırlar.

2016-cı ilin birinci rübü  ərzində Xocavənd Rayonu üzrə doğulan uşaqların sayı 53, vəfat edən vətəndaşların sayı isə 19 nəfər olmuşdur. Əhalinin təbii artımı 34 nəfər təşkil edir. Rüb ərzində rayona qeydiyyata düşən vətəndaşların sayı 51 nəfər, ailə vəziyyətləri ilə bağlı qeydiyyatdan çıxan vətəndaşların sayı isə 27 nəfər təşkil etmişdir. Əhalinin miqrasiya artımı 24 nəfər olmuşdur. 2016-cı ilin birinci rübü  ərzində Xocavənd rayonu üzrə 9 nigah bağlanmış və 2 nigahın  pozulması qeydə alınmışdır.

Respublikanın  ərazi  bütövlüyünün qorunması, rayonda həqiqi hərbi  xidmətə  çağırışın  mütəşəkkil  keçirilməsi  təmin  edilmişdir. Vətəndaşlarla aparılan söhbətlərin  və  hüquqi izahatların nəticəsi olaraq rayonda  həqiqi hərbi xidmətdən yayınma halları olmamışdır.

Hesabat dövründə informasiyanın toplanması və məlumatların verilməsi istiqamətində rayonda görülmüş işlər qənaətbəxş sayıla bilər. Növbəti dövrdə də bu tendensiya davam etdiriləcək, əldə olunmuş statistik rəqəmlərin vaxtlı-vaxtında təhlil olunması və bu təhlillərin nəticələrinə əsaslanaraq gələcək fəaliyyətimizin səmərəli qurulması  üçün mütəmadi olaraq işlər aparılacaqdır.

Hesabat dövründə hüquq-mühafizə orqanları və digər dövlət qurumları ilə sıx, səmərəli və işgüzar əlaqələrin yaranmasının  nəticəsində  rayonda davamlı olaraq ictimai-siyasi  sabitlik  qorunub  saxlanılmış, cinayətlərin bütün təzahürləri ilə mübarizədə  müsbət nəticələr əldə olunmuşdur. Xocavənd  Rayon  Polis Şöbəsinin şəxsi heyəti əvvəlki illərdə olduğu kimi 2016-cı ilin I rübü ərzində də rayon ərazisində cinayətkarlıqla  mübarizə  və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində müvafiq işlər  görmüş, əməliyyat şəraitinə nəzarət etməklə profilaktiki fəaliyyət funksiyasını yerinə yetirmişdir. 2016-cı ilin I rübü ərzində Xocavənd rayonunun inzibati ərazisində heç bir  cinayət hadisəsi qeydə alınmamışdır.

Hesabat  dövründə Polis şöbəsinin  Qeydiyyat  Şəxsiyyət  Vəsiqəsi  Qrupu tərəfindən  448  nəfər  vətəndaşa  şəxsiyyət vəsiqəsinin verilməsi təmin edilmişdir. Onlardan  265 nəfər  16  yaşa  çatmamış, 16 yaşın tamam olması ilə əlaqədar  56  nəfər,  25  yaşın tamam  olması ilə  əlaqədar  52  nəfər,  35  yaşın tamam olması  ilə  əlaqədar  36  nəfər,  50 yaşın  tamam  olması  ilə  əlaqədar  39  nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.

Hesabat  dövrü  ərzində azyaşlılar arasında cinayət və hüquq pozmalarının, eləcə də nəzarətsizliyin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq  rayonda azyaşlılar  arasında cinayət hadisələrinin törədilməsi faktları qeydə alınmamışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər