Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhidlər ölməz, vətən bölünməz” adlı tədbir keçirilmişdir.

13 may 2016 | 16:00

 12 may 2016-cı il tarixdə  Xocavənd rayonunda  2-5 aprel tarixlərində cəbhə bölgəsində erməni silahlı birləşmələrinin təxribat əməlləri nəticəsində vətənin müdafiəsi uğrunda canından keçən şəhidlərin 40 mərasimi ilə bağlı “Şəhidlər ölməz, vətən bölünməz” adlı tədbir keçirilmişdir. Tədbirdə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, müəssisə və təşkilatların rəsmiləri, rayon ziyalıları, ictimaiyyət nümayəndələri  və Talış kəndində gedən döyüşlər zamanı yaralanmış Xocavənd rayon sakini Həsənov Atəm Məmməd oğlu iştirak etmişdir. Xocavənd Rayon İcra Hakimiyyətinin təşkil etdiyi  tədbir cəbhədə aparılmış uğurlu  hərbi əməliyyatlar  zamanı şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunması ilə başlanmışdır.    Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov  erməni silahlı birləşmələrinin cəbhədə törətdiyi təxribatlardan danışmışdır. Başçı bildirmişdir ki,  aprelin 1-dən 2-nə keçən  gecə erməni silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçmiş və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Natiq, Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks hərbi əməliyyatlar nəticəsində düşmən mövqelərinə sarsıdıcı zərbələr endirildiyini və Erməni silahlı qüvvələrinin bu döyüşlərdə böyük itkilərə məruz qalaraq  geri çəkildiyini vurğulamışdır.Eyvaz Hüseynov təxribat xarakterli hücumlar nəticəsində şəhid olmuş  hərbi qulluqçularımıza Allahdan rəhmət,  ailələrinə səbir diləmiş və şəhidlərimizlə,  qorxmaz əsgərlərimizlə fəxr etdiyimizi, şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını bildirmişdi.Talış kəndində gedən döyüşlər zamanı yaralanmış Xocavənd rayon sakini Həsənov Atəm Məmməd oğlu çıxış edərək bildirdi ki,  çox heyifsilənirəm  ki, mən  yaralanmaqla döyüş dostlarımı döyüş meydanında tək qoydum, o ki, qaldı döyüşdə olmağıma, bu yolu mən özüm seçmişəm, sona qədər də yolumu davam etdirəcəyəm. Atəm həmçinin qeyd etdi ki, bəzən insanlar  Vətən yolunda ölməyi arzu edirlər, mən isə heç vaxt belə düşünməmişəm, Vətən yolunda ölməyi deyil, sağ qalıb Vətənimi mənfur işğalçı ermənilərdən azad etməyi üstün tutmuşam. Mən həmişə fikirləşirəm, bizlər ölsək, torpaqlarımızı kim qoruyar, kim onu düşmən caynağından azad edər. Biz düşmənlə döyüşdə ölməyə doğulmamışıq, biz doğulmuşuq ki, Vətənimizi yağılardan qoruyaq, şəhidlərimizin qisasını alaq.  Budur mənim yaşam amalım.Tədbirdə çıxış edənlər aprel ayında baş verən təxribatlardan, şəhidlərimizin ölməzliyindən danışmış, hər an Ali Baş Komandanın əmri ilə Vətən yolunda canlarından keçməyə hazır olduqlarını qeyd edərək, bütün dünya azərbaycanlılarını Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə, dünya ictimaiyyətini isə Azərbaycan xalqına qarşı törədilən ədalətsizliklərə göz yummamağa çağırıblar.Tədbir məktəblilərin və bağça uşaqlarının hazırladıqları vətənpərlik dolu çıxışlar və şeir kompozisiyaları ilə başa çatmışdır. Sonda erməni təxribatlarının qarşısını alan zaman  yaralanmış Həsənov Atəm Məmməd oğluna Rayon İcran Hakimiyyəti başçısının “Fəxri Fərman”ı və qiymətli hədiyyə təqdim edilmişdir. 

 

Keçidlər