Şriftin ölçüsü :

Saytın rəngi :

“1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr olunmuş tədbir keçirilmişdir.

01 iyun 2016 | 16:00

01 iyun  2016-cı il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocavənd qəsəbəsi, rayon Mədəniyyət evində “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Tədbir rayon Mədəniyyət evində Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.  Tədbiri giriş sözü ilə açan Kuropatkin kənd uşaq bağçasının müdiri Nəzakət Əhmədova qonaqları, eyni zamanda körpə fidanları salamlamış, onlara gələcək həyatda uğurlar arzulamışdır. Natiq  “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nün tarixi barədə iştirakçılara ətraflı məlumat verərək bildirmişdir ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilmiş və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək  barədə qərar qəbul olunmuşdur.  Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov    “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaqları təbrik etmiş onlara xoş arzularını çatdırmışdır. Eyvaz Hüseynov Azərbaycanda uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etmişdir. Başçı Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasətinin ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəldiyini bildirmişdir. Tədbirdə Kuropatkin kənd uşaq bağçasını bitirərək, məktəb həyatına qədəm qoyan körpə fidanların ifasında müxtəlif şeirlər səsləndirilmiş, eyni zamanda Azərbaycanın xalq nağıllarından “Tülkü və cücə”, “Qırmızı papağın nağılı”  təqdim olunmuşdur.

Keçidlər