Şriftin ölçüsü :

Saytın rəngi :

30.03.2023 tarixdə təhsil və tibb işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı maarifləndirici tədbir keçirilib.

30 mart 2023 | 16:02
   30.03.2023 tarixdə təhsil və tibb işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı maarifləndirici tədbir keçirilib.
   Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nının icrası ilə bağlı maarifləndirici tədbirlər keçirilməkdə davam edir. Rayon Mərkəzi Xəstəxanası və Salakətin kənd tam orta məktəbində keçirilən növbəti maarifləndirici tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Asim Rüstəm və Xocavənd Rayon RPŞ-nin əməkdaşı Elşən Abdullayev iştirak etdilər .
   Asim Rüstəm çıxış edərək bildirdi ki, korrupsiya ilə mübarizə təkcə səlahiyyətli dövlət orqanlarının deyil hər bir vətəndaşın, vicdanlı şəxsin işi olmalıdır. Daha sonra korrupsiyaya nədir, necə işləyir, növləri nələrdir, korrpupsiya bizə necə təsir edir kimi başlıqara aydınlıq gətirərək, mövzunun aktuallığından danışdı. Çıxışı zamanı korrupsiyaya şərait yaradan hallar, müvafiq halların qarşısının alınmasının nüanslarını diqqətə çatdıraraq korrupsiya hallarının dövlətin inkişafına mənfi təsir göstərdiyini və dövlət qurumlarının bununla bağlı mübarizə tədbirlərinin olduğunu qeyd etdi. O, bu cür maarifləndirici tədbirlərin səmərəliliyini vurğulayaraq hər bir kəsi bu yolda daha da fəal olmağa çağırdı.
  Elşən Abdullayev çıxış edərək bildirdi ki, korrupsiya-vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır. Tədbir iştirakçıları korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, maraqların toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlər haqda məlumatlandırılıblar.
Keçidlər