Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavəndli şagirdlər Beyləqan Rayonu Heydər Əliyev Mərkəzində olmuşlar.

06 may 2016 | 16:00

6 may 2016-cı il tarixdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Xocavənd  rayon İcra Hakimiyyəti tərəfindən rayon məktəbliləri  üçün Beyləqan Rayonu Heydər Əliyev Mərkəzinə ekskursiya  təşkil olunmuşdur. Ekskursiya müddətində şagirdlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, irsi barədə məlumat almış, Mərkəzdə nümayiş etdirilən sərgilərlə tanış olmuşlar. Ümummilli liderin dövlət müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, daxili və xarici siyasətin xalqın mənafeyinə uyğun qurulmasında, iqtisadi, sosial və mədəni sahələrdə inkişafın təmin edilməsində, milli-mənəvi dəyərlərin dirçəlişində, azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsində göstərdiyi böyük xidmətlər barədə şagirdlərə məlumat verilmişdir.  Sonda şagirdlər Ulu öndər Heydər Əliyevin  həyat və fəaliyyətini əks etdirən filmə tamaşa etmişlər.

Keçidlər