Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Xocavənd rayonTəşkilatının 9-cu konfransı keçirilmişdir.

28 aprel 2016 | 16:00

26 aprel 2016-cı il tarixdə Xocavənd rayon Xocavənd qəsəbəsində yerləşən Mədəniyyət evində Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının 9-cu konfransı keçirilmişdir. Konfransda Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının əməkdaşı Ramil Mirzəyev iştirak edirdilər. Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının memarı, Ulu Öndər Heydər Əliyevin Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər. Daha sonra konfrans rayon Mədəniyyət evində öz işini davam etdirdi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi.  Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatı sədrinin vəzifəsini müvəqqəti  icra edən Azər Süleymanov öncə konfrans iştirakçılarını, gələn qonaqları salamladı, konfransın gündəliyində duran məsələlər barədə tədbir iştirakçılarını məlumatlandırdı. Sonra Yeni Azərbaycan Partiyasının memarı, Ulu Öndər Heydər Əliyevin və 2-5 aprel tarixlərində cəbhə xəttində erməni təxribatlarına qarşı qəhrəmancasına döyüşərək həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatı sədrinin vəzifəsini müvəqqəti  icra edən Azər Süleymanov Respublikamızın ictimai – siyasi  həyatında  mühüm rol oynayan  Yeni  Azərbaycan Partiyasının  yaranması tarixindən ətraflı məlumat verərək bildirdi ki, 24 illk böyük və şərəfli inkişaf yolu keçən partiyamız bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Natiq  Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının 8-ci konfransından keçən müddət ərzində gördüyü işlər barədə konfrans iştirakçılarına geniş məlumat verdi. Daha sonra konfransın gündəliyində duran digər məsələlər- YAP Xocavənd Rayon Təşkilatı sədrinin seçilməsi, idarə heyətinin və siyasi şuranın üzvlərinin seçilməsi, nəzarət-təftiş qrupu üzvlərinin seçilməsi ilə konfrans öz işinə davam etdirdi.Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev öncə bütün xocavəndliləri salamladı və Yeni Azərbaycan Partiyasının inkişaf tarixindən geniş məlumat verərək qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsi nəticəsində son illərdə dünyada baş verən dərin siyasi və iqtisadi böhranlara baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik, iqtisadi inkişaf göstəriciləri qorunub saxlanılmış, əhalinin ümumi rifah halı yaxşılaşmışdır. Respublikanın sosial-iqtisadi inkişafında mühüm rol oynayan “Dövlət Proqram”larının uğurlu icrası nəticəsində ölkəmiz qısa müddət ərzində  sürətli inkişaf yoluna qədəm qoymuş, bütün istiqamətlər üzrə inkişaf tempinə görə regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Natiq son günlər cəbhə xəttində baş verən erməni təxribatları haqqında danışaraq bildirdi ki, milli ordumuz tərəfindən bütün təxribatların qarşısı alındı və düşmənə layiqli cavab verildi. Sonda natiq qeyd etdi ki, indi bizim güclü ordumuz var, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bir əmri ilə  bütün torpaqlarımızı azad etməyə gücümüz var və yaxın günlərdə hər birimiz öz doğma torpaqlarımıza qayıdacağıq.Konfransda çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov öncə gələn qonaqları  salamladı, onları Xocavənd rayonunda görməyindən məmnun olduğunu bildirdi. Başçı Yeni Azərbaycan Partiyasının hansı şəraitdə yaranmasından, müstəqilliyin ilk illərində xalqımızın başına gələn ağır bəlalar haqqında məlumat verərək qeyd etdi ki,  xalqımız belə vəziyyətdən yeganə çıxış yolunu görkəmli siyasi xadim Heydər Əliyevi hakimiyyətə dəvət etdi və  Ulu öndər Heydər Əliyev xalqın tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanmasına  biganə  qalmayaraq  1993-cü ilin  iyun ayında  Bakıya gəldi və bununla Azərbaycan dövləti, xalqı müstəqilliyini itirmək kimi böyük bir təhlükədən xilas oldu. Natiq bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən görülən işlər barədə geniş məlumat verdi. Başçı E.Hüseynov sonda 2-5 aprel tarixlərində cəbhə xəttində ermənilərin törətdikləri təxribatlar haqqında danışaraq qeyd etdi ki, qüdrətli ordumuz düşmənə layiqli cavab verdi və bir sıra mühüm strateji postlar düşməndən geri alındı. Natiq vurğuladı ki, yaxın vaxtlarda ölkə Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində biz öz doğma torpaqlarımızı düşmənlərdən azad edəcəyik.Konfransın sonunda Azərbaycanm Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu,  Dövlət Himnin səslənməsi ilə konfrans öz işini başa çatdırdı.

Keçidlər