Şriftin ölçüsü :

Saytın rəngi :

“28 May - Respublika Günü”nə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında intellektual oyun keçirilmişdir.

28 may 2016 | 16:00

28 may 2016-cı il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Xocavənd qəsəbəsi rayon Mədəniyyət evində “28 May - Respublika Günü”nə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında intellektual oyun keçirilmişdir. Respublika Gününü qeyd etmək, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsində yeni üsullar tətbiq etmək, onları elmə, biliyə həvəsləndirmək məqsədi ilə keçirilən yarışda 6 komanda iştirak etmişdir. İntellektual oyunda I yeri Xocavənd rayon Salakətin kənd tam orta məktəbin “ALBEDO” komandası, II yeri Xocavənd rayon Tuğ kənd 1 saylı tam orta məktəbin “NEVER, BACK, DOWN” komandası, III yeri isə Füzuli rayon Qayıdış 7 saylı tam orta məktəbin “ƏRGÜNƏŞ” komandası tutmuşdur. Qalib komandalar diplomla təltif olunmuşlar. 

 

Keçidlər