Şriftin ölçüsü :

Saytın rəngi :

31 oktyabr 2024-cü il tarixdə Salakətin kənd tam orta məktəbində “Zəfər tariximiz uşaqların gözü ilə” mövzusunda tədbir keçirilmişdir.

31 oktyabr 2024 | 10:51

31 oktyabr 2024-cü il tarixdə Salakətin kənd tam orta məktəbində “Zəfər tariximiz uşaqların gözü ilə” mövzusunda tədbir keçirilmişdir. Tədbir zamanı ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocavənd Rayon İcra Hakimiyyətin əməkdaşları Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilərək qeyd ediliblər ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. 44 gün çəkən müharibə zamanı ordumuz özünün tam və qəti qələbəsini təmin etməklə Ermənistanı kapitulyasiyaya məcbur etdi. Nəticədə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər əzəli düşməndən təmizləndi. Həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalandı. Bəli, Azərbaycan Ordusu 30 il yuxularımızın, xəyallarımızın fövqündə olan Şuşanı azad etdi. Şuşa şəhərinin azad edildiyi həmin gün ordumuz 70 kəndimizi, 8 strateji yüksəkliyimizi də düşməndən geri aldı. Bu döyüşdə ordumuzun göstərdiyi qəhrəmanlıq, əsgərlərimizin göstərdiyi cəngavərlik əsl nağılların, dastanların, filmlərin süjetlərini bizə xatırlatdı. 30 illik zaman tarixi bizim xalq olaraq dözümümüzü- səbrimizi, Ali Baş Komandanımızın isə düşünülmüş, sistematik, planlı çalışmalarını və uğurlu diplomatiyasının əsl güzgüsü oldu. Həmin 30 ildə özlərini “sülh və ədalət təminatçıları” adlandıran böyük dövlətlərin , beynəlxalq təşkilatlarının kağız üzərində qalan “qərarları” öz sənədlərinə və “ mötəbər “ adlarına göstərdikləri etinasızlıq, Ermənistanın hər gün daha çox silahlanmasına, dolayısı ilə terrorçuların Qarabağda daha münbit şəraitdə hərəkət etmələrinə gətirib çıxardı. Bütün bunlara baxmayaraq bu 30 illik təcavüz bizim milli birliyimizi, milli şüurumuzu, təəssübkeşliyimizi, məqsədyönlüyümüzü daha da möhkəmləndirdi. Səhvlərimizdən nəticə çıxartmağı öyrətdi. Qarabağ ətrafında iqtidarlı-müxalifətli birləşməyin labüdlüyünü nümayiş etdirdi. Biz beynəlxalq təşkilatların, eləcə də ATƏT-in Minsk qrupunun bu uzun illər ərzində həll etmədiyi problemi 44 günə həll etdik! Beləliklə də sentyabr ayının 27-də başlanan Böyük Vətən Müharibəmiz Müqəddəs Zəfərlə başa çatdı və hər kəs gördü ki, əzəli torpaqlarını terrorçuların əlində qalmasına razı olmayan Azərbaycan xalqı nələrə qadirdir! Tədbir şagirldərlə diskussiya şəklində davam edib.

Keçidlər