Şagirdlər Azərbaycan nağılı “Göyçək Fatma” və Koreya nağılı “Şim Çonqun hekayəsi” haqqında təsəvvürlərini rəsmlərdə əks etdiriblər.
21 may 2016-cı il tarixdə Koreya Respublikasının Səfirliyi və SEBA Assosiasiyasının təşkilatçılığı ilə Salakətin kənd tam orta məktəbində 3-5-ci sinif şagirdləri arasında “Sehrli nağıl” rəsm müsabiqəsi keçirilib. Şagirdlər Azərbaycan nağılı “Göyçək Fatma” və Koreya nağılı “Şim Çonqun hekayəsi” haqqında təsəvvürlərini rəsmlərdə əks etdiriblər. Mədəniyyət evində keçirilən mükafatlandırma mərasimində şagirdlərə Səfirlik, “Halla” Şirkətlər qrupu və “Samsung Engineering Co., Ltd.” şirkəti tərəfindən məktəbli çantaları, məktəb ləvazimatları, qol saatları, SEBA Assosiasiyası tərəfindən isə müxtəlif oyuncaq və şirniyyatlar hədiyyə edilib. 120 nəfər şagirdin iştirak etdiyi müsabiqənin qaliblərinə isə “LC Electronics” tərəfindən mobil telefonlar hədiyyə edilib.