Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart Soyqırımı qurbanlarının xatirəsi ehtiramla anıldı

31 mart 2024 | 08:57
  Yeni Xocavənd qəsəbəsində 31 Mart Soyqırımı qurbanlarının xatirəsi ehtiramla anıldı.
  31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar “Yeni Xocavənd” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə anım mərasimi keçirilmişdir. Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, İcra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın üzvləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələrini ehtiramla yad ediblər.
Keçidlər