Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonu Masazır qəsəbəsində məskunlaşan Xocavənd rayon sakinləri ilə görüş keçirib.

31 mart 2016 | 16:00

31 mart 2016-cı il tarixdə Xocavənd  Rayon  İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov növbəti səyyari qəbulunu Abşeron rayonu Masazır qəsəbəsində məskunlaşan Xocavənd rayon sakinləri ilə keçirib. Görüşdə Rayon  İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.  Sakinlərin problemlərinin  yerindəcə araşdırılması və həlli ilə bağlı məqsədyönlü tədbirlərin görülməsi məqsədi ilə keçirilən görüşdə çıxış edən Rayon  İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ölkəmizin regionda artan siyasi-iqtisadi qüdrətindən bəhs edərək, dövlətimizin bütün sahələrdə qazandığı uğurlardan danışmışdır. Natiq ötən illər ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və regionların sosial-iqtisadi  inkişafı strategiyasının uğurla reallaşdırılması nəticəsində dayanıqlı iqtisadi inkişafın əldə olunduğunu vurğulamışdır. Başçı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışaraq, bu gün bölgələrimizdə eləcə də respublikanın ayrı-ayrı şəhərlərində məcburi köçkünlərə yaradılan yüksək şəraitdən söz açmışdır. Görüşdə sakinlər  ölkə başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini və müdafiə etdiklərini bildirmişlər.  Çıxış edənlər  mövcud olan bəzi problemlərin həlli ilə bağlı təkliflərini, həmçinin işlə təmin olunma, yemək xərci müvinəti almağa  köməklik, məcburi köçkünlük vəsiqəsi almaq üçün arayışın verilməsi  və maddi yardım verilməsi ilə bağlı məsələlər qaldırmışlar. Rayon İcra Hakimiyyətinin  başçısı Eyvaz Hüseynov sakinlər tərəfindən qaldırılmış problemlərin həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. 

 

Keçidlər