“Beynəlxalq Yer Kürəsi Günü” nə həsr olunmuş “Save the Planet Earth” adlı tədbir keçirilmişdir.
29 aprel 2016-cı il tarixində Xocavənd rayon Mədəniyyət evində “Beynəlxalq Yer Kürəsi Günü” nə həsr olunmuş “Save the Planet Earth” adlı tədbir keçirilmişdir. Salakətin kənd tam orta məktəbi şagirdlərinin ingilis dilində hazırladığı tədbir böyük maraqla qarşılanmışdır. Tədbirdə məktəblilər yer kürəsinin yaranması, bəşəriyyətin təkamül prossesi, ekoloji çirklənmələr, ekologiyanın qorunması qaydaları haqqında məlumat vermiş, mövzuları geniş əhatə edən kompozisiyalar ifa etmişlər.Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva hərbi təcavüz nəticəsində Qarabağın sərvətlərinə və ekologiyasına vurulan zərərlərdən bəhs edərək Ermənistanın Qarabağ və ətraf rayonlarda ekoloji tarazlığın pozulması - mineral xammal ehtiyatlarımızın qanunsuz mənimsənilməsi, meşə zolaqlarının vəhşicəsinə qırılması və yandırılması, Araz çayı və qollarının çirkləndirilməsi, heyvanat aləminin xüsusi qəddarlıqla məhv edilməsinə səbəb olan işğalçılıq siyasətindən danışmışdır.