"Ağ ölümə” yox deyək!" devizi altında rayon ictimaiyyəti, gəncləri və məktəblilərinin iştirakı ilə ümumrayon tədbiri keçirilmişdir.
24.10.2012-ci il tarixdə Xocavənd qəsəbəsi rayon mədəniyyət evində Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli 2271 saylı Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)”ın tələblərindən irəli gələn vəzifələri yerinə yetirmək və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın “İş Planı”ndan irəli gələn bir sıra vəzifələrin icrasını təmin etmək məqsədi ilə "Ağ ölümə” yox deyək!" devizi altında rayon ictimaiyyəti, gəncləri və məktəblilərinin iştirakı ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin baçşçısı cənab Eyvaz Hüseynov çıxış edərək, dövlətimizin narkomaniya əlehinə gördüyü müsbət işlərdən danışdı.