30.09.2022-ci il tarixdə Xocavənd Rayon Mərkəzi Xəstəxanasında Gender Bərabərliyi mövzusunda tədbir keçirildi.
30.09.2022-ci il tarixdə Xocavənd Rayon Mərkəzi Xəstəxanasında Gender Bərabərliyi mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən başçının müavini- Əfsanə Quliyeva bildirdi ki. Azərbaycanda cəmiyyətin bütün həssas zümrələri kimi qadınların da hüquqlarının etibarlı müdafiəçisinə çevrilən, onların cəmiyyətdə layiqli yerinin təmin olunmasına çalışan, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu gün gender bərabərliyi uğrunda hərəkatın ön cərgəsində addımladığını qeyd etdi. “Son illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Bakıda keçirilən beynəlxalq miqyaslı tədbirlərdə gender bərabərliyinin təmini, qadın hüquqlarının qorunması, qadınlar arasında savadsızlığın aradan qaldırılması kimi məsələlər prioritet müzakirə mövzusu olub. Xüsusi vurğulamaq lazımdır ki, müstəqil, demokratik respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azrbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır”.
Daha sonra Kifayət Hacıyeva qeyd etdi ki, “Orduda çalışan qadın heyətinin hüquqlarının müdafiəsində durmaq, problemlərinin həlli istiqamətində səmərəli işlər aparmaq, hərbçi ailələrinə mənəvi dəstək olmaq, şəhid aillərinin problemləri ilə yaxından maraqlanıb onlara kömək etmək, şəhid və qazi ailərində olan xəstə uşaqlara tibbi yardım göstərməklə yanaşı, onların gələcəkdə sosial həyata inteqrasiyasında fəal iştirak etməkdir”. Xalqımızın adət-ənənələrində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır. Ailə dəyərləri cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri olmuş və olaraq qalır. Xalqımız üçün ana müqəddəs simadır. Bu gün də dünyanın hər yerində qadın hüquqlarının təminatı uğrunda hərəkat genişlənib. Azərbaycan xalqı da tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duyub, ana adını uca tutub, qadına dərin hörmət, ehtiram və məhəbbətlə yanaşıb. Xalqımızın qəlbən tapındığı İslam dinində də qadına, qıza və anaya yüksək ehtiram və hörmət ifadə edilib. Müqəddəs hədislərdə və “Qurani-Kərim”də qadınların hüquqlarına hörmətlə yanaşmaq kişilərin qarşısında mənəvi öhdəlik kimi qoyulub. Məhəmməd Peyğəmbər (s.ə.s.) hədislərin birində buyurur ki, qadınlarla xoş rəftar edənlərdən Allahın xoşu gəlir, çünki onlar sizin ananız, qızınız və xalanızdır.