Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının İmişli şəhərində vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.

27 yanvar 2023 | 10:51
   Xocavənd Rayon İcra Hakimiyyəti başçısının İmişli şəhərində vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
  27 yanvar 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun İmişli rayonu Qaçqınlar Komitəsinin Bəhrəmtəpə qəsəbəsi üzrə Mənzil İstismar idarəsinin inzibati binasında sakinlərlə növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışaraq, bu uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizin və Zəfərimizdən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng quruculuq işlərinin məhz dövlətimizin başçısının uğurlu siyasi kursunun bəhrəsi olduğunu xüsusi vurğulayıb. Eyvaz Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Aparılan bu siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Natiq qeyd etdi ki, son illərdə Azərbaycanda həyata keçirilən sosial islahatların əsas hədəfi həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsini gücləndirməyə nail olmaqdır. Yeni sosial islahatlar paketi daha çox insanı əhatə edir ki, bu da onun əhəmiyyətini artıran əsas amillərdən biridir. İmzalanan fərman və sərəncamlar əməkhaqqı, minimum əməkhaqqının məbləğinə, dövlət sektorunda çalışan insanların sosial müdafiəsinə, pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı alan vətəndaşların rifahına bilavasitə təsir göstərəcək. Əsas məqsəd cəmiyyətin bütün təbəqələrini əhatə etmək, onların daha yaxşı yaşaması üçün imkanlar yaratmaqdır.
  Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Keçidlər